Tovuz rayonunun İbrahimhacılı kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 115 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Quliyeva Yaqut Fəryad qızının və 1952-ci il təvəllüdlü Cabbarova Həqiqət Səməd qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Köməkçi tikilinin …
Read More »Yearly Archives: 2022
Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb
Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb. İyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən dördüncü köç karvanı yola salınıb. Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan daha 10 ailə – 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr, əsasən müvəqqəti məskunlaşma …
Read More »“Buta Airways”in təyyarəsi Həştərxanda kəskin hava şəraiti ilə əlaqədar Bakıya qayıdıb
“Buta Airways” aviaşirkətinin J2-9235 nömrəli Bakı-Həştərxan reysini yerinə yetirən hava gəmisinin kapitanı Həştərxan hava limanı ətrafında hava şəraitinin kəskin pisləşməsi (zəif görünmə) ilə əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib. Bu barədə aviaşirkətin Mətbuat xidmətindən bildirilib. Təyyarə saat 17:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Qeyd edilir ki, reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Həştərxana yola düşəcəklər.
Read More »Qobustanda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Rəcəb Muradov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “patı” kimi tanınan psixotrop maddə – …
Read More »“COJEP World Network”un üzvü olan Azərbaycan QHT rəhbərlərinin Türkiyəyə səfəri baş tutub – FOTO
“COJEP International Netvork-e üzv QHT rəhbərlərinin “COJEP:Könüldən Könülə Türkiye Görüş layihəsi” üzrə Beynəlxalq Əməkdaşlıq Platforması çərçivəsində Türkiye rəsmi dövlət qurumlardında görüşləri gerçəkləşdi.” Boyukmillet.com xəbər verir ki, bu sözləri QHT.az saytına açıqlamasında COJEP Avrasia ölkələri üzrə Koordinatoru, Beynəlxalq Dialoq və İnkişa Alyansının sədri Nüşabə Məmmədova bildirib. COJEP International Netvork-e üzv QHT rəhbərləri Türkiyə İletişim Başkanlığı Başkan Yardımcısı Dr. Çağatay Özdemir və …
Read More »Azərbaycanda daha 333 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirusa 333 yeni yoluxma qeydə alınıb, 187 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan vəfat edən olmayıb. Ölkədə indiyədək 796 474 nəfər koronavirusa yoluxub. Onlardan 784 840 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 899 nəfərdir. Ölkədə son sutka ərzində 2 945, hazırkı …
Read More »Azərbaycan-Özbəkistan-Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri görüşəcəklər
Azərbaycan-Özbəkistan-Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşləri keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı zamanı qeyd edilib. Görüşlər avqustun əvvəlində baş tutacaq.
Read More »Yağıntılı və küləkli hava şəraiti sabah da davam edəcək
Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti iyulun 25-i gündüzədək davam edəcək. Boyukmillet.com Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, 26-27-də əksər rayonlarda əsasən yağmursuz keçəcək, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək.
Read More »İstanbulda Polad Həşimovun və İlqar Mirzəyevin xatirələri anılıb
İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin yaradıcısı Şərqiyyə Məmmədovanın təşəbbüsü ilə şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, şəhidlərimiz Polad Həşimovun və İlqar Mirzəyevin ailə üzvüləri də tədbirdə iştirak ediblər. Qeyd edək ki, şəhidlərimizin anım tədbiri iş adamı Anar Əlizadənin dəstəyi ilə keçirilmişdir. Tədbirdən olan görüntüləri sizlərə təqdim edirik: Ayna Fərhad
Read More »“ONLAR SATILIBLAR VƏ SATMAĞA DA HAZIRDIRLAR…” – “Hakimiyyətdəki bütün strukturlar milli qüvvələrin əlinə keçməlidir”
Etibar Məmmədov: “Rusiya Ukraynada qələbə çalsa, Azərbaycana qarşı da iddialarla çıxış edəcək” Cənubi Qafqaz regionunda siyasi proseslər sürətlə bir-birini əvəz edir. İran, Türkiyə və Rusiya Prezidentləri Tehranda bir araya gələrək danışıqlar aparır, İrəvan və Bakıya yüksək səviyyəli Qərb və Rusiya rəsmilərinin səfərləri baş verir, Azərbaycan Rusiyanı Qarabağdakı fəaliyyətinə görə tənqid edir, habelə Ermənistana növbəti dəfə sərt xəbərdarlıq edir və sair. Boyukmillet.com …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar