Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Gömrük Komitəsi külli miqdarda siqaretin Gürcüstandan ölkəyə keçirilməsinin qarşısını alıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Belə ki, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn “İveco” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı sürücü idarə …

Read More »

AQTA Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib. Boyukmillet.com xəbər verir ki, AQTA bayramın mütəşəkkil təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. Agentlik bəyan edir ki, əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, heyvan …

Read More »

Ermənistan ordusunun generalı həbs edilib

Ermənistan Silahlı Qüvvələri Artilleriya İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan həbs edilib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb. Bildirilib ki, o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin araşdırdığı cinayət işi üzrə saxlanılıb. Məlumata görə, genişmiqyaslı istintaq və məhkəmə tədbirləri nəticəsində müəyyən edilib ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən imzalanmış müqavilə əsasında tədarük olunan malların qəbulu üzrə komissiyanın sədri, təchizatçı şirkətin direktor müavini Armen …

Read More »

İlham Əliyev Səudiyyə Ərəbistanı Kral Faysal İslam Araşdırmalar Mərkəzinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Səudiyyə Ərəbistanı Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saudu qəbul edib. Boyukmillet.com xəbər verir ki, söhbət zamanı Türki Al Faysal Al Saudun ötən il ölkəmizə səfəri və dövlət başçısı ilə görüşü məmnunluqla xatırlanıb. IX Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə çox sayda nüfuzlu qonağın iştirak …

Read More »

Azərbaycan MN: “Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub”

İyunun 17-si gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. “Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, – məlumatda qeyd edilib.

Read More »

Azərbaycan neftinin qiyməti 125 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,78 ABŞ dolları, yaxud 2,92 % azalaraq 125,63 ABŞ dolları təşkil edib. Boyukmillet.com xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 119,20 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), …

Read More »

Bu gün Gürcüstan, Ukrayna və Moldovanın Aİ-yə namizədliyi ilə bağlı rəy açıqlanacaq

Bu gün Avropa Komissiyası Gürcüstan, Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı rəyini açıqlayacaq. Boyukmillet.com xəbər verir ki, komissiya üç ölkənin namizəd statusunu alması üçün tələblərə nə qədər uyğun olub-olmaması barədə analitik hesabatlar təqdim edəcək. Mövzu ilə bağlı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin mətbuat konfransı keçirəcəyi gözlənilir. Qeyd edək ki, üç ölkəyə Aİ-yə …

Read More »

Hikmət Hacıyev: “Ermənistan Türkiyə və Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir”

“Türkiyə və Azərbaycan sülhsevər mövqelərini Ermənistana çatdırırlar. İki ölkə Ermənistanla münasibətləri normallaşdırmağa və sinxron şəkildə sərhədlərini açmağa hazırdır. Ancaq Ermənistan Türkiyə və Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir”. Boyukmillet.com-un xəbərinə görə, bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Azərbaycan mübarizəsini davam etdirəcək, qardaş Türkiyə ilə birlikdə Qafqazın yeni coğrafiyasını qururuq”, – H.Hacıyev qeyd edib.

Read More »

KİV: “Rusiya silah bazarında ermənilərdən Ukraynaya qarşı istifadə edir”

Rusiya silah bazarında ermənilərdən Ukraynaya qarşı istifadə edir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” gündəlik nəşri məlumat yayıb. Nəşr qeyd edib ki, Ukrayna artıq aylardır, Qərbdəki müttəfiqlərinə əlavə silah üçün çağırış edir. Tədarük baş tutur, lakin əvvəlcə bu, əsasən müdafiə silahlarından ibarət idi, indi isə Ukrayna Ordusu öz mövqelərini daim atəşə tutan Rusiya qoşunlarına qarşı durmaq üçün …

Read More »

Türkiyənin sabiq Baş naziri azərbaycanlı gənclərlə bir arada

Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım azərbaycanlı gənclərlə görüşüb. Boyukmillet.com xəbər verir ki, sabiq Baş nazir tviter hesabında azərbaycanlı gənclərlə görüşünün fotosunu paylaşıb. Fotoda gənclərlə yanaşı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, qardaş ölkənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər şəxslər yer alıb.

Read More »