Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Fəxrini müdafiə edən Şahmar Hüseynovun cavabsız qoyduğu suallar.

Boyukmillet.com-un redaktoru Sima Babayevanın Amerikada yaşayan soydaşımısın şikayəti əsasında olan qeydlərini sizlərə təqdim edirik. Bu yaxınlarda boyukmillet.com redaksiyasına Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində yaşayan Haqverdiyev Vüqar Nağı oğlu adlı soydaşımızdan məktub daxil olmuşdu. Vüqar bəy digər bir Haqverdiyevdən Fəxri adlı dövlət məmurundan şikayət edirdi. Edirdi deyəndə ki,elə indi də edir. Bu barədə məqalədə https://boyukmillet.com/socar-in-idar%C9%99-r%C9%99isi-97-min-dollar-borcu-niy%C9%99-qaytarmir/ ətraflı məlumat vermişik. Haqverdiyevlər arasındakı …

Read More »

Millət vəkili seçiciləri ilə susuz qalan əkin sahələrini gəzdi – Təqdirəlayiq addım – FOTOLAR

Yayın qızmar günlərində əksəriyyətin istirahət məkanlarına çəkildiyi bir vaxtda Saatlı rayonunun millət vəkili Əziz Ələkbərli seçiciləri ilə birlikdə əkin sahələrində görüntülənib. Boyukmillet.com xəbər verir ki, bu barədə Millət vəkili öz “Facebook” sosial şəbəkəsində paylaşım edib. Hər il olduğu kimi, bu il də pambığın suvarma dövründə Saatlı əhalisi çətin günlər yaşayır. İnsanlar aylarla çəkilən əziyyətin, torpağa qoyulan xərcin bir neçə günün …

Read More »

ANAMA vətəndaşlara müraciət edib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara müraciət edib. Agentlikdən  daxil olan müraciətdə deyilir: “ANAMA bir daha vətəndaşları işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi səbəbindən nizam-intizamlı davranmağa və məsuliyyətli olmağa çağırır”. Qeyd edək ki, avqustun 2-də Füzuli rayonu ərazisində mina partlaması nəticəsində yerli minatəmizləmə şirkətinin əməkdaşı, 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu, 1990-cı il təvəllüdlü Şükürov Yadigar Dilavər oğlu və …

Read More »

İndiyədək Qarabağ və Zəngəzurda 124 hərbçi minaya düşüb, 7-si həlak olub

2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və yaralanan hərbçilərin sayı açıqlanıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən  bildirilib ki, hazırkı dövrədək 124 hərbçi minaya düşüb. Nəticədə 7 hərbi qulluqçu həlak olub, 117-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə mina partlaması nəticəsində 32 mülki şəxs həlak olub, …

Read More »

Azərbaycan, Türkiyə və Özbəkistan arasında Daşkənd Bəyannaməsi imzalanıb

“Türk dünyasının rifahını yüksəldəcək və əlaqələrimizi gücləndirəcək Daşkənd Bəyannaməsini imzaladıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb. “Davamlı hala gətirəcəyimiz bu mexanizmlə konkret layihələr həyata keçirəcəyik”, – o vurğulayıb.

Read More »

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq. Azərbaycanın rayonlarında hava …

Read More »

Azərbaycanın hərbi gəmiləri Rusiyadan qayıdıb

Birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gözətçi gəmiləri və şəxsi heyəti ölkəmizə qayıdıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində Azərbaycan HDQ nümayəndə heyəti ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının (HDD) Xəzər Flotilyasının rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Azərbaycan HDQ ilə Rusiya HDD Xəzər Flotilyası arasında dostluq …

Read More »

Əlillik dərəcəsi dəyişdirilmiş I Qarabağ müharibəsi iştirakçılarına ödənişin hansı qaydada veriləcəyi məlum olub

“Birinci Qarabağ müharibəsi dövründə xəsarət alan elə şəxslər var ki, sonradan onların əlillik dərəcələri dəyişdirilib”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib. O, vaxtilə bir neçə dəfə əlillik qrupu təyin edilmiş və ya sonradan əlillik qrupu dəyişdirilmiş şəxslərə ödənişin hansı qaydada veriləcəyini …

Read More »

Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı baza hazırlanıb

Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı baza hazırlanıb. Boyukmillet.com-un xəbərinə görə, bu fikri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev ötən il dekabrın 23-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) …

Read More »

Füzulidə minatəmizləmə şirkətinin 3 əməkdaşı minaya düşüb, birinin ayağı amputasiya olunub

Füzulidə üç nəfər minaya düşüb, birinin ayağı amputasiya olunub. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 2022-ci il 2 avqust tarixində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən yerli minatəmizləmə şirkətinin əməkdaşı 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu Füzuli rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. İcra edilən Beynəlxalq Minatəmizləmə standartlarına …

Read More »