Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Türkiyə İsveçdən terrorçuların tərəfdarlarına qarşı tədbir görülməsini tələb edib

Rəsmi Ankara İsveçin səlahiyyətli şəxslərindən PKK/YPG tərəfdarlarının aksiyasının təşkilatçılarının aşkarlanması və onlara qarşı ədalətli, qanuni tədbir görülməsini tələb edib. Boyukmillet.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi İsveçin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkilinə qarşı belə bir tələb irəli sürüb. Diplomata PKK/YPG terror təşkilatlarının fəaliyyəti ilə bağlı kəskin etiraz ifadə olunub. Türkiyə PKK/YPG terror təşkilatı tərəfdarlarının iyulun 21-də İsveçin Göteborg şəhərində …

Read More »

Mənsimovun fırıldaqçı oyunları hələ də bitmir

Boyukmillet.com saytının redaktoru Sima Babayeva öz facebook hesabında iş adamı Mübariz Mənsimov haqda maraqlı paylaşım edib. Həmin paylaşımı sizlərə təqdim edirik: Aldığımız məlumata görə, Türkiyədə fəaliyyət göstərən iş adamı Mübariz Mənsimov xalqa müraciət edib.Müraciətdə bildirir ki, olmayan şirkətimə işci tələb olunur.Yazıq millətimiz tez əşyalarını toplayıb İstanbula getməyə tələsiblər. Tələsməyin çünki, nə şirkət, nə də iş var. Yalnız yalan vədlər var. …

Read More »

QMİ sədri: “Erməni kilsəsi Azərbaycana qarşı böyük yalan təbliğat aparır”

“Erməni kilsəsi Azərbaycana qarşı yalan üstündə qurulmuş çox böyük təbliğat aparır. Onlar dünyaya Azərbaycanda erməni kilsələrinin dağıdıldığını, onların məscidlərə, alban-udin kilsələrinə çevrilməsi barədə yalan məlumatlar yayırlar”. Boyukmillet.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana rəsmi səfərinin yekunlarına dair jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələrinin Azərbaycana, Qarabağa səfərinin təşkil edilməsi nəzərdə tutulur: “Azərbaycana …

Read More »

Azərbaycan Ordusunun əsgəri Kəlbəcərdə itkin düşüb

İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.Hazırda faktla bağlı araşdırma aparılır.

Read More »

Azərbaycan Ukrayna, Türkiyə və Rusiya arasında taxıl sazişini alqışlayır

Azərbaycan BMT-nin dəstəyi ilə Ukrayna, Türkiyə və Rusiya arasında taxıl ixracına dair sazişləri alqışlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib. “Biz taxıl ixracı sazişinin imzalanmasını və Türkiyə ilə BMT-nin uğurlu vasitəçilik səylərini alqışlayırıq. Bu, qlobal ərzaq təhlükəsizliyinə mühüm töhfədir. Biz sazişin tezliklə həyata keçirilməsini səbirsizliklə gözləyirik”, – paylaşımda deyilir. Qeyd edək ki, …

Read More »

Səudiyyə Ərəbistanı və İraq Avropaya neft tədarükünü xeyli artırıb

Rusiyanın enerji daşıyıcılarından tədricən imtina fonunda Səudiyyə Ərəbistanı və İraq Avropaya neft tədarükünü artırır. Boyukmillet.com “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. Yaxın Şərqdən tədarüklər gündə 2,2 milyon barelə qədər arta bilər. Bu, yanvar ayı ilə müqayisədə 90% çoxdur. Səudiyyə Ərəbistanı neftlə dolu tankerləri Misirə çatdırır, oradan xammal Qırmızı dənizdəki Ayn Sohna terminalını Aralıq dənizindəki Sidi Kerir limanı …

Read More »

Azərbaycan Prezidenti misirli həmkarını təbrik edib

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən ölkələrimiz arasındakı əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. …

Read More »

Küləkli hava şəraiti həftə sonunadək davam edəcək, arabir yağış yağacaq

Küləkli hava şəraiti həftə sonunadək davam edəcək, arabir yağış yağacaq Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraitinin davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s olacağı, 24-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Rayonlarda iyulun 25-i gündüzədək bəzi yerlərdə qeyri-sabit hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı …

Read More »

Türkiyənin İraqdakı hərbi bazası raket atəşinə tutulub

İraqın şimalındakı Neyva əyalətində yerləşən Türkiyənin Zlikan hərbi bazası raket atəşinə tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Əl-Sumariya” telekanalı məlumat yayıb. Qeyd olunub ki, hərbi baza istiqamətində 3 raket atılıb. Xatırladaq ki, iyulun 20-də İraqın şimalındakı Zaxo kurort şəhərinin atəşə tutulması nəticəsində 9 nəfər həlak olub, daha 33 nəfər yaralanıb. İraq hakimiyyəti hücumda Türkiyəni ittiham edib. Öz növbəsində Türkiyənin xarici …

Read More »

Yasəmən Möhübbətqızı-“Qəzet həyatımızın aynasıdır”

Müdrik H.B.Zərdabi yazırdı: “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun… yaxşı-yamanlığını aşkar eləsin. Xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxanlar xalqı aynada görən kimi görsünlər”.. “Özüm mətbuat işçisi olaraq, bu sahədə çalışan, cəmiyyətə ayna olan imzaları diqqətlə izləyirəm.” Qarabağdan, ölkədə baş verən siyasi proseslərdən, yoxsulluqdan, şəhid anasından, sevgidən, insani münasibətlərindən, cəmiyyətin …

Read More »