Tarixən Azərbaycanla Osmanlı və Türkiyə arasında qarşılıqlı yardımlaşma olub. Bütün çətin dönəmlərdə bu iki dövlət bir-birinə dəstək verib, arxa durub. Ancaq bu, heç də həmişə tərəflərin arzuladığı kimi həyata keçməyib. 1918-ci ildə yenicə qurulan Azərbaycan Xalq Cümhuriyyətinə Qafqaz İslam ordusunun yardıma gəlməsini yada salmaq olar. Ancaq Osmanlı dövlətinin düşdüyü ağır vəziyyət qarşıya qoyulan məqsədin həyata keçməsinə mane olmuşdu. Həmin vaxt …
Read More »Yearly Archives: 2022
İrəvanda Atatürkün portreti erməniləri hiddətləndirib
Ermənistanın paytaxtı İrəvanın küçələrindən üzərində Mustafa Kamal Atatürk və Fateh Sultan Mehmetin portretləri olan yük maşını keçib. Boyukmillet.com “Report”-a istinadən xəbər verir ki, sosial şəbəkədə hadisə ilə bağlı video yayılıb. Görüntülər sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub.
Read More »Şuşada beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Azərbaycan Prezidentinin Şuşa şəhəri üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Mədəniyyyət Nazirliyi, ADA Universiteti, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Bu barədə Təşkilat Komitəsindən məlumat verilib. Sentyabr ayının 18-19-da baş tutacaq konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək: – Qarabağda yeni iqtisadiyyat quruculuğu və …
Read More »Azərbaycan-Ermənistan sərhəd komissiyalarının ikinci görüşü gələn həftə keçiriləcək
“Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının ikinci görüşü gələn həftə Moskvada keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Andrey Rudenko söyləyib. Xatırladaq ki, ötən gün əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla …
Read More »Azərbaycanla Pakistan arasında sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayi ilə görüş olub. Bu barədə nazirlikdən məlumat verilib. Azərbaycanla Pakistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Pakistanın dövlət başçıları tərəfindən iki ölkə arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Qarşılıqlı səfərlərin, imzalanmış sənədlərin …
Read More »“Avto FM” radiosu DİN-in nəzarətinə keçib
“Avto FM” radiosu Daxili İşlər Nazirliyinin (DİN) nəzarətinə keçib. Boyukmillet.com xəbər verir ki, bu, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) DİN-in tabeliyinə verilməsindən sonra baş tutub. Belə ki, NİİM əvvəllər Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub. Prezident İlham Əliyevin bu il fevralın 7-də imzaladığı fərmanla “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” MMC DİN-in tabeliyinə verilib. Bununla “Avto FM” radiosu da DİN-in nəzarətinə keçib, …
Read More »Qarabağda şəhərlərin baş planlarının hazırlanmasına 25 milyon manat xərclənib
“İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş şəhərlərimnin baş planlarının hazırlanmasına 25 milyon manat vəsait xərclənib”. Boyukmillet.com-un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib. Xatırladaq ki, zərbaycanda ötən il işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün …
Read More »İraqda cəzaçəkmə müəssisəsində saxlanılan 2 uşaq Azərbaycana gətirilib
Mayın 25-də İraqın cəzaçəkmə müəssisəsində saxlanılan və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilmiş 2 uşağın Bağdad-İstanbul-Bakı marşrutu ilə ölkəyə repatriasiyası həyata keçirilib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, həmin şəxslərin ölkəyə gətirilməsi Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş əlaqələndirilmiş və mərhələli tədbirlər nəticəsində mümkün olub. Belə ki, ilk növbədə onların Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Bundan sonra Azərbaycanın İraqdakı Səfirliyi tərəfindən …
Read More »Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım. Can Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu mühüm və əlamətdar ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci kimi qəbul etdiyi qardaş Azərbaycanın …
Read More »Milli Məclisdə “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb
Milli Məclisdə “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib. İclasda Milli Məclisin deputatları, Maliyyə Nazirliyi və Hesablama Palatasının nümayəndələri iştirak edirlər. Sənəd barədə toplantı iştirakçılarına komitə sədri Tahir Mirkişili məlumat verir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar