Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Şuşada 92 il əvvəl toxunan xalça muzeyə hədiyyə olunub

92 il əvvəl Şuşada toxunan xalçanın təqdimat mərasimi keçiriləcək. Bu barədə Azərbaycan Milli Xalça Muzeyindən məlumat verilib. Bildirilib ki, mərasim iyulun 6-da Azərbaycan Milli Xalça Muzeyində baş tutacaq: “Xalçanı Ağsaqqallar Şurasının sədr müavini, Prezidentin fərdi təqaüdçüsü, ilk ombudsman, professor Elmira Süleymanova muzeyin Şuşa filialına hədiyyə edib. “Ləmpə” adlanan xalça 1930-cu illərdə Şuşada toxunub. Belə xalçaların ilk nümunələri XIX əsrin əvvəllərindən Şuşa …

Read More »

Pakistanda terror aktı olub, 10 hərbçi yaralanıb

Pakistanın Şimali Vəziristan əyalətində terror aktı olub. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, kamikadze bombanı xüsusi təyinatlı hərbçilərin olduğu kortej yaxınlığında partladıb. Hadisə nəticəsində ən azı 10 əsgər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Qeyd edək ki, Şimali və Cənubi Vəziristandakı radikal qruplar Vəziristan İslam Dövləti adlanan təşkilatın yaradılmasına can atır. Xatırladaq …

Read More »

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərir

Azərbaycan Ukrayna xalqına növbəti humanitar yardım göndərir. Boyukmillet.com xəbər verir ki, yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib. Humanitar yardım ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarətdir. Yardıma saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər daxildir.Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bu …

Read More »

Azərbaycan və Böyük Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri görüşüblər

Böyük Britaniyanın Birmingem şəhərində Azərbaycan və Böyük Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti və büro üzvü Azay Quliyev tviterdə yazıb. “Azərbaycan və Böyük Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri Böyük Britaniyanın Birmingem şəhərində səmərəli görüş keçirib və həm ikitərəfli formatda, həm də ATƏT PA …

Read More »

“Azəristiliktəchizat”ın yığılmış zərəri 100 milyon manata yaxınlaşıb

“Azəristiliktəchizat” ASC 2021-ci ili 10,372 milyon manat zərərlə başa vurub. Halbuki, qurum 2020-ci ildən 1,033 milyon manat mənfəətlə çıxmışdı. Sənədə əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 11,7 % artaraq 98,918 milyon manata çatıb. Bu il yanvarın 1-nə “Azəristiliktəchizat”ın aktivləri 189,678 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 24 % …

Read More »

“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq. Boyukmillet.com xəbər verir ki, “köhlən atlar” I təsnifat mərhələsinin ilk oyununda Polşa “Lex”inin qonağı olacaq. Poznan şəhərindəki eyniadlı stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edəcək. Oyun öncəsi Ağdam təmsilçisinin heyətində itki yoxdur. Meydan sahiblərindən isə 2 futbolçu oyunu buraxacaq. Polşalı müdafiəçi …

Read More »

Yaponiya Rusiya və Belarusdan olan daha 90 fiziki şəxs və təşkilata sanksiya tətbiq edib

Yaponiya Rusiya və Belarusdan olan daha 90 fiziki şəxs və təşkilata sanksiya tətbiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Yaponiyanın yeni sanksiya siyahısına Rusiya Baş nazirinin müavini Dmitri Qriqorenko, violonçel ifaçısı Sergey Rolduqin daxil edilib. Sentyabrın 5-dən Yaponiya Rusiyaya mühasibat, audit və konsaltinq xidmətlərinin göstərilməsini yasaqlayacaq. Eyni zamanda Yaponiya Rusiyadan qızıl idxalına …

Read More »

KİV: “Tunis ABŞ-dan 8 hərbi təyyarə alır”

Tunis hava qüvvələrin təlim-məşq donanmasının təkmilləşdirilməsi planının bir hissəsi kimi ABŞ-dan səkkiz hərbi təlim təyyarəsi aldığını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Tunisə təlim təyyarələrinin tədarükü ilə bağlı ABŞ hökuməti ilə “Textron Aviation Defense” şirkəti arasında müqavilə imzalanıb. Yeni təyyarələrin ilk partiyasının 2023-cü ilin martında təhvil verilməsi, 2026-cı ilin oktyabrında müqavilənin müddəti başa çatacağı gözlənilir. Bildirilib …

Read More »

Çexiya və Ukrayna baş nazirləri ölkənin bərpası barədə müzakirə aparıb

Çexiyanın baş naziri Petr Fiala İsveçrənin Luqano şəhərində keçirilən beynəlxalq konfransda ukraynalı həmkarı Denis Şmıqalla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Petr Fiala tviterdə bildirib. Fiala qeyd edib ki, Praqanın iyulun 1-dən başlayan Avropa İttifaqına sədrliyinin əsas prioritetlərindən biri Ukraynanın bərpasıdır. Eyni zamanda çexiyalı nazir vurğulayıb ki, inkişaf edən münaqişə fonunda Ukraynanın bərpası prosesinin dəqiq nə vaxt başlayacağını proqnozlaşdıra …

Read More »

İstanbulda ağır yol qəzası olub, ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərində yol kənarında işləyən fəhlələrə avtomobil çırpılıb. Boyukmillet.com xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər ağır yaralanıb. Məlumata görə, 34 EIG 330 dövlət nömrə nişanlı yüngül avtomobilinin sürücüsü naməlum səbəbdən idarəetməni itirib. Sürücünün idarəetməsindən çıxan avtomobil əvvəlcə şlaqbaumlara çırpılıb, daha sonra viadukda işləyən fəhlələrin üzərinə aşıb. Qəza törədən maşın işçilərin istifadə etdiyi kran maşınına çırpılaraq …

Read More »