ABŞ Prezidenti Cozef Bayden deyib ki, o və həyat yoldaşı Cill Nyu Yorkda yazıçı Salman Rüşdiyə edilən hücumdan sarsılıblar. “Cill və mən Salman Rüşdiyə qarşı vəhşicəsinə hücum xəbərindən sarsıldıq və kədərləndik. Biz bütün amerikalılarla və dünyadakı insanlarla birlikdə onun sağlamlığı və sağalması üçün dua edirik”, – Amerika lideri bildirib. Bayden təhlüksəzilik xidmətinin əməkdaşlarına hadisəyə ilk müdaxilə etmələrinə, Rüşdiyə kömək göstərənlərə …
Read More »Yearly Archives: 2022
Avropa İttifaqı Gürcüstanda islahat çatışmazlığının olduğunu açıqlayıb
Avropa İttifaqı (Aİ) Gürcüstana Aİ-yə inteqrasiyanın yeni mərhələsinə keçmək üçün zəruri olan islahatlardakı çatışmazlıqları açıqlayıb. Boyukmillet.com xəbər verir ki, nəticə Aİ-Gürcüstan Assosiasiya Şurasının sentyabrın 6-da keçiriləcək iclası üçün hazırlanmış xüsusi hesabatda yer alıb. “Gürcüstan çətin şəraitdə islahatlar yolu ilə getməyə davam edib. Bununla belə, biz qanunun aliliyi, idarəetmə və insan hüquqları kimi əsas sahələrdə geriləməni qeydə aldıq. Gürcüstanın Avropa perspektivini …
Read More »Xizək alpinizmi üzrə dünya çempionu Alp dağlarında həlak olub
Fransa xilasediciləri Şamonik kommunası yaxınlığındakı Monblan dağ silsiləsinin yamaclarından birində iki nəfərin meyitini aşkar ediblər. Boyukmillet.com xəbər verir ki, ölənlərdən biri xizək alpinizmi üzrə dünya çempionu Adele Millozdur. Hadisənin başvermə şəraiti hələ müəyyən edilməyib. İlkin məlumata görə, 26 yaşlı idmançı heç bir xüsusi təhlükə yaratmayan Peyn zirvəsinə təlimatçı ilə birlikdə klassik hesab edilən standart dırmanma marşrutu ilə gedib. Həyəcan siqnalı …
Read More »İsraildə atışma zamanı 7 nəfər yaralanıb
İsraildə “Ağlama divarı” yaxınlığında atışma nəticəsində 7 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of Israel” hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, zərərçəkənlərdən ikisi ağır yaralanıb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb. Qeyd edilir ki, atışma “Ağlama divarı”na aparan yol ilə hərəkət edən avtobusda, həmçinin kral Davudun məzarının yanındakı dayanacaqda olub. Cinayət törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. Qəzet …
Read More »Zelenski Rusiya ordusunun qüvvə və vasitələrinin məhv edildiyini bildirib
Prezident Volodimir Zelenski Ukraynanın cənubunda Rusiya ordusunun qüvvə və vasitələrinin məhv edildiyini bildirib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə son çıxışında qeyd edib. Ukrayna Prezidenti vurğulayıb ki, ölkənin cənubunda gedən döyüşlərdə Rusiya ordusunun güc və vasitələrinin məhv edilməsi ilə bağlı şad xəbərlər var. “Donbasda şiddətli döyüşlər davam edir. Bu istiqamətdə cəbhənin ən qaynar nöqtələri dəyişməzdir – Avdeyevka, Marinka, Peski, …
Read More »ABŞ BMT vasitəsilə Əfqanıstana 150 milyon dollar ayırır
Amerika Birləşmiş Ştatları BMT-nin üç qurumu vasitəsilə Əfqanıstana 150 milyon dollar yardım edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Tomas Uest bildirib. “Biz Əfqanıstandakı iqtisadi böhranı aradan qaldırmaq üçün səylə çalışırıq. 150 milyon dollar ərzaq təhlükəsizliyi probleminin həllinə, əfqan uşaqlarının məktəbdə qalmasına və qadınların və qızların səlahiyyətlərinin artırılmasına kömək edəcək”, – Uest açıqlamasında bildirib. Onun sözlərinə görə, …
Read More »İraq və Suriyada terrorçular məhv edilib
Türkiyə xüsusi təyinatlıları İraqın şimalında PKK-nın daha 3 terrorçusunu məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, silahlılar “Pençe-Kilit” antiterror əməliyyatı zonasında məhv ediliblər. Nazirlik Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmini vurğulayaraq, türk hərbçilərin əməliyyatlarının uğurlu və səmərəli olduğunu qeyd edib. Türkiyə ordusu eyni zamanda PKK-YPG terror təşkilatının Suriya qanadının …
Read More »Mikayıl Cabbarov: “23 medal Azərbaycan güləşinin gələcəyinə inamı daha da artırır”
“V İslam Həmrəyliyi Oyunlarında güləşçilərimiz uğurlu çıxışları ilə yadda qaldı. İslamiadada 8-i qızıl olmaqla, ümumilikdə 23 medal qazanan pəhləvanlarımızın göstərdiyi yüksək nəticə Azərbaycan güləşinin gələcəyinə inamı daha da artırır”. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb. “Bu əzmkar qələbə ilə komandamıza və ölkəmizin layiqincə təmsil olunmasına mühüm töhfə verən güləşçilərimizi və məşqçi heyətini təbrik edirik”, – nazir əlavə …
Read More »İsmayıllı sakininin evində 11 kq narkotik aşkarlanıb
İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Valeh Ələkbərov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ümumi çəkisi 9 kiloqrama yaxın olan çətənə kolları və 1 kiloqram 900 qram narkotik vasitə …
Read More »Yasəmən Möhübbətqızı: “Boşanmalara qarşı mübarizənin əsasında cəmiyyətin maariflənməsi dayanır”
İnsanlarımızın bir çoxu erkən nigahların və boşanmaların səbəbini maddi imkansızlıqla əlaqələndirirlər. Lakin indiki gənclərin əksəriyyəti sərbəst olub, sərbəst gəzmək istəyi ilə bağlı ailələrini dağıdırlar. Hətta elələri var ki, “Bir övladım olsun,ondan sonra boşanaram, neynirəm əri?”- deyir. İndiki boşammalar arasında belə hallardaha çoxdur. İstər Tik-Tok olsun, istər İnstaqram və hətda başqa qapalı saytlar da var ki, orada çoxlu sayda zənənlər sərbəst …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar