Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan nefti 3 dollaradək bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,94 ABŞ dolları, yaxud 2,39 % artaraq 125,75 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Ötən həftənin şənbə günü “Brent” markalı neftin bir bareli 117,55 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə …

Read More »

Rusiya: Azərbaycanla birgə brakonyerlik əleyhinə tədbirlərin səmərəsi artıb

Xəzər dənizi hövzəsində brakonyerlik (qanunsuz ov-red) fəaliyyətinin qarşısının alınması üzrə tədbirlərin səmərəliliyi artıb. Rusiyanın Azərbaycan və Qazaxıstanın sərhəd qurumları ilə birgə həyata keçirilən tədbirlər zamanı ekoloji qanunvericiliyin tələblərini pozan 1 500-dən çox brakonyer saxlanılıb, 60 kiçik qayıq və 54 km balıqçı toru götürülüb. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri, ordu …

Read More »

İraqda terrorçular dinc sakinləri hədəfə alıb, ölən və yaralananlar var

PKK/YPG terror qruplaşmasının silahlıları İraqın şimalında yerləşən Duhok şəhərində bir kəndə raket hücumu həyata keçirib. Boyukmillet.com bu barədə “Haber Global”a istinadən xəbər verir. Hücum nəticəsində iki mülki vətəndaş həyatını itirib, daha ikisi yaralanıb. Terror təşkilatı dinc əhaliyə qarşı qırğınları davam etdirir.

Read More »

Rusiya qoşunları Ukraynanın Borovskoye şəhərində yeni mövqelər ələ keçiriblər

Rusiya hərbçiləri Luqansk əyalətinin Borovskoye şəhərində irəliləyərək yeni mövqelər ələ keçiriblər. Boyukmillet.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Luqansk əyalətinin vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib. O, qeyd edib ki, Rusiya qoşunları Luqansk vilayətinin Severodonetsk şəhəri yaxınlığında Ukrayna müdafiəsini yarmağa çalışır. Hazırda şəhər yaxınlığında şiddətli döyüşlər gedir. Sergey Qayday həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələri Zolotoye və …

Read More »

“Al Jazeera”: İtaliya qaz asılılığını azaltmaq üçün Azərbaycana müraciət edib

Romanın Rusiya qazından asılılığını azaltmaq yarışında italiyalı nazirlər Azərbaycana müraciət ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalının saytı yazıb. Qeyd edilir ki, İtaliya rəsmiləri bu problemin həlli üçün həmçinin Konqo, Anqola və Qətər kimi bir çox ölkələrlə danışıqlar aparırlar. Keçən il qaz idxalının təxminən 40 faizini Rusiyadan təmin edən İtaliya Ukraynada münaqişə kəskinləşdikcə enerji təchizatı kompleksini şaxələndirməyə …

Read More »

Şuşa teatrına həsr olunmuş “Ən uzun qastrol” filmi hazırlanıb 

“Azəri Yurdu” Gənclər İctimai Birliyi Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətindən bəhs edən “Ən uzun qastrol” adlı sənədli film hazırlayıb. Boyukmillet.com-un xəbərinə görə, filmdə Şuşa Dövlət Musiqili Dram Teatrının tarixi, Şuşanın işğalından sonra teatrın üzləşdiyi çətinliklər, buna baxmayaraq yaradıcı kollektivin fədakarlıqları sayəsində bu mədəniyyət ocağının fəaliyyətini 30 il ərzində davam etdirməsi, nəhayət, yenidən doğma Şuşaya qayıda bilməyin onlara verdiyi sevinc və qurur …

Read More »

“Bu şəhid ailəsidir, nə istəyir edə bilər” söhbətinə son qoyulmalıdır – QHT rəhbəri

“Bir neçə gün öncə metroda qazimizin gediş haqqına görə metro işçisini təhqir etməsi mənə çox pis təsir etdi. Əgər qazilərin metrodan pulsuz istifadəsinə dair qərar verilsə, onlara kim nə deyə bilər? Amma metro işçisi müvafiq imtiyazı olmayan şəxsi gediş haqqı ödəmədən metrodan istifadə etməsinə icazə verə bilməz. İstər qazi olsun, istər şəhid ailəsi, qanunları, qaydaları pozmaq olmaz”. Bunu Teleqraf.com-a açıqlamasında müstəqil …

Read More »

AQC-nin rəhbər heyətinə təyinatlar olub

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) ötən həftə baş tutan hesabat-seçki konfransında seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclası giriş sözü ilə açan AQC sədri Vüqar Oruc konfransın nəticələri və görüləcək işlərlə bağlı məruzə ilə çıxış edib. Daha sonra cəmiyyətin rəhbər strukturları formalaşdırılıb. AQC sədri Vüqar Orucun sərəncamı ilə Ramil Osmanlı, Zamin Hüseynov və Fərid Rüstəmov cəmiyyətin sədr …

Read More »

Rafael Cəbrayılovun vəkili məhkəmədə müdafiə çıxışı edib

Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin nümayəndələri çıxış edib. Zərərçəkmiş Anar Şıxəliyevin nümayəndəsi bildirib ki, R.Cəbrayılova 340 min manat, torpağa çıxarış almaq üçün isə 240 min manat pul verilib: “Lakin həmin pulların sonradan taleyi məlum …

Read More »

Rəşad Nəbiyev: “Türkiyə ilə Azərbaycan arasında elektron imza ilə bağlı ilkin razılaşma əldə olunub”

Elektron imzanın unifikasiyası ilə bağlı Türkiyə ilə Azərbaycan arasında ilkin razılaşmalar əldə olunub. Boyukmillet.com xəbər verir ki, bunu “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin İKT üzrə məsul nazirlərinin iclasda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. “Hər bir ölkənin prioritetlərindən, milli təhlükəsizlik baxışlarından irəli gələn konkret baxışları var. …

Read More »