Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

İranın hərbi gəmiləri Bakıya gəlib

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 7-də Bakıya gəliblər. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Read More »

Avropa sanksiyaları Ermənistanın Hava Yolları Şirkətinin işini iflic edib

Avropa ölkələrinin bəzilərinin Rusiyaya sanksiyalarına görə bir çox icarədar aviaşirkətlər öz təyyarələrini geri çağırmağa başlayıblar ki, bu da Ermənistan üçün problemlər yaradıb. Bu barədə Boyukmillet.com Ermənistanın mətbuatına istinadən xəbər verir. Ermənistanın aviaşirkətinin direktoru Gevorq Xaçatryan bildirib ki, yerli hava yollarının bir neçə reysi təxirə salınıb, səbəb Avropa sanksiyalarıdır. Onun sözlərinə görə, aviadaşıyıcılarda layner çatışmazlığı yaşanır ki, bu da uçuşların vaxtında …

Read More »

Qəbələdə xüsusi laboratoriyada narkotik hazırlayan şəxs saxlanılıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı əvvəllər də eyni əmələ görə ümumilikdə 8 il məhkum olunmuş Lətif Mehralıyev şübhəli şəxs qismində …

Read More »

İsrail Qəzzada hərbi əməliyyatı dayandırmaqla bağlı şərtini açıqlayıb

Əgər “İslami Cihad” terrorçuları raket hücumlarını dayandırsalar, İsrail Müdafiə Ordusu Qəzza zolağında onlara qarşı hərbi əməliyyatı dayandırmağa hazır olacaq. Bu barədə Boyukmillet.com İsrailin maliyyə naziri Aviqdor Libermanın “The Times of Israel” qəzetinə müsahibəsinə istinadən xəbər verir. Onun sözlərinə görə, İsrail hərbi kampaniyasını yalnız terror qruplaşmasının raket hücumlarına son qoyacağı təqdirdə dayandıracaq. “Cihad” atəşkəs elan etsə, biz də atəşi kəsəcəyik”, – Liberman …

Read More »

Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək. Bu barədə  Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, C. Bayramovun paytaxt Ankarada baş tutacaq 13-cü Səfirlər Konfransında iştirakı nəzərdə tutulub. Nazirin səfirlərə müraciəti nəzərdə tutulub.

Read More »

Təzminat tələb edəcəyik

 “Qərbi Azərbaycan İcması”nın məqsədi tarixi ədaləti bərpa etməkdir İcmanın rəhbəri xalqı milli birliyə çağırdı Günel ABBAS Avqust ayının 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Burada “Qərbi Azərbaycan İcması” (QAİ) adlı qeyri-kommersiya təşkilatı təsis edilib. Toplantı zamanı yeni bir ictimai təşkilatın əsası qoyulub. Belə ki, 200 ildən bir qədər çox müddət ərzində Qərbi Azərbaycan torpaqlarından qaçqın, didərgin düşən, …

Read More »

Azərbaycanlılar səfirliyə hücumla bağlı Britaniya parlamentinə və daxili işlər nazirinə müraciət edib

Britaniya Azərbaycanlılarının Koordinasiya Şurası Londonda Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinə radikal dini qrupun hücumu ilə əlaqədar bu ölkənin parlamentinə və daxili işlər naziri Priti Patelə müraciət edib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Müraciətdə Azərbaycanın tolerant ölkə olduğu və hər cür radikallığa qarşı olduğu vurğulanıb. Həmçinin Birləşmiş Krallıqda yaşayan Azərbaycan icmasının Londonun mərkəzi küçələrindən …

Read More »

Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb

“İki gün əvvəl qardaşım İlham Əliyevlə Qarabağdakı vəziyyətlə bağlı ətraflı danışdıq”. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərindən səfərdən qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib. “Əvvəla, azərbaycanlı qardaşlarımızın birinin şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən ərazidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını …

Read More »

Kəlbəcərdə minaya düşərək həlak olan şəhidin nəşi ailəsinə təhvil verilib

Ötən gün Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin nəşi ailəsinə təhvil verilib. Boyukmillet.com xəbər verir ki, onunla Naxçıvanın Culfa rayonunun Ləkətağ kəndində vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra şəhidin cənazəsi həmin kənd qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə …

Read More »

Azərbaycanda yağıntılı və küləkli hava şəraiti avqustun 9-dək davam edəcək

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, avqustun 6-sı saat 11:00-a olan məlumata əsasən 05-i axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb. Düşən yağışın miqdarı: Gədəbəydə 23.0 mm, Göygöldə 18.0 mm, Daşkəsəndə 16.0 mm, Gəncədə 13.0 mm, Şahdağ, İsmayıllıda 9.0 mm, Altıağacda 8.0 …

Read More »