Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

İqtisadiyyat Nazirliyi azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərə çağırış edib

Azad edilmiş ərazilərdə fəaliyyət göstərən və göstərəcək şirkətlər “Yaşıl zona” prinsiplərinə uyğun bunu həyata keçirməlidirlər. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Pakistanın Biznes İmkanlarına həsr edilmiş konfransda deyib. O deyib ki, azad edilmiş ərazilərin təbiətinə görə “Yaşıl zona” adlandırılıb: “Bu ərazilərə dəvət edilən şirkətlər, orda layihələr həyata keçirəcək şirkətlər “yaşıl zona” prinsiplərinə istinad …

Read More »

Vətən müharibəsindən sonra 12 minə yaxın qazi və şəhid ailəsi işlə təmin edilib

“Vətən müharibəsindən sonra 13 min qazi və 3 minə yaxın şəhid ailəsinin məşğulluğunun təmin edilməsi ilə bağlı işlər davam etdirilir”. Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib. Onun sözlərinə görə, bu günədək həmin kateqoriyadan olan 12 minə yaxın şəxs işlə təmin edilib: “Onlardan 6 minə yaxınını …

Read More »

Türkiyə ordusu Suriyada 8 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu YPG/PKK-nın 8 terrorçusunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Terrorçular Suriyanın şimalında “Fərat Qalxanı”, “Zeytun budağı” və “Barış Pinarı” əməliyyatları zonasında məhv edilib. Əməliyyatlar artilleriya atəşi dəstəyi ilə həyata keçirilib. Nazirlik Türkiyənin terrora qarşı qətiyyətli mübarizəsini davam etdirəcəyini vurğulayıb.

Read More »

Pakistanın Azərbaycanın qeyri-neft sektoruna yatırdığı investisiyaların həcmi açıqlanıb

Bu günə qədər Pakistanın Azərbaycanın qeyri-neft sektoruna yatırdığı investisiyaların həcmi 4,2 milyon ABŞ dolları dəyərindədir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Pakistanın Biznes İmkanlarına həsr edilmiş konfransda deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda qeydiyyatdan keçən Pakistan şirkətlərinin sayı 2 238-dir. Nazir müavini deyib ki, Azərbaycanla Pakistan arasında ticarət əlaqələri əməkdaşlığımızın əsasını təşkil edir: “Yüksək səviyyədə olan ticarət …

Read More »

Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir

Gürcüstanın Marneuli rayonunda ötən gecə küçədə 21 yaşlı Qəhrəman Muradovun meyiti aşkarlanıb. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bu barədə yerli “Pirveli” telekanalı məlumat yayıb. Bildirilib ki, gəncin yaxınları onun qətlə yetirildiyini iddia edirlər. Q.Muradovu sonuncu dəfə görən babası bildirib ki, nəvəsi gecə saat üç radələrində telefon zəngindən sonra evdən çıxıb və bundan sonra gənclə əlaqə itib. İkin ehtimallara əsasən, …

Read More »

QHT-dövlət münasibətlərinə həsr olunan növbəti respublika zona konfransı İmişlidə keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının təşkilini davam etdirir. Növbəti konfrans İmişli rayonunda keçirilib.Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, İmişli …

Read More »

DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi “2022 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakı şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Boyukmillet.com xəbər verir ki, idarədən daxil olan müraciətdə deyilir: “Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində keçiriləcək “2022 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması, …

Read More »

Gənclər Fondu Müşahidə Şurasının tərkibi dəyişdirilib – SİYAHI

Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibi dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilib: “Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Azərbaycan Respublikası təhsil nazirinin müavini Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini …

Read More »

Çavuşoğlu və Lavrov görüşünün gündəliyi məlum olub

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında görüşün gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər Rusiya-Türkiyə münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika, Mərkəzi Asiya və Qara dəniz regionunda durumla bağlı fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, …

Read More »

“Şuşada Azərbaycanın “yaşıl enerji” gələcəyinin müqəddəratını həll edən tarixi addımlar atılıb” – RƏY

“Şuşada 4 iyunda Energetika Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə 4 QVt yaxud 4 000 MVt gücündə bərpa olunan enerji və hidrogen layihələri üzrə imzaladığı İcra müqavilələri bir neçə məqama görə tarixi hadisədir”. Boyukmillet.com xəbər verir ki, bunu adıçəkilən müqavilələri şərh edərkən energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib. Z.Əliyeva əlavə edib ki, bu müqavilələr quruda 1 QVt gücündə günəş və 1 QVt …

Read More »