“Məgər Aİ-yə üzvlüklə bağlı tələblər bizi qorxudur? Xeyr. Bundan əvvəl yüzlərlə tələbi uğurla yerinə yetirmişik”. Boyukmillet.com xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski son müraciətində bildirib. O qeyd edib ki, Ukrayna Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd olmazdan əvvəl xidmətlərini azaltmamalıdır. Aİ-yə daxil olmaq üçün 7 tələb problem yaratmamalıdır, çünki Ukrayna daha çox iş görüb. “Bu yolu mütləq qət edəcəyik. Elə …
Read More »Yearly Archives: 2022
Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb
Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfiri Xəzər İbrahim Prezident Cozef Baydenlə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə səfir tviter hesabında yazıb. “Təşəkkür edirəm Cənab Prezident”, – Xəzər İbrahim sosial şəbəkə hesabında qeyd edib. Diplomat görüşün təfərrüatlarını açıqlamayıb.
Read More »Suriyada onlarla terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terror təşkilatı PKK/YPG-nin 18 silahlısını zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, silahlılar “Barış Pinarı”, “Zeytun budağı” və “Fərat Qalxanı” antiterror əməliyyatları zonalarında terror aktları və hücumlar hazırlayırmış.
Read More »Bakıdan Füzuliyə ilk müntəzəm avtobus reysi açılıb
“Bu gün işğaldan azad edilmiş ərazilərə üçüncü müntəzəm avtobus reysimiz başlayır”. Boyukmillet.com xəbər verir ki, bunu Füzuli şəhərinə bu gün ilk müntəzəm avtobus reysinin açılış mərasimində Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib. O, bildirib ki, bu, yeni Bakı-Füzuli-Bakı maşrutudur: “Reyslər bu mərhələdə həftədə bir dəfə olmaqla şənbə günü təşkil olunacaq. Növbəti mərhələdə tələbatı təmin edərək reyslərin sayını …
Read More »ABŞ-da silah dövriyyəsinə nəzarət gücləndirilir
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə odlu silahların dövriyyəsinə nəzarətin gücləndirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, təşəbbüsü Nümayəndələr Palatasının 234 üzvü dəstəkləyib, 193-ü isə əleyhinə çıxıb. Sənəd daha sonra ABŞ Prezidenti Cozef Bayden tərəfindən imzalanmalıdır. Bundan əvvəl Cozef Bayden Texasda 21 nəfərin öldüyü atışmadan sonra silah lobbisinə meydan oxumağa çağırmışdı.
Read More »Çavuşoğlu: “Azərbaycanı dəstəklədik, yanında olduq, bundan sonra da dəstəkləyəcəyik”
“Biz Azərbaycanı dəstəklədik, onun yanında olduq və bundan sonra da dəstəkləyəcəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Biz Suriyada, İraqda, Liviyada maraqlarımızı və təhlükəsizliyimizi qorumaq üçün hər yerdəyik. Hər yerdə varıq, amma hər şeydən əvvəl sülh və əmin-amanlıq üçün varıq”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb. “Artıq “gözlə-gör” siyasəti yoxdur. Utancaq Türkiyə yoxdur. Hər …
Read More »Blinken: “Rusiyaya qarşı sanksiyalar Ukraynada müharibənin bitməsini sürətləndirməlidir”
Qərbin Rusiyaya qarşı sanksiyaları Ukraynaya qarşı hərbi əməlyyatların dayandırılmasını sürətləndirməyə hesablanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib. O qeyd edib ki, Rusiya Ukraynadan milyonlarla ton taxıl ixracını əngəlləyir, onun Qara dəniz limanlarından istifadəsinə mane olur. “Biz Rusiyanın Ukraynaya qarşı təcavüzünü mümkün qədər tez dayandırması üçün ona qarşı sanksiyalar tətbiq edərkən, bu məhsulların daşınması üçün …
Read More »Kanada parlamenti Rusiya aktivlərinin müsadirəsini təsdiqləyib
Kanada Senatı Rusiya aktivlərinin müsadirəsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, qanun layihəsi xarici vətəndaşların mənzil almasına iki il müddətinə qadağa qoyulması, habelə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə məsuliyyət daşıyanların aktivlərinin müsadirəsini nəzərdə tutur. Həmçinin bildirilir ki, 450 səhifəlik sənəd parlamentin yuxarı palatasından keçib və rəsmi razılıqdan sonra qanuna çevriləcək. Layihə Baş nazir Castin Trüdo tərəfindən təklif …
Read More »Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib
Türkiyənin cənub-şərqində xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, təhlükəsizlik qüvvələri “Eren Abluka” əməliyyatının 17-ci mərhələsi çərçivəsində Siirt vilayətində PKK-nın iki terrorçusunu məhv edib. Pervari bölgəsində zərərsizləşdirilən silahlılardan birinin daha əvvəl Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilmiş “Arın” kod adlı xüsusi təhlükəli terrorçu Şükran Alp olduğu üzə çıxıb. Əməliyyat …
Read More »Türkiyə səfiri Azərbaycanın yardımı barədə: “Bunun adı qardaş köməyidir”
Türkiyənin respublikamızdakı səfiri Cahit Bağçı Azərbaycanın amfibiya tipli təyyarəsinin Muğladakı yanğınlarla mübarizəyə yardımını qardaş köməyi adlandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə səfir tviter hesabında yazıb. “Bunun adı qardaş köməyidir”, – səfir sosial şəbəkə hesabında vurğulayıb. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar