Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov iyulun 20-23-ü tarixlərində Koreya Respublikasına səfər edib. Səfər çərçivəsində iyulun 21-də Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədovun, Koreya tərəfindən isə xarici işlər nazirinin müavini Yo Sınq-benin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı ikitərəfli diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinin …

Read More »

NATO Qara dənizdə hərbi təlimlərə başlayıb

Qara dənizin Bolqarıstana aid hissəsində NATO-nun “Briz” adlı hərbi təlimləri başlanılıb. Boyukmillet.com  Bolqarıstanın “News.bg” nəşrinə istinadən xəbər verir ki, bu, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Qara dənizdə keçirilən ilk genişmiqyaslı təlimlərdir. Təlimlərdə Şimali Atlantika Alyansına daxil 11 ölkənin – Bolqarıstan, Albaniya, Belçika, Yunanıstan, İtaliya, Latviya, Polşa, Rumıniya, ABŞ, Türkiyə və Fransanın 24 hərbi və köməkçi gəmiləri və qayıqları, 5 təyyarəsi, …

Read More »

ARDNF-in builki büdcəsi dəyişib

Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsi haqqında 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, dəyişikliyə əsasən, Fondun builki gəlirləri ilə bağlı proqnoz 5 199,4 milyon manat və yaxud 9,4% artırılaraq 10 589,7 milyon manatdan 15 789,1 milyon manata çatdırılıb, builki xərcləri ilə bağlı proqnoz isə 1 192,6 milyon manat və yaxud …

Read More »

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

Prezident İlham Əliyev “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.Boyukmillet.com xəbər verir ki, sərəncamla “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Müşahidə Şurasının sədri Vahid Hacıyev – Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan …

Read More »

Rəşad Nəbiyev Zəngəzurla Naxçıvanı birləşdirən körpünün yerləşəcəyi yerlə tanış olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Ordubadın Kotam kəndi ərazisində Zəngəzurla Naxçıvanı birləşdirən körpünün yerləşəcəyi yer və nəqliyyat infrastrukturu ilə tanış olub. Bu barədə Boyukmillet.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. Eyni zamanda nazir Culfa şəhərində İranla sərhəddə körpü və sərhəd-keçid məntəqəsinə baş çəkib, məntəqənin potensial imkanları və onun …

Read More »

Beynəlxalq Media Forumunda birinci panel keçirilib

İşğaldan azad olunmuş Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda “Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar” adlı birinci panel keçirilib. Boyukmillet.com xəbər verir ki, müzakirə olunan əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada “fake news” ilə mübarizə olub. Emin Musəvinin moderatorluğu altında keçirilən birinci paneldə çıxış edənlər TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, …

Read More »

Qılıncoynatma üzrə Azərbaycan millisi dünya çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın qadın sablyaçılardan ibarət komandası Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib. Boyukmillet.com-un məlumatına görə, Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Sevil Bünyatovadan ibarət kollektiv ilk görüşündə Hindistan yığmasına 45:42 hesabı ilə qalib gəlib. Milli Çin seçməsini isə 45:35 hesabı ilə üstələyib. Komanda sabah yarımfinala vəsiqə uğrunda Fransa ilə üz-üzə gələcək.

Read More »

AĞIR DURUMDA OLAN JURNALİSTLƏRƏ KÖMƏK EDƏK!

Dostlar, ikinci dəfədir müxtəlif KİV-lərdə çalışmış Sənan Abdullayevin (Həsənoğlu) və İlqar Atabəyin ailə üzvləri şəxsən mənə müraciət edərək onların həbsdən azad olunmasına kömək etməyimi xahiş edirlər. Təbii ki, Azərbaycan Prezidentindən əfv olunmalarını xahiş edən jurnalistlərin vəziyyəti hüquqi baxımdan bəllidir. Onların vəkillərinin verdiyi məlumata görə hər ikisindən şikayətçilər barışığa gedərək şikayətlərini geri götürüblər. İnsanlıq və humanizim naminə onu deyə bilərəm ki, …

Read More »

Azad edilmiş ərazilərə qabaqcıl şəhərsalma qaydalarına uyğun yaşayış və qeyri-yaşayış kompleksləri tikiləcək

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaqdır. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb. Sənəddə qeyd olunub ki, əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək: “İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaqdır. Qabaqcıl …

Read More »

“Əl-Cəzirə” Media İnstitutunun əməkdaşı: “Qürur hissi yaradacaq yerdə – Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq”

“Qürur hissi yaradacaq yerdə – Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq”. Boyukmillet.com xəbər verir ki, bunu “Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim Şuşada keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı söyləyib. “Medianı elə etməliyik ki, media hamının güvəndiyi struktur olsun. Bu baxımdan, hamımızın üzərinə məsuliyyət düşür. Jurnalistlər tarixi yazanlardır. Bu, 100 % doğrudur”, – o qeyd edib. …

Read More »