Azərbaycanın Şəmkir, Ağstafa, Göygöl və Daşkəsən şəhərləri Gürcüstanın müvafiq olaraq Marneuli, Qardabani, Bolnisi və Dmanisi şəhərləri ilə qardaşlaşacaq. Şəhərlərin qardaşlaşmasına dair Anlaşma Memorandumları iyulun 13-də səfirliyin təşkilatçılığı ilə Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanacaq. Nümayəndə heyətinə qubernatorun müavinləri, həmçinin Kvemo Kartlinin Rustavi, Bolnisi, Qardabani, Dmanisi, Tetritskaro, Marneuli və Tsalka şəhərlərinin merləri, o cümlədən …
Read More »Yearly Archives: 2022
Şabranda baş verən yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib
Şabranda baş verən yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib. Belə ki, rayon sakini Elnur Nuriyev ona məxsus əkin sahəsindən keçən elektrik naqillərində və işıq dirəyində problem olmasına baxmayaraq heç bir tədbir görməyib, …
Read More »ETSN əhaliyə müraciət edib
Şabran rayonunun Təzəkənd – Daşlı yataq – Söhbətli kəndləri istiqamətində baş vermiş yanğın iyulun 11-i gecə saatlarında söndürülüb. Hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov “Report”a deyib ki, yanğın baş verən ərazilərdə közərən, tüstüləyən ağaclar var: “Hazırda həmin ərazilərdə söndürülmə işlərini aparırıq. Taxıl sahələrinin biçindən sonra yandırılması əksər hallarda bilərəkdən törədilir. Həmin yanğınlar ətrafda …
Read More »Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib
İyulun 12-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət ediblər. Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub. Sonra 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin …
Read More »Tovuz döyüşlərinin baş verdiyi postlarda durum necədir?
Tovuz döyüşlərinin ikinci ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsinə mediatur təşkil olunub. Boyukmillet.com xəbər verir ki, mediatur çərçivəsində hərbi hissədə yaradılmış şəraitlə tanış olunub, əsgər və zabitlərin günlük xidmət prosesi izlənilib. KİV nümayəndələrinə bildirilib ki, hərbi hissədə yeməklər xüsusi aşbazlar tərəfindən hazırlanır, yataq dəstləri, paltarların yuyulması üçün isə camaşırxana fəaliyyət göstərir. Qeyd edilib ki, …
Read More »Rusiya və Türkiyə nümayəndələri arasında yüksək səviyyəli görüşün tarixi məlum olub
Rusiya və Türkiyə nümayəndələri arasında yüksək səviyyəli görüşün tarixi məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, görüş İstanbulda keçiriləcək. Nümayəndələr Ukraynadan taxıl ixracı problemini müzakirə edəcəklər.
Read More »Ərdoğan və Putin İranda görüşəcək
İyulun 19-da İranda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin görüşəcəyi gözlənilir. Boyukmillet.com xəbər ki, bu barədə “CNN Türk” məlumat yayıb. Qeyd edək ki, daha əvvəl hər 2 liderin eyni gündə İrana gedəcəyi xəbəri yayılmışdı.
Read More »ASAN könüllüləri “Murov qartalı” şəhid polkovnik-leytenant Raquf Orucovun əziz xatirəsini yad ediblər
“ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin, “ASAN Könüllüləri” Təşkilatının və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə Ağdamda yerləşən Şahbulaq ərazisində və vaxtı ikən Raquf Orucovun komandirlik etdiyi N saylı hərbi hissədə “Murov qartalı” şəhid Raquf Orucovun anadan olmasının 50-ci ildönümünə həsr olunmuş tədbir həyata keçirilib. Tədbir hərbi orkestrin Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi ilə başlayıb. Mərasimdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı …
Read More »Yəməndə hərbi əməliyyatların bərpası barədə xəbərdarlıq edilib
Yəməndə siyasi vəziyyət durğunluq mərhələsindədir, bir yanlış addım bütün irəliləyişləri ləğv edə və ölkəni yenidən müharibə xaosuna sürükləyə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib. “Bu ölkədə siyasi vəziyyət durğunluq dövrünə qədəm qoyub. Ötən müddət ərzində müşahidə edə bildiyimiz Yəmən nizamlanmasının tempi yavaşlayır. Atəşkəsin iyunda uzadılmasından bir ay keçib, lakin o …
Read More »Rusiyada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
Rusiyada ilk dəfə meymunçiçəyinə yoluxma faktı qeydə alınıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti məlumat yayıb. Qeyd olunub ki, meymunçiçəyinə Avropadan səfərdən qayıdan bir nəfərdə aşkarlanıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar