Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Sahibə Qafarova Estoniya parlamentinin spikeri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin (Riigikoq) sədri Yüri Ratasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Milli Məclisin sədri Estoniya parlamentinin spikerini və nümayəndə heyətini salamlayaraq, onların ölkəmizə səfərlərindən məmnun olduğunu bildirib. Azərbaycan və Estoniyanın dost və tərəfdaş ölkələr olduqlarını deyən Milli Məclisin sədri …

Read More »

Milli Məclisin komitəsinin iclası keçirilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, iclasda bir məsələ – “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Təqdim olunan qanun layihəsi barədə danışan komitə sədri qeyd edib ki, qanunun preambulasına və doqquz maddəsinə ümumilikdə 53 dəyişiklik təklif …

Read More »

Bakı–Şuşa–Bakı avtobus reyslərinin sayı artırılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlıiyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) Bakı–Şuşa–Bakı istiqamətində avtobus reyslərinin sayını artırır. Boyukmillet.com  bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Şuşaya reyslərin sayının artırılması qərara alınıb. İyun ayından etibarən sərnişinlər Şuşaya həftədə …

Read More »

XİN başçısının müavini Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin komitə sədrləri ilə görüşüb

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici Əlaqələr Komitələrinin üçtərəfli birgə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıç və Gürcüstan parlamentinin Xarici Komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən  verilən məluamta görə, görüşdə Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr …

Read More »

Estoniya parlamentinin sədri Şəhidlər xiyabanını  ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin (Riiqikoqu) sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Estoniyanın parlament nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Daha sonra Bakının ən hündür …

Read More »

Almaniyada meymunçiçəyinə 4 yoluxma qeydə alınıb

Almaniya Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyinə 4 yoluxma halının olduğunu təsdiqləyib. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Berlində keçirilən brifinqdə nazirliyin nümayəndəsi bildirib. “İndiyə qədər Almaniyada dörd təsdiqlənmiş yoluxma halı var. Xəstələrin təmaslarını və xəstəliyin potensial yayılma yollarını nəzərə alaraq yeni yoluxma hallarının olacağını proqnozlaşdırmaq mümkündür. Pasiyentlərin əksəriyyəti xəstəliyi asan keçirir. Mövcud məlumatlara görə, xəstəliyin ötürülməsi yalnız yaxın təmas …

Read More »

İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılan var

İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılan var. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, may ayının 23-də saat 00:20 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 1 nəfər naməlum şəxsin İran-Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı …

Read More »

Azərbaycan-Qazaxıstan Ekspertlər Şurası yaradılıb

Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “dəyirmi masa” çərçivəsində Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılması haqqında memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənədi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev və Qazaxıstan Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov imzalayıblar. F.Şəfiyev deyib ki, Şuranın yaradılmasında məqsəd iki ölkə ekspertləri arasında əməkdaşlığı möhkəmləndirməkdir.  “Bu gün …

Read More »

Bakıda “Lotu Quli”nin adından istifadə edən şəxsə hökm oxunub

Bakıda yaxın qohumuna qarşı dələduzluq etməkdə təqsiləndirilən Vüsal Axundova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Qeyd edək ki, ittihama əsasən, V.Axundov əmisi oğlu, sahibkar Emin Axundova “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun adından istifadə edərək …

Read More »

Vilyam Hacıyev ifadə vermək üçün məhkəmədən vaxt istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov vəsatət qaldırıb. O, zərərçəkmiş şəxslərin nümayəndələrinin məhkəməyə gəlməli olduğunu deyib. Hakim isə qeyd edib ki, zərərçəkmişlərin məhkəməyə gəlib-gəlməməkləri öz ixtiyarlarındadır. …

Read More »