Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

DYP: “Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır”

Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, bayram günləri ilə əlaqədar vətəndaşlarımızın çimərlik zonaları istiqamətinə sıx hərəkətini nəzərə alaraq həmin ərazilərdə polis əməkdaşları tıxacların yaranmaması üçün avtomobillərin hərəkətini tənzimləyir, istirahətdə olan vətəndaşlarımızın təlükəsizliyini yüksək səviyyədə qorumaq üçün gücləndirilmiş iş rejimində …

Read More »

Azərbaycan Ordusunun hərbçisi avtoqəzada ölüb

İyulun 9-u axşam saatlarında baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Novruz Tağı oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Read More »

Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 3 medalla başa vurub

Azərbaycan cüdoçuları Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqəni üç medalla başa vurublar. Boyukmillet.com xəbər verir ki, yarışın sonuncu günündə mübarizəyə qoşulan üç idmançıdan heç biri medal qazana bilməyib. 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 finalda Camal Petgreyvə (Böyük Britaniya) qalib gəlsə də, növbəti raundda Gergely Nerpelə (Macarıstan) uduzub. 100 kq-dakı Elmar Qasımov eyni raundda Zlatko Kumriçi (Xorvatiya) məğlub …

Read More »

Mədət Quliyev Şuşadakı ilk beynəlxalq turnirin qalibinə ev bağışlayıb

Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev “Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi olan Azərbaycan millisinin üzvü Elçin Əsədova Bakıda 3 otaqlı ev bağışlayıb. Boyukmillet.com xəbər verir ki, mənzilin açarı mükafatlandırma mərasimində təqdim olunub. Tədbirdə Mədət Quliyevlə yanaşı, gənclər və idman naziri Fərid Qayıbov, nazir mavini Mariana Vasileva və AVF-nin vitse-prezidenti Robert Eyyubov da iştirak ediblər. Əvvəlcə fərdi, daha sonra …

Read More »

Qəhrəman cüdoçular: Tarixi döyüş meydanında yazanlar

Hər bir cüdoçunun arzusu beynəlxalq yarışlarda – olimpiya, dünya və Avropa çempionatlarında qalib gəlib dövlətinin himnini səsləndirmək, ölkəsini layiqincə təmsil etməkdir. İndiyədək Azərbaycanın bir çox idmançısı bu missiyanın öhdəsindən məharətlə gəlib. Pekin-2008 Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli, ilk dünya çempionu Elxan Məmmədov, həmçinin, Rüstəm Orucov, Hidayət Heydərov kimi idmançılar dəfələrlə bayrağımızı ən yüksək zirvələrə qaldırıblar. Lakin Azərbaycan cüdoçuları təkcə …

Read More »

Fərid Qayıbov: “Şuşadakı beynəlxalq yarışı ənənəvi etmək olar”

“Bizdə müsbət emosiyalar var. Şuşada ilk beynəlxalq turnir keçirildi. Azərbaycan Velesiped Federasiyasına, onların tərəfdaşlarına, yarışın təkşilində əməyi keçən hər kəsə və könüllülərə minnətdaram”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov “Əziz Şuşa” beynəlxalq velosiped turniri ilə bağlı danışarkən deyib. O, yarış zamanı igid əsgərləri xatırladıqlarını bildirib: “Onlar Şuşaya çətin yolla qalxıblar. Allah şəhidlərimizə rəhmət etsin. …

Read More »

Qurban bayramı münasibətilə Azərbaycan Ordusunda tədbirlər keçirilib

Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu və xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir …

Read More »

Baş Prokurorluq Bərdədə zorlama işi üzrə təqsirləndirilən şəxslə bağlı məlumat yayıb

“Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxsə prokuror 9 il həbs cəzası istəməsinə baxmayaraq məhkəmənin bəraət verməsi” ilə bağlı məlumat Baş Prokurorluq tərəfindən qismən təkzib olunub. Məlumatda deyilir: “Bəzi media və sosial şəbəkə səhifələrində “Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxsə prokuror 9 il həbs cəzası istəməsinə baxmayaraq məhkəmənin bəraət verməsi” ilə bağlı məlumat dərc edilib. Həmin məlumat tərəfimizdən qismən …

Read More »

Zakir Həsənov Xocavənddə hərbi hospitalın açılışında olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xocavənd rayonu ərazisində yeni istifadəyə verilmiş hərbi hospitalın açılışında olub. Boyukmillet.com xəbər verir ki, 250 çarpayılıq hərbi hospitalın 4 hektara yaxın ərazini əhatə etdiyi bildirilib. Qeyd olunub ki, burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də su, ərzaq və əşya anbarları, əsgər …

Read More »

Heydər Əliyev Fondu şəhid ailələrinə Qurban bayramı münasibətilə sovqatlar göndərib

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətiə Vətən müharibəsi şəhidlərinin ailələrinə bayram sovqatları çatdırılıb. Boyukmillet.com xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri və könüllüləri bayram günü şəhidlərimizin ailələrinə baş çəkiblər. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Qurban bayramı münasibətilə təbrikləri çatdırılıb, qurban payları təqdim olunub.

Read More »