Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Ermənistan BSTDB-in Bakıda keçirilən toplantısında iştirak etmir

Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) 24-cü İllik Toplantısında Ermənistan tərəfi iştirak etmir. Boyukmillet.com  xəbər verir ki, Bankın 11 üzvündən biri – Ermənistan Bakıda keçirilən toplantıya qatılmayıb. Qeyd edək ki, iki gün davam edəcək və bu gündən başlayan İllik Toplantıda BSTDB-yə üzv dövlətlərin – Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın nümayəndələri iştirak edirlər. …

Read More »

Əli Əliyevin həbs cazası bir ilə qaldırılıb

Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə hökm oxunub və o, 6 ay müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com  xəbər verir ki, bu barədə hökm Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmdə qeyd edilib ki, Əli Əliyevin əvvəlki cəzaları birləşdirilib və ona …

Read More »

Sahil Babayev: “Azərbaycan-Rumıniya əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir”

“Azərbaycanla Rumıniya arasında əlaqələr daim inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatıb”. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın 6-cı iclasında Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. “İki ölkə arasında iqtisadi əlaqələrin inkişafının göstəricisi kimi, ötən il Azərbaycan və …

Read More »

Brüsseldə Aİ-nin sammiti başlayıb, Ukraynaya namizəd statusunun verilməsi müzakirə olunur

Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı (Aİ) liderlərinin sammiti başlayıb. Boyukmillet.com-un xəbərinə görə, iclasda Ukrayna, Moldova və Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi məsələsi müzakirə olunacaq. Ukrayna Prezidenti Volodimir Zelenski toplantıya videoformatda qatılacaq. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, artıq Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlüyünün vaxtı çatıb. O, Aİ liderlərini Ukrayna və Moldovaya namizəd statusu verməyə çağırıb.

Read More »

Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılıb 

Ermənistanda ehtiyatda olan hərbçilər avqustun 1-dən oktyabrın 30-dək təlimə çağırılıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb. Təlimdə 1 500 hərbçi, 130-da çox nəqliyyat vasitəsi cəlb olunacaq. Bildirilib ki, təlim döyüş növbətçiliyinin gücləndirilməsi məqsədi ilə keçiriləcək.

Read More »

Neftin qiyməti düşüb

Neftin qiyməti, təqribən, 2% düşüb. İnvestorlar resessiyanın baş verməsi ehtimalından narahatdırlar. Boyukmillet.com birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 1,92% ucuzlaşaraq 1 bareli 109,59 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 2,17% aşağı düşərək 1 bareli 103,89 ABŞ dolları təşkil edib. Mərkəzi bankların uçot dərəcələrini artırmasının dünya iqtisadiyyatında resessiyaya gətirib çıxaracağı və …

Read More »

Azərbaycanda məktəb direktorlarının təyinatı qaydası dəyişib

İyunun 24-dən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır. Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu Regional təhsil idarəsinə təqdim …

Read More »

Türkiyənin 2 hərbçisi şəhid olub

Türkiyənin Diyarbəkir şəhərində 2 hərbçi şəhid olub. Boyukmillet.com  xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Jandarm Komando Alay Komandanlığının 2 hərbçisi – Oğuzhan Arduç və Turgut İçen “Eren Abluka-18” əməliyyatı zamanı terrorçularla silahlı qarşıdurmada şəhid olublar. Daha bir hərbçi Mustafa Can Akdoğan isə yaralanıb. Terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə əlavə qüvvə cəlb olunub.

Read More »

Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Adrian-İonuts Kesnoyunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Read More »

Azərbaycanda dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı 1 650-yə çatıb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 39 479 borcalana 2 milyard 206,323 milyon manat kredit verib. Boyukmillet.com xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir. Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 302,383 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 650 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib. Xatırladaq ki, Fond 2017-ci ilin sonunda …

Read More »