“Gürcüstan mütləq Avropa İttifaqının üzvü olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Avropa Komissiyası bugünkü tövsiyəsi ilə Gürcüstanın Avropa İttifaqına daxil olması perspektivinin geri dönməz reallıq olduğunu ilk dəfə rəsmən təsdiqləyib.
Read More »Yearly Archives: 2022
DTX rəisi: “6 hərbçimizin taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır”
Vətən müharibəsi başa çatdıqdan sonra 6 hərbçimizin taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirib. Onun sözlərinə görə, 12 nəfər hərbçimizin yaralanaraq əsir düşdüyü məlum olub və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa vaxtda Vətənə qaytarılıblar.
Read More »Türkiyə-Azərbaycan İşgüzar Şurası ilə ortaq layihələrin icrası təklif edilir
Azərbaycanla Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurası ilə birgə layihələrin icrası müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da görüş keçiriblər. Görüş zamanı ölkələrimizin biznes dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, AZPROMO-nun bu istiqamətində gördüyü işlər, birgə layihələrin və tədbirlərin həyata keçirilməsi …
Read More »Putin: “Rusiya Ukraynanın Aİ-yə daxil olmasına qarşı deyil”
Avropa İttifaqı hərbi təşkilat deyil, ona görə də Rusiya Ukraynanın ona qoşulmasının əleyhinə deyil. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında bildirib. Onun sözlərinə görə, Moskva yalnız Ukraynanın hərbi inkişafına etiraz edib, hər hansı birliklərə iqtisadi inteqrasiya ilə bağlı qərar isə ukraynalıların öz ixtiyarındadır. “Biz heç vaxt bunun Ukraynanın Aİ-yə daxil olmasının əleyhinə …
Read More »Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib
İyunun 17-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Komissiyanın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş yeni tərkibdə ilk iclasını açıq elan etdikdən sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir …
Read More »DİN: Kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sosial şəbəkə seqmentlərində “yüksək faizli qazanc”, “kreditə pul verilir” adı altında kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. DİN-nin Kiber Talamalara Qarşı Əks Tədbirlər qurumu əməkdaşlarının paytaxtda keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirləri ilə 2004-cü il təvəllüdlü Rüfət Babayev ifşa olunaraq istintaqa təqdim olunub. R.Babayevin əməllərindən 100-dən artıq vətəndaşın zərər çəkdiyi məlum olub. Ödənişlər onlayn formada, bank köçürmə …
Read More »Azərbaycan və Rusiya xarici işlər nazirləri telefonla danışıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Nazirlər, ikitərəfli gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Bölgədəki cari vəziyyəti, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması məsələlərini müzakirə edən tərəflər, üçtərəfli bəyanatların tam icrasının vacibliyini vurğulayıblar. Telefon danışığı zamanı, müzakirələrin Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri …
Read More »Albaniya Azərbaycanla enerji təchizatı sahəsində əlaqələri dərinləşdirmək istəyir
Bakı Qlobal Forumu ideyalarla, yanaşmalarla zəngindir. Boyukmillet.com xəbər verir ki, bu barədə Albaniya Prezidenti İlir Meta jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bəzən bu diskussiyalar qızğın ola bilər: “Amma biz müzakirə üçün burdayıq. Debatlar, diskussiyalar aparmaq, yanaşmaları bölüşmək, təhdid və çağırışlara ən yaxşı həll yollarını tapmaq üçün belə platformalar önəmlidir. Xüsusilə hazırda üzləşdiyimiz təhlükəsizlik təhdidləri qeyd olunmalıdır. Hazırkı vəziyyəti, Rusiyanın Ukraynaya …
Read More »Diaspor Komitəsi ermənilərin Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinə hücumunu qınayıb
iyunun 16-da Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində ERE televiziya kanalının Qarabağ və Şuşa şəhərindən hazırladığı “Qarabağa gedən yol” adlı sənədli filminin təqdimatı keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, filmdə 30 il əvvəl Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü ilə üzləşməsindən, Birinci və İkinci Qarabağ müharibələrindən bəhs olunub. Erməni işğalı dövründə Azərbaycan ərazilərinin viran …
Read More »Bərdə sakinində silah aşkarlanıb
Bərdə rayon sakinində silah aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Elnur Paşayevin qanunsuz olaraq silah saxladığı müəyyən edilib. Onun yaşadığı ünvana baxış keçirilən zaman “TOZ …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar