Azərbaycanda iyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə …
Read More »Yearly Archives: 2022
ANAMA: “Azad olmuş torpaqlarda ərazilərin havadan tədqiqatına İngilltərə şirkəti cəlb edilib”
“Azad olmuş torpaqlarda ərazilərin havadan tədqiqatına İngilltərə şirkəti cəlb edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, tədqiqatçılar dronlarla və müxtəlif cihazlarla əraziləri tədqiq edir: “Tədqiqatın nəticəsi süni intellekt vasitəsi ilə emal olunur. Bu da minatəmizləyənlərin işinin asanlaşıdırılması üçün xüsusi önəm daşıyır”. Sədr əlavə edib ki, 18 ədəd minatəmizləyən maşın alınıb …
Read More »Ağdaşda 2,3 ton narkotik tərkibli bitki məhv edilib
Ağdaşda 2 ton 300 kiloqram narkotik tərkibli bitki məhv edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mürsəl və Ağzıbir kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. Ümumi çəkisi 2 ton 300 kiloqram olan 3105 ədəd çətənə …
Read More »ANAMA və ADRA arasında memorandum imzalanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) arasında memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, memorandumun məqsədi vizual kommunikasiya vasitələri hesabına partlayıcı qurğuların təhlükəsi ilə bağlı insanların maarifləndirilməsi işini təkmilləşdirmək, mina xəbərdaredici işarələrin göstəriciləri barədə məlumatlandırmağa davam etmək, habelə, insanların şüurunda nizam-intizam və özünə məsuliyyət barədə fikir formalaşdırmaqdır. İmzalanma mərasimində çıxış edən ANAMA-nın sədri Vüqar Süleymanov bildirib ki, …
Read More »Azərbaycan və Rumıniyanın qarşılıqlı investisiya qoyuluşu açıqlanıb
Bu günə qədər Azərbaycan şirkətləri Rumıya iqtisadiyyatına 125 milyon ABŞ dolları, bu ölkənin şirkətləri isə Azərbaycan iqtisadiyyatına 30 milyon ABŞ dolları investisiya yatırıb. Boyukmillet.com-un məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın 6-cı iclasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmdov bildirib. “Bu gün Azərbaycanda Rumıuya şirkətləri əsasən tikinti, inşaat, nəqliyyat sahələrində …
Read More »Qanunsuz tikinti işləri aparan şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb
Quba və Lerikdə qanunsuz tikinti işləri aparan şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların müraciətləri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Quba rayonu ərazisində qanunsuz qum-çınqıl hasilatı və Lerik rayonu ərazisində isə torpaq sahəsinin qanunsuz zəbt edilərək həmin ərazidə qanunsuz tikinti işlərin aparılması faktları …
Read More »Komitə sədrinin müavini: “Azərbaycanla bağlı qərəzli fikir bildirənlərin sonu yaxşı olmayacaq”
“Azərbaycan bəşəri dəyərləri zənginləşdirməyə çalışdığı halda, küçədə edilən xırda söhbətləri şişirdib beynəlxalq müstəviyə çıxarmağa çalışanlar yanılırlar. Bunun sonu heç də yaxşı olmayacaq. Çünki bununla öz işlərinə kölgə salırlar”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycanda din sahəsində mövcud birlik və həmrəylik yüksək dəyərləndirilir: “Təəssüf …
Read More »ANAMA: “Vətən müharibəsindən indiyədək 225 nəfər minaların qurbanı olub”
“2020-ci ilin 10 noyabr tarixindən bugünədək mina partlayışları nəticəsində 225 nəfər minaların qurbanı olub”. Boyukmillet.com xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov bildirib. O qeyd edib ki, mina hadisələri zamanı 186 nəfər xəsarət alıb, 39 nəfər həlak olub. “Mina və müharibənin partlayıcı qalıqları problemi istər işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına cəlb olunan, istərsə də müharibəyə məruz qalmış …
Read More »Beyləqanda pambıq sahəsində işləyən 15 nəfər zəhərlənib, araşdırma aparılır
Beyləqan rayonunda pambıq sahəsində işləyən 15 nəfər zəhərlənib. Boyukmillet.com xəbər verir ki, zəhərlənən şəxslər dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. TƏBİB-dən “Report”a bildirilib ki, onların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar. Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
Read More »Çavuşoğlu Türkiyənin Rusiyadan Ukrayna taxılını alması iddialarına cavab verib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın ələ keçirdiyi Ukrayna taxılını gəmi vasitəsilə daşıdığına dair iddialara cavab verib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN başçısı britaniyalı həmkarı Lizz Trassla görüşdən sonra birgə brifinqdə danışıb. “Biz hər iddianı ciddiyə alırıq və ciddi şəkildə araşdırırıq. Nəticəni isə xüsusilə Ukrayna tərəfinə bildiririk. Əslində, bu prosesi izləmək asandır. 5-6 dollarlıq proqramla hansı gəminin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar