ABŞ senatorları Dövlət Departamentindən “Vaqner” özəl hərbi şirkətini (ÖHŞ) xarici terror təşkilatı kimi tanımasını tələb edən qanun layihəsi təqdim ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə senator Rocer Vikerin rəsmi saytında məlumat verilib. Bildirilib ki, Nümayəndələr Palatasında da analoji təşəbbüsə baxılacaq. Qeyd olunub ki, demokratlar Stiven Koen və Mark Veasi, respublikaçılar Co Vilson və Riçard Hadson təklifi dəstəkləyən təşəbbüsü Nümayəndələr …
Read More »Yearly Archives: 2022
Çingiz Abdullayev istefa verdi
“Neftçi”nin Müşahidə Şurasın (MŞ) tərkibində dəyişikliklər olub. Bu barədə məlumat klubun rəsmi saytında yer alıb. Əvvəlki MŞ sədri Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəzləyib. Həmçinin, təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər. Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar. Müşahidə Şurasının əvvəlki …
Read More »Bayden Putinlə danışığının yalnız bir şərtlə mümkün olduğunu bildirib
ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə danışıqları mümkün hesab edir, ancaq o şərtlə ki, o, Ukraynaya qarşı müharibəni dayandırmaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Politico”nun jurnalisti Eli Stokols tviterdə yazıb. “Mən Putinlə danışmağa hazıram, əgər həqiqətən də onda maraq varsa – o, müharibəni bitirmək üçün yol axtarır. Hələlik o, bunu etməyib”, – ABŞ lideri bildirib. Bayden onu …
Read More »İran heç vaxt Azərbaycana dost olmayıb – ÖZƏL
“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan qonşu sarıdan yarımayıb və Türkiyə və Gürcüstanı çıxmaq şərtilə digər qonşularımız hər zaman ölkəmizə qarşı düşmən münasibətdə olublar”. Bunu “OLAYLAR”-a İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli səsləndirib. Mərkəz sədri bildirib ki, Rusiyanın Ermənistan və Qarabağdakı separatçılara dəstəyi, onların yenidən silahlanaraq revanşizmə cəhd göstərməsinə göz yumması, Ermənistanın sülh danışıqlarından imtina …
Read More »Ceyhun Bayramov Borelə Ermənistanın öhdəliklərindən boyun qaçırdığını bildirib
1 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borel ilə görüşüb. XİN-dən bildirilib ki, görüş zamanı, Azərbaycan və Avropa ittifaqı arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, …
Read More »Kiyev Ukraynanın hərbi itkilərinin sayını açıqlayıb
Rusiya-Ukrayna müharibəsində Ukrayna 13 min hərbçi itirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “Kanal 24”ün efirində bildirib. “Bizdə Baş Qərargahın rəsmi qiymətləndirmələri var. Ölənlərin sayı 10 mindən 12,5-13 minədəkdir. Yəni biz açıq şəkildə ölənlərin sayından danışırıq”, – M.Podolyak bildirib. Prezident Ofisinin rəsmisi vurğulayıb ki, ölkənin hərbi itkiləri mülki itkilərdən əhəmiyyətli dərəcədə azdır.
Read More »Ərdoğan: “Zəngəzur dəhlizinin açılması Ağrı vilayətinin əhəmiyyətini artıracaq”
“Zəngəzur dəhlizinin açılması Türkiyənin Ağrı vilayətinin əhəmiyyətini artıracaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı-Hamur-Tutak-Patnos avtomobil yolunun açılışı mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Türkiyənin Anadoludakı mövcudluğunun hər günü riyakar oyunlarla mübarizədə keçib: “Azərbaycan torpaqlarının uzun illər işğal altında qalmasının səbəbi də məhz bu cür oyunlardır, bəzi ölkələrin səssizliyidir. Region ölkələri bu oyunların öhdəsindən yalnız birgə …
Read More »Türk Dünyası Sığorta Birliyinin “Yol xəritəsi” və Nizamnaməsi hazırlanıb
Türk Dünyası Sığorta Birliyinin “Yol xəritəsi”nin və Nizamnaməsinin gələn ilin mart ayında Türkiyənin Antalya şəhərində keçiriləcək Beynəlxalq Sığorta Sərgisində müzakirə edilməsi ilə bağlı razılıq əldə edib. Boyukmillet.com xəbər verir ki, bu məsələ qurumda Türkiyə Sığorta Birliyinin (TSB) sədri Atilla Benli və Birliyin İcraçı direktoru Özgür Obalı ilə keçirilmiş görüşdə müzakirə olunub. ASA TSB ilə 2020-ci ilin noyabr ayından qarşılıqlı əməkdaşlığa …
Read More »Cahangir Novruzov: “Bir il öncə məsuliyyətə cəlb olunmuş adamlarla eyni səhvi etmək həyasızlıqdır”
“Bir il öncə məsuliyyətə cəlb olunmuş adamlarla eyni səhvi etmək tərbiyəsizlik, həyasızlıqdır”. Bunu “Report”a müsahibəsində Azərbaycan Respublikasının Xalq artisti, teatr və kino aktyoru, teatr rejissoru, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyib. “Bu gün Azərbaycanın ruhu, siyasəti həqiqətən yüksək səviyyədədir. Ancaq çevrədəki əyri aynalar o yüksək ruhu yaşamağa icazə vermir. Bir sıra sahələrdə əksikliklər tapılır, həbslər həyata keçirilir, …
Read More »Azərbaycan Prezidenti Çin liderinə başsağlığı verib
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, başsağlığı məktubunda deyilir: “Hörmətli cənab Sədr, Çin Xalq Respublikasının keçmiş Sədri, görkəmli dövlət xadimi Tszyan Tszeminin vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi. Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan ilə Çin arasında dövlətlərarası əlaqələrin və əməkdaşlığın təməlinin qoyulmasında Tszyan Tszeminin böyük xidmətləri olmuşdur. Biz …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar