“Bolqarıstan Avropada Azərbaycan qazının üç alıcısından biridir. Əminik ki, Yunanıstanla əlaqə yaxın vaxtlarda tamamlanacaq və Bolqarıstan onun vasitəsilə Azərbaycan qazını almağa başlayacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bolqarıstanlı həmkarı Teodora Gençovska ilə görüşdən sonra deyib. “Bu, dəyişən dövrdə Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək”, – XİN başçısı qeyd edib.
Read More »Yearly Archives: 2022
Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn həftə Türkiyəyə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib. “Gələn həftə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian, Azərbaycanın XİN başçısı Ceyhun Bayramov, eyni zamanda, Şimali Makedoniya, Rusiya, Almaniya və Niderlandın XİN başçıları da Türkiyəyə səfər edəcək”, – nazir bildirib.
Read More »Türkiyə Almaniya və Fransaya nota verib
Türkiyə Almaniya və Fransaya nota verib. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib. “Son günlərdə PKK simvollarının əks olunduğu əski parçaları ilə keçirilən aksiyalara gəlincə, ötən gün Almaniya və Fransa səfirlərini Xarici İşlər Nazirliyinə çağıraraq sərt reaksiyamızı bildirdik və hər ikisinə notanı təqdim etdik”, – XİN başçısı vurğulayıb. Xatırladaq ki, Avropanın bir sıra ölkələrində, o cümlədən Fransa …
Read More »Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb
Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb. Boyukmillet.com- un xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 7 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 2. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 3. …
Read More »Fransa boksu üzrə Azərbaycan çempionatı keçirilib
Abşeron Olimpiya Kompleksində Fransa döyüş sənəti sayılan savat döyüş növü üzrə Azərbaycan çempionatı keçirilib. Boyukmillet.com-un məlumatına görə, yeniyetmələr, gənclər və böyüklər arasında baş tutan yarışa ümumilikdə 20 bölgə və paytaxt klublarından 300-dək idmançı qatılıb. Açılış mərasimində Dövlət Himni səsləndirildikdən və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunduqdan sonra tədbirdə qonaq qismində iştirak edən şəhid valideynlərinə övladlarının ölkə qarşısında xidmətlərinə, eləcə …
Read More »“Şəmsi Səmədzadənin neçə adamın qətlinin sifarişçisi kimi qeyd edildiyini gözəl və detallarına qədər bilirəm”
Ömürlükdən əfv edilən Şəmsi Səmədzadə islah olubmu? İki gün əvvəl, Prezidentin imzaladığı əfv Sərəncamı ilə ömürlük həbsdən azad edilən iş adamı Şəmsi Səmədzadə ilə bağlı paylaşılan xəbərlər rekord qırır. Onun Qobustan türməsinin qapısında verdiyi ilk müsahibəsindən bir hissəni “Tik-Tok” kanalımızda paylaşdım. İki günə 800 minə yaxın baxış var. 2300 paylaşım olub, 1400 şərh yazılıb.Bu, iki günə olan statistikadır. Rəqəmlər daha da artacaq …
Read More »DİM abituriyentlərə müraciət edib
Ali təhsil müəssisələrinə, 9 və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər bu gün saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə …
Read More »Xırdalanda keçmiş arvadını öldürməkdə şübhəli bilinən kişi tutulub – RƏSMİ
Abşeron Rayon Prokurorluğu Xırdalan şəhərindəki qətllə bağlı məlumat yayıb. Boyukmillet.com-un xəbərinə görə, məlumatda deyilir: “Mayın 30-u saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1996-cı il təvəllüdlü Rəqsanə Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1987-ci il təvəllüdlü Ramil Məmmədovun küçədə, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Rəqsanə Məmmədovaya xəsarətlər yetirərək …
Read More »Xarici diplomatların Kəlbəcərə səfəri başlayıb
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, səfərin məqsədi diplomatları Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə törədilmiş vandalizm aktları barədə məlumatlandırmaqdır. Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi attaşe iştirak edir. Kəlbəcərə səfər Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə sayca …
Read More »Bakıda evdən noutbuk, televizor və videokamera oğurlayan şəxs saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə mayın 28-də Maştağa qəsəbəsindəki evlərin birindən 15.000 manat dəyərində 3 ədəd noutbuk, 3 ədəd domafon, 2 ədəd televizor, videokamera və avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub. Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlqəli …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar