Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub. Boyukmillet.com bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Tərəflər, Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması prosesinin mövcud durumu, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzalandığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı …
Read More »Yearly Archives: 2022
Azərbaycan hökuməti İrana başsağlığı verib
Azərbaycanın Baş naziri Əli Əsədov İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, Baş nazir Ə.Əsədov İranda baş vermiş təbii fəlakət nəticəsində böyük insan tələfatı və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirib, faciə ilə əlaqədar M.Moxberə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.
Read More »Türkiyə hərbi təyyarələrini Kiyevdən geri qaytarır
Türkiyə Hərbi Hava Qüvvələrinin Kiyevdəki iki təyyarəsi tezliklə daimi bazalarına qayıda biləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə bildirib. “Biz bu məsələni həm Rusiya, həm də Ukrayna ilə müzakirə edirik. Təyyarələr ilk fürsətdə geri qayıdacaq. Bunun yaxın günlərdə baş verə biləcəyini istisna etmirəm”, – nazir deyib. Qeyd edək ki, Türkiyənin hərbi nəqliyyat təyyarələri …
Read More »MN: “Azərbaycan Ordusu qanunsuz erməni silahlı birləşmələrini atəşə tutmayıb”
Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat və çaşdırıcı məqsəd daşıyır. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Read More »ASAP Forum 2022-nin bağlanış mərasimi keçirilib
İyulun 31-də Bakıda Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə “ASAP Forum 2022”nin bağlanış mərasimi keçirilib.Forumun sonuncu gününə ev sahibliyi edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbiri giriş sözü ilə açaraq, ölkəmizdə gənclər siyasəti sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, …
Read More »Gəncədə Aprel döyüşlərinin iştirakçısı ərinin davranışlarına görə intihara cəhd edib
Gəncədə Aprel döyüşlərinin iştirakçısı ərinin davranışlarına görə intihara cəhd edib. Boyukmillet.com xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Firuzə Zeynalova həyat yoldaşı, Vətən müharibəsi iştirakçısı, II qrup əlil, 1987-ci il təvəllüdlü Aslan Zeynalovun kobud rəftarına görə bu addımı atıb. O, həyat yoldaşının onu əsassız, qanunsuz işlərə təhrik etməklə dələduzluq etməyə məcbur etdiyini və bundan bezdiyi üçün …
Read More »Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanmasını təmin etmək məqsədilə Azərbaycan Ordusunda təlim-tədris prosesi davam etdirilir. Bu barədə Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir. 2022-ci il üzrə təsdiq edilmiş döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi …
Read More »Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib
Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, iclas Daşkənddə baş tutub. İclas çərçivəsində KOBİA və Özbəkistan prezidenti yanında sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkil arasında əməkdaşlığa dair Memorandum …
Read More »Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçılarının görüşünün tarixi məlum olub
Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün tarixi məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş avqustun 2-də baş tutacaq. Məlumata görə, görüş zamanı regional proseslər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq. Eyni zamanda, Xəzər dənizindən keçən Şərq-Qərb dəhlzii ilə bağlı perspektivlər barədə danışılacaq.
Read More »Azərbaycanda bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edilib
Azərbaycanda bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edilib. Bu barəd Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) və ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işinin istintaqı zamanı bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. İstintaqın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar