Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Bakıda Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib

Mayın 19-da Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində ilk dəfə olaraq Azərbaycan–Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.Boyukmillet.com “AZƏRTAC” istinadən xəbər verir ki, forumda açılış nitqi ilə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Azərbaycan–Türkiyə əlaqələrindən və tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, belə əhəmiyyətli forumun Bakıda keçirilməsi vətəndaş cəmiyyətinin inkişafına …

Read More »

Xalq artisti Vaqif Əsədov vəfat edib

Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov vəfat edib. Boyukmillet.com xəbər verir ki, sənətkar bu gün 75 yaşında dünyasını dəyişib. Əsədov Vaqif Firudin oğlu 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında …

Read More »

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

İran Prezidenti İbrahim Rəisi Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib. Bu barədə Azərbaycanın İrandakı səfirliyindən məlumat verilib. Baş nazirin müavini İran Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb, hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrin inkişaf etdiyini vurğulayıb.  Görüşdə ölkələr arası faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb. …

Read More »

Prezident dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com-un xəbərinə görə, qanunun 11.2-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulan məqsədlər üçün özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar edilir, habelə təklif olunan dəyişikliyə əsasən bu vəsaitlərin istifadə məqsədləri daha da genişləndirilib. Belə ki, buraya özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, …

Read More »

Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub

Mayın 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Read More »

Azərbaycanda son sutkada 10 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 792 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 936 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. 49 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində …

Read More »

Sərdar Çam: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”

“Şuşada bu gün keçirilən konfrans vacib əhəmiyyətə malikdir, çünki postmünaqişə dövründə mədəni əməkdaşlığın inkişafına həsr olunub”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib. Nazir müavini bu konfransın əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirib. “Türkiyə hər …

Read More »

“Azərbaycan-Avropa İttifaqı münasibətlərinin sürətli inkişafı hər iki tərəfin maraqlarına cavab verir”

“Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri strateji tərəfdaşlıq münasibətləridir. Fundamental məsələlərdə bizim mövqelərimiz üst-üstə düşür və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafının çox geniş perspektivləri var”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib. Onun sözlərinə görə, enerji və nəqliyyat təhlükəsizliyi kimi sahələrdə Bakı-Brüssel münasibətləri çox sürətlə inkişaf etməkdədir: “Rusiya-Ukrayna arasında baş verən hadisə fonunda Aİ …

Read More »

Azərbaycanda 8 mindən çox İİV xəstəsi var

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 mindən çox Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Boyukmillet.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) direktoru Famil Məmmədov deyib. O qeyd edib ki, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1987-ci ildən 2022-ci ilin aprelinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 059 Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır: “Onlardan 5 …

Read More »

Azərbaycanda Gender komissiyalarının yaradıldığı bələdiyyələr məlum olub

Azərbaycanda Gender komissiyalarının yaradıldığı bələdiyyələrin adları məlum olub. Bu barədə “Report”a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu açıqlama verib. Onun sözlərinə görə, komissiyalar Azərbaycanın 15 rayon və şəhərindəki bələdiyyələrdə yaradılıb. Belə ki, Gender Komissiyaları Bakı şəhərində Xətai, Nəsimi, Səbail, Yasamal, M.Ə.Rəsulzadə, Lökbatan və Bakıxanov bələdiyyələrini əhatə edib. Həmçinin paytaxtdan kənarda Sumqayıt, Mingəçevir, Şirvan, Xırdalan, Ağcabədi, …

Read More »