Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Rusiya FTX Ermənistanın Türkiyə hərbçiləri barədə dezinformasiyasını təkzib edib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd idarəsi və Milli Təhlükəsizlik Xidməti Türkiyə hərbçilərinin guya Ermənistanın Araqatsavan kəndi istiqamətində dövlət sərhədini keçməsi və bu ölkənin sakinlərinə qarşı hər hansı qanunsuz hərəkətlər etməsi ilə bağlı Ermənistan mətbuatında yayılan dezinformasiyaları təkzib ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Sərhəd İdarəsinin mətbuat xidmətindən məlumat verilib. “Yayılan məlumatlar həqiqətə uyğun deyil. Hazırda dövlət sərhədinin …

Read More »

Kiril Petkov: Bolqarıstan-Azərbaycan strateji tərəfdaşlığı fəal şəkildə inkişaf edəcək

Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq fəal şəkildə inkişaf edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov tviter hesabında yazıb. “Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq iki ölkə arasında enerji və nəqliyyat əlaqələrinin genişləndirilməsinə istiqamət almaqla fəal şəkildə inkişaf edəcək”, – Baş nazir vurğulayıb. “Bolqarıstan və Azərbaycan təbii qaz tədarükünün şaxələndirilməsi və Cənubi və Cənub-Şərqi Avropada …

Read More »

Xarici media nümayəndələri və ekspertlərin Şuşaya səfəri başlayıb

Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycana gələn nümayəndə heyətinin işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, 20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlərdən ibarət heyəti daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib. Beynəlxalq Media Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın da media nümayəndələri, ekspertləri və rəsmiləri var. Qeyd edək ki, Beynəlxalq Media Forumu …

Read More »

Milli Mətbuatın yaranmasından 147 il ötür

Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 147 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb.Vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdu. 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr …

Read More »

İlham Əliyev: “Bolqarıstan ilə Azərbaycan strateji tərəfdaşdırlar”

“Bolqarıstan ilə Azərbaycan strateji tərəfdaşdırlar”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə təkbətək görüşü zamanı deyib. “Biz nisbətən yaxın vaxtda müvafiq Bəyannaməni imzalamışıq. Bir sözlə, bu, olduqca yüksək səviyyəli əməkdaşlıqdır. Əlbəttə, strateji əməkdaşlıq bir çox sahələri, o cümlədən enerji təhlükəsizliyini əhatə edir. Bu mövzu hazırda qlobal gündəliyin ən …

Read More »

Bolqarıstanın Baş naziri Azərbaycanın Şərq ilə Qərb arasında qovşağa çevrildiyini bəyan edib

Bolqarıstanın Baş naziri Kiril Petkov Azərbaycanın Şərq ilə Qərb arasında qovşağa çevrildiyini bəyan edib. Boyukmillet.com xəbər verir ki, bolqarıstanlı nazir bunu Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirdiyi təkbətək görüşdə deyib. “Son illər ərzində gördüyünüz işlər mənə böyük təəssürat bağışladı. Siz üç beynəlxalq hava limanını tikməyə müvəffəq oldunuz və Şərq ilə Qərb arasında qovşağa çevrilə bildiniz. Bolqarıstan Avropa İttifaqının üzvüdür. Siz …

Read More »

Dövlət başçısı: “Yalnız bu ilin beş ayı ərzində Azərbaycandan tranzit 30 faizdən çox artıb”

“Yalnız bu ilin beş ayı ərzində Azərbaycandan tranzit 30 faizdən çox artıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə geniş tərkibdə görüşü zamanı deyib. “Coğrafi yerləşməni, Avropa və Azərbaycanın dəmir yolu sistemini birləşdirmək üçün qonşularımızla həyata keçirdiyimiz layihələri, Azərbaycandan keçən yüklərin artan həcmini nəzərə alsaq, daşımalar sahəsində böyük potensial mövcuddur. Hesab edirik …

Read More »

“YAŞAT” fondunun Türkiyəyə müalicəyə göndərdiyi qazi Vətənə qayıdıb

“YAŞAT” fondu tərəfindən Türkiyəyə göndərilən və burada müalicə alan daha bir Vətən müharibəsi qazisi evinə qayıdıb. Boyukmillet.com xəbər verir ki, qazimiz xərəkdə yola salındığı Türkiyədən evinə ayaqları üstündə qayıdıb. “Müalicəyə yola salınanda ağrılarına, vəziyyətinin ağırlığına baxmadan yalnız gülümsəyirdi. Bu gülümsəmənin ardında möhkəm iradə, böyük inam və ümidlər var idi. Budur, Nurlan Tağıyev xərəkdə yola salındığı Türkiyədən vətənə ayaqları üstündə qayıdıb”, – …

Read More »

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılıb

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” təsdiqlənib. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və …

Read More »