Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Namik Kamalovu saxlayıblar. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin rayonun Nağıoba kəndi ərazisindəki meşə sahəsində əkib yetişdirdiyi 1948 ədəd (ümumi …
Read More »Yearly Archives: 2022
Azərbaycan Futzal Federasiyasının rəhbərliyində dəyişiklik edilib
Azərbaycan Futzal Federasiyasının strukturunda dəyişiklik olub. Qurumdan verilən məlumata görə, vitse-prezident Rəmiş Malıyev tutduğu vəzifədən və İcraiyyə Komitəsinin üzvlüyündən azad olunması barədə müraciət edib. Elşən Abasov və Rövşən Mirzəyev AFF-nin İcraiyyə Komitəsinin üzvü seçilib. E. Abasov həm də federasiyanın vitse-prezidenti vəzifəsinə təyin edilib.
Read More »İranda məcburi hicaba qarşı kampaniya başlayıb
İranda məcburi hicaba qarşı “Hicabsız hicab” şüarı altında kampaniya başlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “İran İnternational” yayıb. Kampaniya ölkənin müxtəlif şəhərlərində dəstəklənib. Vətəndaşlar bununla məcburi hicab geyinməyə və hakimiyyətin zorakılıqlarına etiraz etdiklərini bildiriblər. İranın daxili işlər naziri Əhməd Vahidi məsələ ilə bağlı deyib ki, iffət və hicab kimi məsələləri danışıq və öyüd-nəsihətlə həll etmək mümkündür. Onun sözlərinə görə, hicaba nəzarət …
Read More »Neftin qiyməti 100 dollardan aşağı düşüb
Çin iqtisadiyyatı və tələblə bağlı perspektivlər fonunda dünya bazarlarında neftin qiyməti 100 ABŞ dollarından aşağı düşüb. Boyukmillet.com birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,07% ucuzlaşaraq 1 bareli 99,42 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,22% aşağı düşərək 1 bareli 95,63 ABŞ dolları təşkil edib. Çində koronavirusla bağlı vəziyyətin pisləşdiyi bir …
Read More »Ukrayna Baş Qərargahı: “Son sutkada 100 rusiyalı hərbçi məhv edilib”
“Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 37 570 hərbçisi məhv edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir. Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində isə 100 rusiyalı hərbçini məhv edib. Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 649 tank, 3 832 zirehli döyüş maşını, 839 artilleriya sistemi, 247 …
Read More »İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
İranın ali rəhbəri ayətulla Seyid Əli Xaməneinin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi admiral Əli Şamxani iyulun 15-də Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb. Səfər Azərbaycan Milli Təhlükəsizlik Şurasının katbi Ramil Usubovun dəvəti əsasında həyata keçiriləcək. Səfər çərçivəsində Əli Şamxani Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlər, regionda və dünyada …
Read More »Nazir Bakıda abidələrin qorunması ilə bağlı tapşırıqlar verib
Mədəniyyət naziri Anar Kərimov Xəzər rayonunun Türkan qəsəbəsi yaxınlığında yerləşən “Kurqan çölü”, “Türkan yaşayış yeri” və “Daş yollar” tarixi abidələrinə baxış keçirib. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Baxış zamanı Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Soltan Məmmədov, Azərbaycan Memarlar İttifaqının sədri …
Read More »İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, son günlərdə DSX-nin əməkdaşları 1200 kiloqram yabanı halda bitən çətənə kolunu yandıraraq məhv edib, 52 kiloqram 880 qram narkotik vasitənin, 3240 ədəd psixotroptərkibli həblərin və 42 kiloqram 165 qram dərman preparatlarının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısını alıb. İyun …
Read More »Bakıda gənc oğlanı motosiklet vurub
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Motosiklet yolu keçən 1993-cü il təvəllüdlü İbrahimli Elvin Elçin oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.
Read More »Ukrayna İlan adasının işğaldan azad olunması sayəsində taxıl ixracını artırır
Son 4 gündə Ukraynanın 16 ticarət gəmisi Bistre məshəbinin kanalından keçib. Onlar taxılla yüklənməni gözləyirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bistrenin məshəbindən Ukraynanın Dunay limanlarına (“İzmail”, “Reni” və “Ust-Dunaysk”) keçid İlan adasının işğaldan azad edilməsi sayəsində mümkün olub. Əvvəllər Ukraynanın Dunay limanlarında yük daşıyan gəmilər yeganə yoldan – Rumıniyada yerləşən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar