Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azad edilən ərazilərdə aparılan tikinti-bərpa işləri zamanı aşkarlanan meyit qalıqlarının sayı açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa işləri zamanı aşkarlanan meyit qalıqlarının sayı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə …

Read More »

DİN AXCP-nin qadın fəalı ilə bağlı məhkəməyə müraciət edilməsinin səbəbini açıqlayıb

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən AXCP fəalı Rəhimova Gülnarə Akif qızına qarşı Xətai Rayon Məhkəməsinə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayət edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavini polis polkovniki İlham Babayev “Report”un sorğusuna cavab olaraq bildirib ki, xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilməsinə səbəb G.Rəhimovanın DİN əməkdaşı haqqında fikirlərini fotolarla birgə sosial …

Read More »

“Qardaşlıq Dastanı” Azərbaycanda nümayiş olunacaq

Mədəniyyət Nazirliyi və Yunus Emre İnstitutunun Bakıdakı filialının dəstəyi ilə “Qardaşlıq Dastanı” Teatral Rəqs Nümayişi layihəsi həyata keçiriləcək. Serhat Turakın bədii rəhbərliyi, Alagöz Kültür Sanatın istehsalı və “Umya Az” MMC-nin (Umya Medya-Türkiyə) rəsmi təşkilatçılığı ilə bu layihə dünya turuna çıxmağa başlayır. Tədbir 29-31 oktyabrda Bakıda Heydər Əliyev Sarayında, 2 və 3 noyabrda isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq. Layihə 6 …

Read More »

Zaqatalada yanğın başlayıb

Zaqatalada dağlıq ərazidə yanğın başlayıb. Boyukmillet.com xəbər verir ki, yanğın rayonun Meşleş kəndi ərazisindəki yüksək dağlıq ərazidə baş verib. Yanğının söndürülməsi üçün Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti əraziyə cəlb olunub. Hazırda yanğın davam edir.

Read More »

Azərbaycan və Belarus prezidentləri arasında telefon danışığı olub

Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Dövlət başçıları ikitərəfli münasibətlərin uğurlu inkişafını qeyd edib, əməkdaşlığın …

Read More »

Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru: “Bu günə qədər bizə 102 kisə sümük qalıqları gətirilib”

“I Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə basdırılmış həmvətənlərimizin sümük qalıqları bizə göndərilir. Bu günə qədər bizə 102 kisə sümük qalıqları gətirilib”. Boyukmillet.com xəbər verir ki, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” …

Read More »

Çanaqqala Bələdiyyəsi: “Azərbaycanla aktiv əməkdaşlıq qurmaq istəyirik”

Türkiyənin Çanaqqala Bələdiyyəsi digər ölkələrdəki qardaşlaşmış şəhərlərin təcrübəsindən yararlanaraq Azərbaycanla aktiv əməkdaşlıq qurmaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı hələ heç bir müzakirə aparılmır: “Lakin Azərbaycan şəhərlərindəki analoji strukturlarla əməkdaşlıq etmək istəyirik. Bu struktur gənclər, onların inkişafı üçün çoxsaylı layihələr həyata keçirir. Çanaqqala bələdiyyəsi qardaşlaşmış şəhərlərlə onlayn gənclər şəbəkəsi yaradıb. Onun vasitəsilə gənclər onlayn rejimdə əlaqə saxlaya bilirlər. Bu yaxınlarda oxşar …

Read More »

Azərbaycan ADEX Sərgisində öz istehsalı olan ən son müasir silahlarını nümayiş etdirəcək

Azərbaycan bu il sentyabrın 6-8-də Bakıda keçiriləcək IV Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) Sərgisində əvvəlkilərdən fərqli olaraq istehsal etdiyi ən son müasir silahlarını nümayiş etdirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə müdafiə sənayesinin nazirinin müşaviri Arif Babayev bu gün keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, sərgidə təyyarə, aviasiya, zirehli döyüş sistemləri, hərbi geyim və ləvazimatlar, pilotsuz aparatlar, eyni zanmanda 44 …

Read More »

İlham Əliyev Özbəkistanın mədəniyyət xadimlərini təltif edib – SİYAHI

Prezident İlham Əliyev Özbəkistan Respublikasının mədəniyyət xadimlərinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Dostluq” ordeni ilə təltif ediliblər: İsmayılov Haşimjon Nəsirli Əli Heydər oğlu Urinbayev Kamoliddin Turdimuratoviç.

Read More »