Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırıb

Prezident İlham Əliyev Bərdə rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (46 km)–Qarağacı–Mirzəcəfərli–Mollagüllər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (46 km)–Qarağacı–Mirzəcəfərli–Mollagüllər avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin …

Read More »

AQC rəsmiləri QHT Agentliyi və AKİA rəhbəri ilə görüşüb – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc arasında görüş olub. Görüşdə hər iki qurumun rəhbər şəxsləri iştirak ediblər. AQC sədri cəmiyyətin may ayında keçirilən konfransı barədə məlumat verərək bildirib ki, hesabat-seçki yığıncağında vacib qərarlar qəbul olunub. Cəmiyyətin dövlət qurumları, assosiativ təşkilatlar, qeyri-hökumət təşkilatları və mətbuat orqanları ilə əlaqələrini …

Read More »

Azərbaycanda məişət zorakılığı törədənlər cinayət məsuliyyəti daşıyacaq

“Azərbaycanda məişət zorakılığının qarşısının alınması ilə bağlı müvafiq qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər layihəsi hazırlanıb. Bununla bağlı Cinayət, Mülki, İnzibati Xətalar məcəllələrinin bəzi bəndlərinə dəyişikliklər ediləcək”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, dəyişikliklərlə məişət zorakılığına cinayət nöqteyi-nəzərdən diqqət yetirilib: “Çünki bəzən məişət zorakılığına adi …

Read More »

Aİ Azərbaycanda minadan zərərçəkən şəxslərin reabilitasiyasına dəstək verəcək

“Avropa İttifaqı Azərbaycanın işğal azad edilmiş ərazilərindəki minalardan təmizləmə işləri zamanı xəsarət alaraq əlillik təyin edilən şəxslərin reabilitasiya prosesində yaxından iştirak edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib. Onun sözlərinə görə, bu gün Azerbaycan əlillik sahəsində bir çox Avropa ölkələrinin qarşılaşdığı çətinliklərlə üzləşir: “Təbii ki, Azərbaycanda sosial siyasətin tətbiqi bu çətinliklərin aradan qaldırılmasına …

Read More »

Bakı-Gəncə qatarında gediş haqqı müvəqqəti azaldılıb

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarda mövsümi endirim kampaniyasına start verib. Boyukmillet.com səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu gündən etibarən üç ay müddətində sözügedən marşrut üzrə standart yerlər üçün satılan biletlərin qiymətində 25 faizlik endirim tətbiq olunur. Kampaniya çərçivəsində sərnişinlər standart (ekonom) yerlər üçün 15 manat ödəyərək səfər edə biləcəklər. Biznes və birinci klass yerlərə gediş …

Read More »

YAP-ın mətbuat katibi vəzifəsindən ayrılıb

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev vəzifəsindən ayrılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə o, özü bildirib. O, vəzifəsindən ayrılmasının səhhətində yaranan müvəqqəti narahatlıqlarla bağlı olduğunu deyib. Qeyd edək ki, E.Quliyev YAP-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə ötən ilin mayında təyin olunmuşdu.

Read More »

Rusiya Ukrayna şəhərini “İsgəndər” raketi ilə vurub

Rusiya Silahlı Qüvvələri “İsgəndər” tipli raketlə Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə zərbə endirib. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib. Onun sözlərinə görə, raket zərbələri nəticəsində bir nəfər həlak olub, 6 nəfər yaralanıb: “Bu zərbə şəhərin mərkəzinə endirilib. Əvvəlcə bu, aviasiya bombasına bənzəsə də, mütəxəssislər bunun “İsgəndər” tipli raket olduğunu bildiriblər”.

Read More »

ABŞ Rusiyaya qarşı sanksiyalar rejimini genişləndirmək niyyətindədir

ABŞ Rusiyaya qarşı sanksiya rejimini genişləndirmək və digər ölkələr tərəfindən ona riayət olunmasına nəzarəti gücləndirmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Duqlas Cons jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Biz Rusiyaya iqtisadi təzyiq göstərməyə davam edəcəyik. Nəinki sanksiyaları tətbiq etməyi, həm də onları genişləndirməyə davam edəcəyik, həmçinin onların digər ölkələr tərəfindən …

Read More »

Ərdoğan Rəisi ilə altılıq platformasını müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfər proqramı açıqlanıb. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə lideri İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək. Görüşdə bir çox məsələlərlə yanaşı, Cənubi Qafqazdakı durum da müzakirə olunacaq. Liderlərin altılıq platforması (Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan və Ermənistanın əməkdaşlığı üçün təklif olunan format) barədə fikir mübadiləsi aparacaqları da gözlənilir. Bundan başqa, …

Read More »

Sabahdan Azərbaycanda 4 günlük bayram tətili başlayır

Sabahdan Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl iş olmayacaq. Boyukmillet.com-un xəbərinə görə, iyul ayının 9-u və 10-u Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Həmin tarixlər şənbə, bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilib. Bununla da Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl (9, 10, 11 və 12 iyul) qeyri-iş günləridir. Növbəti iş günü …

Read More »