Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. İyulun 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Read More »Yearly Archives: 2022
Ruslan Əliyev: “Bakının mərkəzində baş vermiş partlayışın qaz sızması ilə əlaqəsi yoxdur”
“Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində baş vermiş partlayış və yanğının qaz sızması ilə əlaqəsi yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev. Onun sözlərinə görə, xüsusi qəza xidməti tərəfindən hadisə yeri tam araşdırılıb və qaz sızması aşkarlanmayıb: “Səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır”.
Read More »Ukraynada Polşa vətəndaşlarına xüsusi status verilə bilər
Polşa Prezidenti Anjey Duda bildirib ki, Ukrayna lideri Volodimir Zelenski polşalılara xüsusi statusun verilməsi ilə bağlı qanun layihəsini Ali Radaya təqdim edib. “Bu gün Ukrayna bu addımı ilə, Prezidentin jesti ilə simvolik dəvət verir və deyir: “Siz xüsusi hüquqlarla buradasınız, xoş gəlmisiniz. Bu, danışmağı çətin olan işlərdə bizim üçün bir işarə olsun”, – deyə Duda bildirib. Yeni qanuna əsasən, Polşa …
Read More »Ukraynada Polşa vətəndaşlarına xüsusi status verilə bilər
Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının yeni liderinin və ölkənin baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq, namizədlərin irəli sürülməsi bir gündə, iyulun 12-də başlayıb, başa çatacaq. Boyukmillet.com xəbər verir ki, bunu növbəti partiya liderinin seçilməsi prosesinə cavabdeh olan Parlament 1922-ci il Komitəsinin rəhbəri Qrem Bredi bildirib. “Nəticə sentyabrın 5-də açıqlanmalıdır, bu, parlament yay tətilindən qayıdanda baş verəcək”-deyə, o bildirib. Namizədlərin rəsmi …
Read More »Şəmkirdə avtomobillə vurulan piyada reanimasiyaya yerləşdirilib
Şəmkirdə piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Boyukmillet.com xəbər verir ki, yolu qarşı tərəfə keçmək istəyən piyada, 1977-ci il təvəllüdlü İ. Əliyevi avtomobil vurub. Nıticədə piyada ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsində müalicəsi davam edən zərərçəkmişin vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırmalara başlanılıb.
Read More »Həbs edilən Ermənistanın sabiq Baş Qərargah rəisinin oğlu azadlığa buraxılıb
Həbs edilən Ermənistanın sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov 1 milyon dram (təxminən 2,4 min dollar – Red) girov müqabilində azadlığa buraxılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a onun vəkili Mihran Poqosyan məlumat verib. Poqosyan qeyd edib ki, məbləğ artıq ödənilib, hazırda müdafiə tərəfi ödənişlə bağlı sübutların təqdim edilməsi üçün cəzaçəkmə müəssisəsinə gedib. Xaçaturov İrəvandakı …
Read More »Tviterin səhmləri 9%-dən çox ucuzlaşıb
Tviter şirkətinin səhmləri amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın şirkətin alışı ilə bağlı müqaviləyə xitam verməsindən sonra 3,37 dollar (9,15%) ucuzlaşıb. Boyukmillet.com xəbər verir ki, bunu Nyu-York Fond Birjasında keçirilən hərracların məlumatları əks etdirir. Səhmlərin qiyməti 33,48 dollar təşkil edib. Ticarətin açılışında eniş 5%-dən çox olub. Qısa müddət sonra ucuzlaşma 7%-i, daha sonra sonra 9%-i keçib. Qeyd …
Read More »Armen Qriqoryan: “Tezliklə sülh sazişini müzakirə etmək üçün əsaslı görüşlər olacaq və biz irəliyə gedəcəyik”
“Rəsmi İrəvan yaxın gələcəkdə Bakı ilə sülh sazişi ətrafında danışıqlar aparmağa ümid edir”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib. “Vəziyyəti dalana dirənmiş adlandırmazdım. Sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində ilk iclasını keçirib, növbəti görüşlər Moskva və Brüsseldə keçirilməlidir. Ümid edirik ki, razılıq əldə olunacaq …
Read More »Tovuzda kütləvi davada bir neçə nəfər bıçaqlanıb, ölən var – FOTO
Tovuz rayonunda kütləvi dava qanla bitib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Mübahisə zəminində düşən kütləvi dava zamanı 1987-ci il təvəllüdlü Anar Tağıyev, 1983-cü il təvəllüdlü Vüsal Əhmədov və 1987-ci il təvəllüdlü Nizami Vəliyev bıçaqlanıblar. Onlardan N.Vəliyev aldığı xəsarətdən dünyasını dəyişib. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb.
Read More »Şəmkirdə sirkə turşusundan zəhərlənən 62 yaşlı qadın ölüb
Şəmkir rayonunda qadın sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, şəhər ərazisində 1960-cı il təvəllüdlü Z.Zamanova məlum olmayan səbəblərdən içdiyi sirkə turşusundan zəhərlənib. O, ağır halda xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar