Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan MN: “Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub”

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

Deputatların maaşı artırılır – EKSKLÜZİV

Milli Məclisin deputatlarının maaşı artırılır. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” qanuna dəyişiklik edilir. Hazırki qanunvericiliyə əsasən, Milli Məclisin sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alırdı. Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini – 85 faizi, Milli Məclisin komitə və komissiya sədri – …

Read More »

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin iclası keçiriləcək

“İyunun sonunda Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin iclası keçiriləcək. Biz həmin toplantıda iştirak etməyi düşünürük”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanın yeri bizim üçün tam ayrıdır: “Bir millət, iki dövlət” ifadəsi bizim üçün nəğmə deyil, həm də əməldə fəaliyyətlərimizi və əlaqələrimizi formalaşdıran amildir. Məhz …

Read More »

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Bu gün Azərbaycanla Özbəkistan arasında keçirilən biznes forum çərçivəsində ölkələr arasında bir sıra sənədlər imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün feysbuk hesabında qeyd edib. O bildirib ki, Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində imzalanan sənədlər əqli mülkiyyət, sənaye, enerji, tikinti, turizm, ixrac və investisiyaların təşviqi, ticarət, KOB-lar və s. sahələrdə yeni əlaqələrin qurulmasına, biznes qurumlarımız arasında əməkdaşlığın genişlənməsinə …

Read More »

AZAL Bakıdan Antalya şəhərinə uçuşların sayını artıracaq

“Azərbaycan Hava Yolları” aviaşirkəti 2022-ci ilin yay mövsümü çərçivəsində Bakı-Antalya-Bakı istiqaməti üzrə uçuşların sayını artırır. Boyukmillet.com “Azərbaycan Hava Yolları”QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 2-dən etibarən aviadaşıyıcı bu marşrut üzrə həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günlərində yerinə yetiriləcək əlavə reysləri (J2- 027/028) daxil edir.Əlavə reyslər nəzərə alınmaqla bu istiqamət üzrə uçuşların sayı həftədə 19-dək …

Read More »

Bakıda 16 kq narkotiki qəbiristanlıqda gizlədən şəxs saxlanılıb

Bakının Xətai rayonunda 16 kiloqram narkotik vasitəni qəbiristanlıqda gizlədən şəxs saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən növbəti əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Mövsüm Aslanov tutulub. Onun üzərindən və satış məqsədi ilə əldə edərək Xətai rayonu ərazisində yerləşən qəbirstanlıqlardan birində …

Read More »

BDU səs yazısı yayılan müəllimi işdən çıxarıb

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən çıxarılıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq BDU-dan məlumat verilib. Bildirilib ki, müəllimin əmək müqaviləsinə xitam verilib Qeyd edək ki, sosial şəbəkələrdə Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi iddia olunan səs yazısı yayılıb.

Read More »

Prezident Ağstafada avtomobil yolunun tikintisinə vəsait ayırıb – SƏRƏNCAM

Prezident İlham Əliyev Ağstafa rayonunun Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi (11 km)-Qıraq Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, sərəncamla Dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi (11 km)-Qıraq Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün …

Read More »

Bakıda körpə binanın 7-ci mərtəbəsindən yıxılıb, ana özünü övladının ardınca atıb

Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarından birində 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılan körpə və onun ardınca özünü atan anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Kliniki Tibbi Mərkəzdən  verilən məlumata görə, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur. 2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı …

Read More »

Bakıda polis ehtiyatsızlıqdan özünü güllələyib

Bu gün səhər saat 06 radələrində Səbail Rayon Polis İdarəsinin əməkdaşı Elçin Qurbanov gecə növbəsində xidmətdə olarkən tabel silahı ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, o, dərhal xəstəxanaya çatdırılaraq həkimlərin nəzarətinə verilib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.

Read More »