Avqustun 11-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərlinin ərazi bütövlüyümüz uğrunda canlarından keçən zaqatalalı şəhidlərin xatirəsinə həsr olunmuş “Şanlı tarix yazanlar” kitabının təqdimatı olub. Təqdimat mərasimində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, rayon icra hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri, ağsaqqal və gənclər iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə …
Read More »Yearly Archives: 2022
Nihat Quluzadə: “8 saat yaralı döyüşdüm”
44 günlük Vətən müharibəsi qazisi Baş Leytenant Nihat Qasım oğlu Quluzadə Boyukmillet.com- a müsahibə verib. Hərbi sahəyə necə gəldiniz? Hərbi sahəyə gənc yaşlarımdan həvəsim olduğu üçün gəldim. Təhsilimi Naxçıvan şəhərində Heydər Əliyev adına hərbi liseydə, Bakı şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbində davam etdirdim. Leytenant rütbəsi alaraq ordu sıralarında xidmətə başladım. Siz 44 günlük Vətən müharibəsi iştirakçısısız. …
Read More »Gənclər təşkilatlarının yeni PR strategiyası Şamaxıda müzakirə olundu
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 6-9 avqust tarixlərində Şamaxı şəhərində 40-dan çox gənclər təşkilatının PR menecerlərinin iştirakı ilə “Gənclərlə iş üzrə menecerlərin inkişaf proqramı” layihəsi həyata keçirilib. Gənclər təşkilatlarının PR menecerlərinin iştirakçısı olduğu proqramın əsas məqsədi seminar və sessiyalar vasitəsi ilə gənclər təşkilatlarında fəaliyyət göstərən PR menecerlərin sosial mediadan operativ istifadə, …
Read More »Sabir Rüstəmxanlı: YOL OVQATI
Başqa ölkələrə qibtə ilə baxmaq mənasızdır. Çünki insan kimi, hər xalqın da öz taleyi var; üstəlik iqlim, təbii şərait, keçilən tarixi yol da təsirsiz qalmır. Ancaq dünya gör-götür dünyasıdır və yaxşı şeylər gözdən yayınmır. Bosniya-Hersoqoviniya, Xorvatiya və Sloveniya ilə qısa müddətli tanışlıq zamanı ürəyimdən keçən əsas fikir beləydi: niyə biz də öz yurdumuzda buna bənzər sadə, lakin mükəmməl səliqə-sahman yaratmırıq, …
Read More »İlham Əliyev və Mehriban Əliyeva “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də Qobustan rayonuna səfər ediblər. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı və birinci xanım burada “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olublar.
Read More »Onlayn yolla narkotik alan şəxs tutulub
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər də narkotiklərin satışı və saxlanmasına görə, ümumilikdə iki dəfə məhkum olunmuş Elvin Həsənov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman …
Read More »Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər görülür. Dəqiqləşdirilmiş …
Read More »Türkiyə XİN: “Elə nəticə əldə olunmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin”
“Regiondakı hadisələrin müsbət və ya mənfi təsirləri strateji reallıqdır”. Boyukmillet.com xəbər verir ki, bunu “Anadolu”ya Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib. Nazirliyin adını açıqlamayan səlahiyyətli diplomatı deyib ki, rəsmi Ankaranın hədəf və məqsədi ancaq Türkiyə-Ermənistan, yaxud Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması deyil: “Biz regional sabitliyin təmin olunmasını istəyirik. Elə nəticə əldə olunmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin”. Diplomat, həmçinin Türkiyə …
Read More »Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları birləşdirən 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir. Boyukmillet.com xəbər verir ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Belə ki, yolun ilk 48 km-i 6, 48-81.6 km …
Read More »Sosial şəbəkələrdən istifadə edən hərbçilər ordudan uzaqlaşdırılıb
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Qasımov Daşqın Etibar oğlu və Feyruzlu Toğrul Mirağa oğlu xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb. Nazirlik …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar