Azərbaycan Parisdə, UNESCO-nun igamətgahında keçirilən Beynəlxalq Çay Günündə təmsil olunub. Boyukmillet.com xəbər verir ki, ilk dəfə baş tutan tədbirdə ölkəni Fransa-Azərbaycan Dialoqu Assosiasiyası və Toğrul Nərimanbəyov Assosiasiyası təmsil edib. Stenddə Azərbaycan çayı, çay məhsulları, ölkəyə həsr olunmuş kitablar nümayiş olunub, iştirakçılar armudu stəkanda çaya qonaq olublar, onlara Azərbaycan, adət-ənənələr haqqında məlumat verilib. Eyni zamanda Azərbaycan stendini müxtəlif ölkələrin səfirləri, diplomatlar, …
Read More »Yearly Archives: 2022
Britaniya XİN başçısı: “Müharibəyə son qoymağın yeganə yolu Rusiyaya qarşı güc tətbiq etməkdir”
“Müharibəyə son qoymağın yeganə yolu Rusiyaya qarşı güc tətbiq etməkdir”. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib. “Rusiyanı cilovlamaq mümkün deyil. Buna ancaq güc yolu ilə nail olmaq mümkündür. Biz Ukraynada uzanan və getdikcə daha ağır nəticələrə səbəb olan savaşın qarşısını almalıyıq”, – o söyləyib. Diplomat bildirib ki, Qərb Rusiyanın Gürcüstanın bir hissəsini, Krımı …
Read More »Mövlud Çavuşoğlu: “İsveç və Finlandiya iradə nümayiş etdirməlidir”
“İsveç və Finlandiya gözləntilərimizi təmin etmək üçün iradə nümayiş etdirərlərsə, hərt iki ölkənin NATO-ya üzvlüyü istiqamətində addımlar atıla bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. “Əgər ən tez müddətdə Ayansa üzv olmaq istəyirlərsə, lazımi addımları atmalıdırlar. Biz kiminsə haqqına göz dikməmişik. Kimsə də bizi təcrid etməsin”, – o söyləyib.
Read More »Rusiyada XX əsr Azərbaycan rəssamlarının sərgisi keçiriləcək
İyunun 7-də A.N.Radişev adına Saratov Dövlət Rəssamlıq Muzeyində XX əsr Azərbaycan rəssamlarının yaradıcılığına həsr olunmuş “Azərbaycanın rəngli yuxuları” adlı sərginin açılış mərasimi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, sərgidə Radişev muzeyinin, Mərcani Fondunun və Mixail Arefyevin kolleksiyasına daxil olan rəsm əsərləri, qrafika və xalçalar nümayiş olunacaq. Ekspozisiyaya 33 azərbaycanlı rəssamın, o cümlədən Səttar Bəhlulzadənin, Nadir Əbdülrəhmanovun, Mikayıl Abdullayevin, Tofiq Cavadovun, Mirnadir …
Read More »İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”
“Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”. Boyukmillet.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Davos Ümumdünaya İqtisadi Forumu çərçivəsində ABŞ-ın “Newsweek International” həftəlik dərgisinin redaktoru, beynəlxalq münasibətlər üzrə ekspert, tanınmış siyasi təhlilçi Fərid Rafiq Zəkəriyyə ilə görüşdə Ukrayna böhranından danışarkən bildirib. O, ABŞ və NATO-nu da müharibənin başlamasına görə tənqid edərək deyib: “Biz Ukraynaya qarşı hərbi əməliyyatlar kimi, …
Read More »Finlandiyanın Baş naziri Kiyevdə səfərdədir
Finlandiyanın Baş naziri Sanna Marin Ukraynanın Kiyev vilayətinin İrpen şəhərinə səfər edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İrpen Şəhər Şurası məlumat yayıb. “İşğalçıların qoyduğu “Rus dünyası”nın fəsadlarını göstərdik. Şəhərimizin bərpasına yardım məsələsini müzakirə etdik”, – şəhər şurasından bildirilib.
Read More »Salome Zurabişvili: “Gürcüstan Avropa yolunda real şansı əldən verməməlidir”
“Gürcüstan üçün Avropa yolunda tarixi imkan yaranıb. Bu yol qan tökmədən və qurbanlarsız mümkün olmayıb, əcdadlarımız tərəfindən salınıb”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili Müstəqillik Günü münasibətilə Tbilisidə Azadlıq meydanında keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, ümumi dəyərlər Gürcüstanı Avropa sivilizasiyası ilə çoxdandır bağlayır: “Biz və Avropa bu ənənələri davam etdirməliyik. Biz yaxşı anlamalıyıq ki, …
Read More »Nazir: “TEKNOFEST Azərbaycan”da investorlar layihələrə maraq göstərəcəklər”
“TEKNOFEST Azərbaycan” festivalında iştirak komandaların gələcəkdə şirkət, texnologiya istehsalçısı kimi formalaşmasına imkan verəcək”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Nazir bildirib ki, 4 gün ərzində komandalar öz layihələri üzərində işləyəcəklər. Onun sözlərinə görə, festivalda təmsil olunan investorlar bu layihələrə maraq göstərəcəklər. R.Nəbiyev əlavə edib ki, “Teknofest”də dünyanın 25 ölkəsindən 50-dən çox komanda …
Read More »Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb
Mayın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş zamanı Türk Dövlətləri Təşkilatı tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyət, habelə Azərbaycanın təşkilatın işində fəal iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. C.Bayramov Türk Dövlətləri Təşkilatının zəngin gündəliyinə istinad edib və bu xüsusda, həyata keçirilən intensiv dialoqu məmnunluqla …
Read More »MN: “5 mindən çox vətəndaşın sənədləri “Müharibə veteranı” adı verilməsi üçün komissiyaya göndərilib”
Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşan və arayış-məlumatları hazır olan növbəti 5 000-dən çox vətəndaşın sənədləri “Müharibə veteranı” adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib. Boyukmillet.com xəbər verir ki, sənədləri göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları “Müharibə veteranı” adının verilməsi üçün “Zəfər” altsisteminə daxil …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar