Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan XİN: “Moldova ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəsləyirik”

“Bu gün Azərbaycan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Moldova Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edirik”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Moldova ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tviterdəki paylaşımında yer alıb.

Read More »

XİN Tacikistanla əlaqələrin 30 illiyi münasibətilə paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) özünün tviter hesabında Tacikistanla əlaqələrin 30 illiyi münasibətilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Tacikistan Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Tacikistan əməkdaşlığın daha da inkişafını gözləyirik”.

Read More »

“TEKNOFEST Azərbaycan”da müxtəlif müsabiqələrdə ikinci və üçüncü yeri tutanlar təltif edilib

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində keçirilən müxtəlif müsabiqələrdə ikinci və üçüncü yer tutanlar təltif edilib. Boyukmillet.com xəbər verir ki, təltifetmə festivalın sonuncu dördüncü günündə baş tutub. Qalibləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, təhsil …

Read More »

Türkiyə lideri: “Terroru dəstəkləyən ölkələrin NATO-ya daxil olmasına “hə” deyə bilmərik”

“Nə qədər ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin başçısıdır, terroru dəstəkləyən ölkələrin NATO-ya daxil olmasına “hə” deyə bilmərik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib. “Təəssüf ki, nümayəndə heyətimizin Finlandiya və İsveçlə keçirdiyi görüşlər gözlənilən səviyyədə olmadı. Gözləntilər var, amma Türkiyə ilə bağlı lazımi addımları atmayıblar, hələ də …

Read More »

Türkiyə Prezidenti sabah Putin və Zelenski ilə telefonla danışacaq

“Rusiya ilə Ukrayna arasındakı müharibənin ən qısa zamanda sülhlə sona çatacağı ürəyimizdədir, amma görünən odur ki, bu iş hər keçən gün daha mənfi istiqamətdə davam edir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib. “Bazar ertəsi həm Rusiya, həm də Ukrayna ilə telefon danışığım olacaq. Biz tərəfləri dialoq və …

Read More »

Ərdoğan: “İlham Əliyevlə ikitərəfli münasibətləri və Qarabağ qələbəsindən sonra vəziyyəti nəzərdən keçirdik”

“Səfərim zamanı biz cənab Əliyevlə əla ikitərəfli münasibətlərimizi və Qarabağ qələbəsindən sonra regionumuzdakı vəziyyəti nəzərdən keçirdik. Nümayəndə heyətimdəki nazir həmkarlarım da həmsöhbətləri ilə məhsuldar görüşlər keçirdilər ki, bu da gələcək dövr üçün əməkdaşlığımızı gücləndirəcək”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib. “Nəqliyyat əlaqələrinin qurulması, urbanizasiya və Qarabağın istehsal dünyası ilə …

Read More »

Türkiyə lideri: “Qarabağ qələbəsi ilə Qafqazda yeni dövr başlayıb”

“Qarabağ qələbəsi ilə Qafqazda yeni dövr başlayıb. Bu epik qələbə bizim ümumi coğrafiyamızda davamlı sülhün və hərtərəfli normallaşmanın qarşısında duran maneələri aradan qaldırdı. Hesab edirik ki, bu tarixi şansı əldən vermək olmaz”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib. “Azərbaycan və Ermənistanın aralarındakı məsələlərin birbaşa həlli istiqamətində atdığı addımlardan məmnunuq. …

Read More »

Türkiyə Suriya ilə sərhəddə təhlükəsizlik dəhlizi yaradacaq

Türkiyə-Suriya sərhədində 30 km dərinlikdə təhlükəsizlik dəhlizinin yaradılması prosesi yaxın gələcəkdə başa çatdırıla bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib. Ərdoğanın sözlərinə görə, bununla PKK üzvlərinin türk uşaqlarını dələduzluq yolu ilə öz sıralarına qatmağa məcbur etmələrinə son qoyulacaq. Türkiyə Prezidenti qonşu ölkədə yeni əməliyyatın nə vaxt başlaya biləcəyini …

Read More »

Ərdoğan: “Azərbaycanla həmrəyliyimizi artırmağa davam edəcəyik”

“Regionun təhlükəsizliyi və rifahı naminə Azərbaycanla həmrəyliyimizi artırmağa davam edəcəyik. İnşallah qardaşım İlham Əliyevlə birlikdə iki ölkənin dostluğunu, əməkdaşlığını hər sahədə zirvələrə daşıyacağıq. Rəbbim yolumuzu, qismətimizi açıq eləsin”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib.

Read More »

Ərdoğan Azərbaycana təşəkkür edib

“Qardaşım İlham Əliyevin simasında bizi hərarətlə qucaqlayan Azərbaycan xalqına təşəkkür etmək istəyirəm”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib. “TEKNOFEST Azərbaycan”ın uğurla həyata keçirilməsinə dəstək verən Azərbaycan hakimiyyətini, nazirliklərimizi, şirkətlərimizi, rəsmi qurumlarımızı və T3 Fondunu səmimi qəlbdən təbrik edirəm”, – Türkiyə lideri əlavə edib.

Read More »