Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəlir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Səfər avqustun 24-də baş tutacaq. Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq. Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.

Read More »

Xaricdən Azərbaycana 19 kq-dan artıq narkotik gətirən şəxs saxlanılıb

Xaricdən Azərbaycana 19 kiloqramdan artıq narkotik gətirən şəxs saxlanılıb.Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Xeyirxah Kurabbaslı Səmədabad kəndi ərazisində tutulub. Həmin şəxsdən dövlət sərhədini qanunsuz olaraq keçməklə ölkəmizə gətirdiyi 19 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən, …

Read More »

Bakıdakı Beynəlxalq Müdafiə sərgisində 26 ölkədən 200-dən çox şirkət iştirak edəcək

Sentyabrın 6-dan 8-dək Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi “ADEX” keçiriləcək. Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. Bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar yaranan fasilədən sonra sərgi yenidən təşkil edilir. Müasir silah və texnika sərgisi olan “ADEX” Azərbaycanın və dünya şirkətlərinin hərbi-sənaye kompleksinin gücünü və qüdrətini …

Read More »

BMT nümayəndəsi: “Azərbaycanın hüquqi xidmətlər istiqamətində gördüyü işləri dəstəkləyirik”

“Azərbaycan hökumətinin hüquqi xidmətləri hər bir ölkə vətəndaşı üçün əlçatan edə bilmək səylərini alqışlayır və bu istiqamətində gördüyü işləri böyük məmnuniyyətlə dəstəkləyirik”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri BMT İnkişaf Proqramının inkişaf həlləri üzrə rəhbəri Nərgiz Quliyeva həssas qruplara hüquqi yardım və ödənişsiz hüquqi yardım sahəsində mövcud vəziyyət adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, əməkdaşlıq uğurun bir hissəsidir: “BMT …

Read More »

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,50 ABŞ dolları, yaxud 0,53 % artaraq 94,61 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 93,65 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci …

Read More »

Sumqayıtda onmərtəbəli yaşayış binasında yanğın olub

Sumqayıt şəhərində onmərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1050 m² olan mağazanın anbarında karton taralar, taxta altlıqlar 10 m² sahədə, mağazanın 2-ci mərtəbəsində 2 ədəd pəncərə çərçivəsi, ərzaq malları 50 m² sahədə və 4 ədəd kondisioner yanıb. Boyukmillet.com xəbər verir ki, yüksək temperaturdan qonşu binanın 1-ci və 2-ci mərtəbəsində plastikdən ibarət 2 ədəd pəncərə çərçivəsi qarsalanıb. …

Read More »

UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artırıb, Çexiya irəliləyib

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb. Boyukmillet.com xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,125 xal gətirib. Bu mövsüm üzrə xal sayını 2.000-ə, son 5 mövsümdə isə 14,625-ə …

Read More »

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək

UEFA Avropa Liqasında bu gün pley-off mərhələsinə start veriləcək. Boyukmillet.com xəbər verir ki, 10 oyunun hamısı eyni gündə olacaq. Türkiyənin turnirdəki təmsilçilərindən “Sivasspor” İsveçrədə “Malmö”nün, “Fənərbağça” isə Avstriyada “Austriya” (Vyana) komandasının qonağı olacaq. “Qarabağ”ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı “Sürix” İsveçrədə “Harts”ı, “Ferentsvaroş” isə Macarıstanda İrlandiyanın “Şemrok Rovers” klubunu qəbul edəcək. UEFA Avropa Liqasıpley-off mərhələsi, ilk oyunlar18 avqust 20:00. HİK …

Read More »