“Biz hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib. “Hesab edirəm ki, bu tədbir çərçivəsində təxminən 30 davam edən işğal, verilən şəhidlər, ürək parçalayan Xocalı qətliamına alimlər tərəfindən diqqət …
Read More »Yearly Archives: 2022
Zəyəmçay su anbarının yaradılmasına başlanılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zəyəmçay su anbarının yaradılması istiqamətində işlərə başlayıb. Boyukmillet.com xəbər verir ki, hazırda bu məqsədlə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanır. Yeni su anbarı Prezident İlham Əliyevin imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 iyul 2020-ci il tarixli sərəncamı əsasında yaradılır. Həmin sərəncamda əlavə olaraq Əlicançay, Qudiyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, …
Read More »MM sədri: “Qarabağın azad olunması türk dünyası üçün yeni imkanlar yaradıb”
“Azərbaycan torpaqlarının işğaldan azad olunması və ondan sonra baş verən proseslər göstərdi ki, Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi regionumuzda sülhü, təhlükəsizliyi, əməkdaşlığı və rifahı təmin edən başlıca amildir”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova ADA Universitetində VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu birlik bütün ölkələrin, o cümlədən qardaş türk dövlətlərinin maraqlarına …
Read More »Sahibə Qafarova: “Azərbaycan-Türkiyə əlaqələrinin bugünkü səviyyəsi birlik və həmrəyliyimizin təzahürüdür”
“VII Beynəlxalq Sosial Elmlər Konqresinin Qarabağa həsr olunması çox mühümdür və təqdirəlayiqdir. Çünki Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə ötürülməsi olduqca vacibdir”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib. Onun sözlərinə görə, tədbirin mühüm tərəfi isə qardaş ölkələr arasında …
Read More »Azərbaycan səfiri etimadnaməsini İslandiya Prezidentinə təqdim edib
Azərbaycanın İslandiyadakı səfiri Elin Süleymanov İslandiya Prezidenti Qudni Yohannessona etimadnaməsini təqdim edib. Protokola uyğun olaraq səfir xüsusi müşayiət ilə Prezident iqamətgahı Bessastadir sarayına gətirilib. Görüşün əvvəlində səfir E.Süleymanov Prezident İlham Əliyevin səmimi salamlarını Prezident Qudni Yohannessona çatdırıb. E.Süleymanov Azərbaycanın İslandiyada səfir kimi akkreditə olunmasından şərəf hissi keçirdiyini söyləyərək yeni vəzifəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə çalışacağını …
Read More »Azərbaycan Ordusunda “Komando hazırlığı” kursu başa çatıb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir. Boyukmillet.com xəbər verir ki, cari ilin hazırlıq planına uyğun olaraq, “Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatların və beretlərin təqdimolunma mərasimi keçirilib. Mərasimdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin …
Read More »Moldova Baş nazirinin müavini: “Azərbaycan bizim strateji tərəfdaşımızdır”
“Azərbaycan enerji təchizatının şaxələndirilməsi baxımından Moldovanın strateji tərəfdaşıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib. “Bizim enerji resursumuz – neftimiz, qazımız yoxdur. Biz buradakı bir çox dövlətlər kimi o qədər də böyük ölkə deyilik və məsələn, Azərbaycan kimi külək və günəş enerjisi ilə təmin …
Read More »Türkiyə və Litva arasında “Bayraktar”la bağlı razılıq əldə olunub
Türkiyənin Litvaya “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatları (PUA) satması ilə bağlı razılıq əldə olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Litvanın “Delfi” agentliyi məlumat yayıb. Bildirilib ki, iki ölkənin nümayəndələri Ankarada bir araya gəliblər və Litvaya “Bayraktar TB2” zərbə PUA-ları satmağa icazə verən sənədi imzalayıblar. Türkiyə silahlarının əldə edilməsinə dair niyyət protokolunu müdafiə nazirinin müavini Vilüs Semeşko və Türkiyə …
Read More »Vannia Qava: “Cənub Qaz Dəhlizi İtaliya və Avropa üçün son dərəcə əhəmiyyətlidir”
“Cənub Qaz Dəhlizi (SGC) İtaliya və Avropa üçün son dərəcə əhəmiyyətlidir”. Boyukmillet.com xəbər verir ki, bunu İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Qava Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib. Onun sözlərinə görə, hazırda İtaliya enerji, xüsusilə də qaz daşımalarının şaxələndirilməsi üzərində işləyir. V.Qava Trans-Adriatik Qaz Kəmərinin (TAP) vacibliyini vurğulayıb. O, bu kəmər vasitəsilə ötürülən təbii qaz həcminin 7,2 milyard kubmetrədək artırıldığını xatırladıb: “Hazırda TAP …
Read More »Türkiyə Finlandiya və İsveçdəki səfirlərini dəyişib
Türkiyənin Finlandiya və İsveçdəki səfirləri dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. Sərəncama əsasən, Türkiyənin xarici ölkələrdəki 23 səfiri geri çağırılıb, 25 diplomatik nümayəndəliyə isə yeni rəhbər təyin edilib. Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ahmet Muhat Günün yerinə Xarici Siyasət Məsləhət Şurasının üzvü Levent Eller, Finlandiyadakı səfir Mehmet Vakur Erkulun yerinə Beynəlxalq Təbliğat və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar