Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

“Türkiyə Azərbaycan münasibətləri qardaşlığın ən ali zirvəsindədir” – V.üsalə Hüseynli

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu …

Read More »

Hərbi hissəni özbaşına tərk edən əsgər barəsində cinayət işi başlanılıb – RƏSMİ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məlikov Əziz Soltanpaşa oğlunun qanunsuz hərəkətləri, o cümlədən xidmət yerini özbaşına tərk etməsi barədə toplanmış müvafiq materiallar Hərbi Prokurorluğa daxil olduqdan sonra araşdırma aparılıb. Hərbi Prokurorluqdan verilən məlumata görə, araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci (Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının …

Read More »

Ceyhun Bayramov: “Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması üçün addımlar atır”

“Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması üçün addımlar atır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində ikitərəfli münasibətlərin normallaşması üçün Ermənistanla aparılan dialoqdan danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanan möhkəm sülh, sabitlik, inkişaf və tərəqqinin təmin edilməsindən ibarət olub: “Hətta ərazilərimizin bir …

Read More »

Koreya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Koreya Respublikasının Prezidenti Yun Sok Yol Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına səmimi təbriklərimi çatdırıram. Diplomatik münasibətlərimizin qurulmasından ötən 30 il ərzində ölkələrimiz müxtəlif sahələrdə dostluğa əsaslanan tərəfdaşlıq münasibətləri qurmuşdur. Ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da inkişaf etdiriləcəyinə, mövcud dostluğun …

Read More »

Gəncə bölgəsində yaşayan əcnəbilərin inteqrasiyana dair müzakirələr aparılıb

Boyukmillet.com xəbər verir ki, Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində “Azərbaycanın Qərb bölgəsində miqrasiya idarəçiliyi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda dəyirmi masa keçirilib. Gəncə Regional Miqrasiya İdarəsinin və Dövlət Miqrasiya Xidməti yanında …

Read More »

Səlcuq Bayraqdar qırıcı təyyarə ilə Bakı səmasında uçuş keçirib

Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuq Bayraqdar qırıcı təyyarə ilə Bakı səmasında uçuş keçirib. Boyukmillet.com xəbər verir ki, uçuşlar paytaxt səması ilə yanaşı Xəzər buxtasını da əhatə edib. Uçuş “TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində baş tutub. S.Bayraqdarı azərbaycanlı və türkiyəli pilotlar müşayiət edib.

Read More »

Zakir Həsənov Səlcuq Bayraqdarla görüşüb

Mayın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdarla görüşüb. Qonağı salamladıqdan sonra müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini bildirib. Ölkə rəhbərlərinin dostluq münasibətlərinin dövlətlərimiz arasında əlaqələrin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayan general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı …

Read More »

Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti xanım Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli xanım Prezident, Dost Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Azərbaycan-Gürcüstan əlaqələri çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində …

Read More »

İlham Əliyev Azərbaycanla Latviya arasında müdafiə sahəsində əməkdaşlıq sazişini təsdiqləyib

Azərbaycan Müdafiə Nazirliyi ilə Latviya Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Sənədə əsasən, 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Read More »

Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan” festivalının keçiriləcəyi ərazidə olub

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan” festivalının keçiriləcəyi ərazidə olub. Boyukmillet.com xəbər verir ki, o, festivalda iştirak edəcək startaplara baş çəkib. S.Bayraktara bildirilib ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində Bakıda keçiriləcək “Takeoff Baku” müsabiqəsinin qaliblərinə yüksək məbləğdə mükafat veriləcək. O cümlədən, I yeri tutacaq startap 15 min dollar mükafat, II …

Read More »