Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Türkdilli dövlətlərin beyin mərkəzlərinin toplantısı Şuşada keçiriləcək

Türkdilli dövlətlərin beyin mərkəzlərinin növbəti toplantısı Şuşada keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-də təşkil edilmiş, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılmasına həsr olunmuş “dəyirmi masa”da çıxışı zamanı bildirib. Onun sözlərinə görə, konfrans bu il iyulun 3-də baş tutacaq. Xatırladaq ki, aprelin sonunda Şuşada “Cənubi …

Read More »

Prezident: “Müqəddəs Taxt-Tac ilə qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz böyük inkişaf yolu keçib”

“Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrimizə xüsusi önəm veririk. Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz otuz illik dövr ərzində böyük inkişaf yolu keçib”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Roma Papası Fransisk həzrətlərinə təbrik məktubunda yer alıb. “2002-ci ilin mayında Papa …

Read More »

Ramin Musayev: “Hamımızın arzusu azad olunmuş ərazilərimizdə oyunlar izləməkdir”

“Hamımız onu arzulayaq ki, təmsil etdiyiniz rayonlarda stadionlar açılsın və orada peşəkar futbol oyunlarına gedək, azarkeşlik edək”. Boyukmillet.com xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku barədə danışarkən deyib. B qrupunda “Suqovuşan” və “Xocalı” komandaları arasındakı matçı izləyən PFL rəhbəri jurnalistləri tədbirin təşkilatçılarına …

Read More »

Yaxın vaxtlarda Azərbaycan BMT-yə hesabat təqdim edəcək

“Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə çox böyük önəm verir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ofisinin müşaviri Şəms Mustafayeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu yaxınlarda yeni hesabatını BMT-yə təqdim etməyə hazırlaşır: “Bu da onu göstərir ki, Azərbaycan hökumətinin dayanıqlı inkişafda sadəqəti çox …

Read More »

Baş Qərargah rəisi “TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək texnikalara baxış keçirib

Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev “TEKNOFEST Azərbaycan” festivalının keçiriləcəyi əraziyə baş çəkib. Boyukmillet.com xəbər verir ki, o, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin festivalda nümayiş etdiriləcək texnikalarına baxış keçirib. General-polkovnik həmçinin “Bayraktar TB2” və “Akıncı” pilotsuz uçuş aparatlarının yerləşdiyi pavilyonları ziyarət edib.

Read More »

Türkiyə kəşfiyyatı PKK terror qruplaşmasının rəhbərlərindən birini məhv edib

Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı İraqın şimalında terrorçulara qarşı növbəti əməliyyat keçirib. Boyukmillet.com “Hürriyet”ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK/YPG terror qruplaşmasının Mahmud-Kərkük-Süleymaniyyə üzrə qondarma səlahiyyətli nümayəndəsi “Ahmet Rubar” kod adlı Mehmet Erdoğan məhv edilib. Terror təşkilatı 2021-ci ildən onu adı çəkilən ərazi üzrə “nümayəndə” təyin edibmiş. Mehmet Erdoğan Hacı Mirzə Ali adına hazırlanan saxta sənədlə gəzirmiş.

Read More »

Səfir: “Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətləri formalaşıb”

“Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və qarşılıqlı fayda kəsb edən əməkdaşlıq münasibətləri formalaşıb”. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində təşkil edilmiş, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılmasına həsr olunmuş “dəyirmi masa”da çıxışı zamanı bildirib. “Əlaqələrimiz böyük tarixə malikdir. Eyni kökə bağlı dilimiz, ənənələrimiz və …

Read More »

Bakıda Türkiyə qırıcı təyyarələrinin uçuşu həyata keçirilir

Bakıda baş tutacaq “Texnofest-2022” festivalına hazırlıqlar çərçivəsində qırıcı təyyarələrin uçuşu həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları – “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələr Bakı səmasında məşq edir. Qeyd edək ki, Bakıda “Texnofest-2022” festivalı mayın 26-29-da keçiriləcək.

Read More »

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi: “Gəncədə terror törədənlər dünya qarşısında cavab verməlidirlər”

“Gəncə şəhərində terror törədənlər dünya qarşısında cavab verməlidirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İğidov Gəncədə səfərdə olan zaman bildirib. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilən səfər çərçivəsində Gəncə şəhərində olan R.İgidov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin olduğu əraziyə baş çəkib, burada ermənilərin törətdiyi terror hadisəsinin dəhşətli olduğunu …

Read More »

Şuşa Real Məktəbinin bərpadan sonra necə olacağı açıqlanıb – VİDEO

Təhsil Nazirliyi bərpasına başlanılan Şuşa Real Məktəbinin necə görünəcəyi ilə bağlı video paylaşıb. Boyukmillet.com görüntünü təqdim edir: Qeyd edək ki, Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və …

Read More »