Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan nefti 111 dollara qədər ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,08 ABŞ dolları, yaxud 0,96 % azalaraq 111,24 ABŞ dolları təşkil edib. Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 99,46 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda …

Read More »

Bu ilin 6 ayında Rusiyadan Azərbaycana işgüzar səfərlərin sayı 2,5 dəfə artıb

Bu ilin 6 ayında Rusiyadan Azərbaycana işgüzar səfərlərin sayı 2,5 dəfə artıb. Rusiyada işgüzar turizmin ən işlək yeni marşrutu Moskva-Tel-Əviv xətti olub. Belə ki, son 6 ayda Rusiyadan İsrailə səfərlərin sayının 8 dəfə artıb. Bununla belə, qeyd edilir ki, bu səfərlərin məqsədi əslində işgüzar müqavilə imzalamaqdan daha çox, həmin ölkədə pul yığmaqdır. İsraildən sonra ən yüksək səfər artımı Qazaxıstana (4,4 …

Read More »

Zelenski Britaniyaya sanksiyalar siyahısını genişləndirdiyinə görə minnətdarlıq edib

Prezident Volodimir Zelenski Ukraynadakı müharibədə iştirakı səbəbindən Rusiya vətəndaşlarına və müəssisələrinə qarşı sanksiyalar siyahısını genişləndirdiyinə görə Böyük Britaniyaya təşəkkür edib. “Bu gün məlum oldu ki, Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək ora onlarla insan və təşkilatı əlavə edib. Bu, düzgün tendensiyadır. Sanksiya məsələlərində sarsılmaz qətiyyətinə görə Böyük Britaniyaya minnətdaram. Bu, Qərb ictimaiyyətində hər kəsə miras qalan bir nümunədir”, – …

Read More »

Ukrayna ordusu Andreyevka qəsəbəsini azad edib

Ukrayna ordusu Rusiyanın dayaq məntəqələrinə zərbə endirərək Zaporojye əyalətinin şəhər tipli qəsəbəsi Andreyevkanı azad ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Cənub” Operativ Komandanlığı məlumat yayıb. “Aviasiyamız qırıcılardan, bombardmançılardan və helikopterlərdən istifadə etməklə düşmənə 4 zərbə endirib. Düşmənin Andreyevka, Beloqorka və Blaqodatnıy ərazilərindəki 4 dayaq məntəqəsi vurulub. Beləliklə, Andreyevka azad edilib və nəhayət Rusiya işğalçı qoşunlarından təmizlənib. Qoşunlarımız bir neçə …

Read More »

Türkiyə ordusunun 2 əsgəri Suriyada həlak olub

Türkiyə ordusunun 2 əsgəri Suriyada həlak olub. Boyukmillet.com xəbər verir ki, hadisə “Fərat Qalxanı” antiterror əməliyyatı zonasında baş verib. PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb. Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı Türkiyə xalqına bağsağlığı verib.

Read More »

MN: Mina partlayışında bir neçə hərbçinin xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır

Sosial şəbəkələrdə guya iyulun 26-da axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Bildiririk ki, qeyd olunan hadisə nəticəsində xəsarət almış hərbi qulluqçu V.İsbəndiyarov barəsində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat verilib. Bir daha sosial şəbəkə istifadəçilərini rəsmi təsdiqini tapmayan məlumatları …

Read More »

Türkiyə Rusiya, Azərbaycan və İranla qaz müqavilələrini uzatmaq niyyətindədir

Türkiyə Rusiya, Azərbaycan və İranla təbii qazın alqı-satqısına dair sazişləri uzatmaq niyyətindədir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz “Haber Global” telekanalının efirində deyib. “Bizim əsas təchizatçılarımız Rusiya, Azərbaycan və İrandır. Biz onlarla müqavilələri yeni müddətə uzatmaq niyyətindəyik. Bununla da enerji ehtiyaclarımızı ödəməyə çalışırıq”, – nazir bildirib.

Read More »

Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb

Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kəlbəcər hərbi prokurorluğunun məlumatında deyilir. İyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olub. Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış …

Read More »

Azərbaycan və Rusiya arasında yeni protokol qüvvəyə minib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmanda deyilir: “2022-ci il martın 4-də Moskva şəhərində və martın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol” …

Read More »

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb. O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.

Read More »