Bazar , 5 Aprel 2026

Yearly Archives: 2022

ABŞ hərbi yolla İranın nüvə silahı əldə etməsinin qarşısını almağa hazırdır

ABŞ prezidenti Cozef Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məsələsinin hərbi yolla həll etməyə hazırdır. Boyukmillet.com-un məlumatına görə, bunu “Foreign Policy” jurnalının təşkil etdiyi onlayn konfransda ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli deyib. Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün zərurət yaranarsa, son çarə kimi hərbi varianta razılaşacağını bildirib. …

Read More »

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Noyabrın 30-u saat 19:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

Prezident akademik Musa Rüstəmovun vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev akademik Musa Rüstəmovun vəfatı ilə bağlı nekroloq imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti xəbər verib. “Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, texnika elmləri doktoru, professor Musa İsmayıl oğlu Rüstəmov 2022-ci il noyabrın …

Read More »

Azərbaycan və Ukrayna ombudsmanları arasında onlayn görüş keçirilib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets arasında videokonfrans formatında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüş zamanı insan hüquqlarının müdafiəsi sahəsində qurumlar arasında qarşılıqlı əlaqələrin inkişafı istiqamətləri müzakirə edilib. Tərəflər həmçinin iki ölkə vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Ukraynadakı mövcud müharibə …

Read More »

Bakıda 500 mindən çox sənədsiz evin olmasının səbəbi nədir?

Ölkəmizdə sənədsiz evlərlə bağlı problemlər zaman-zaman gündəmə gəlir. Bu problem gah məhkəmə predmeti, gah da mətbuatın hədəfi olsa da, son nəticəsi hər dəfə təxminən eyni olur. Bildirilir ki, məsələ tezliklə köklü şəkildə öz həllini tapacaq. Boyukmillet.com xəbər verir ki, Bakıda 500 mindən çox “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsdən çıxarışı olmayan fərdi həyət evləri var: “Belə evlərin olmasına səbəb …

Read More »

“İran bölgədə sabitlik olmaması üçün dəridən-qabıqdan çıxır” – RƏY

“İran bölgədə sabitlik olmaması üçün dəridən-qabıqdan çıxır”. Bu fikirləri “Report”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, İran bu gün Azərbaycana qarşı Ermənistan qədər, bəlkə də ondan çox düşmən mövqe sərgiləyir: “İranla Ermənistanı birləşdirən əsas məqam da budur”. V.İskəndərov qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı İranın ermənilərlə sövdələşmə faktını – ASALA-nın rəhbərlərindən biri olan beynəlxalq terrorçu Monte Melkonyan …

Read More »

Qadın əməyinin qadağan olunduğu peşələrin sayının azaldılmasına dair qanun təsdiqlənib

Prezident İlham Əliyev qadın əməyinin qadağan olunduğu peşələrin sayının azaldılmasına dair Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə qadağan edilən peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək. Nəticədə, respublikada əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasında, kişi və qadınlara bərabər rəftar və bərabər …

Read More »

Regionda təxribata əl atan ölkə qarşısında Türkiyə-Azərbaycan Vahid Ordusunu görəcək! – ŞƏRH

Azərbaycan Türkiyənin bütün sahələrdə olduğu kimi hərbi sahədə də tərəfdaşıdır. İndiyədək iki ölkə arasında hərbi sahədə çoxsaylı razılaşmalar həyata keçirilib, müxtəlif sənədlər imzalanıb. Türkiyə kimi güclü bir dövlətin Azərbaycanla hərbi tərəfdaşlığı ölkəmiz adına yalnız və yalnız uğur gətirə bilər. Çünki Türkiyə Ordusunun dünyanın ən güclü orduları sırasında yer almasına nəzər yetirsək, qardaş ölkənin hərbi təcrübəsindən yararlanmağın müsbət nəticələrini də müşahidə …

Read More »

Hərbi hissənin yaradılmasının 160 illiyi münasibətilə tədbir keçirilib

Noyabrın 30-da Hərbi Dəniz Qüvvələrinin tabeliyində olan “N” hərbi hissənin yaradılmasının 160 illiyi ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki oxunub. Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov geniş məruzə ilə …

Read More »

Milli Məclisin dekabrın 2-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin dekabrın 2-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, toplantının gündəliyinə 26 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).“Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).“Azərbaycan Respublikasında …

Read More »