Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycanın turizm imkanları Hindistanda təbliğ olunur

Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti ölkəmizin turizm potensialının təbliği məqsədilə ötən gün Hindistanın Nyu-Dehli şəhərində işinə başlayan “SATTE Delhi 2022” sərgisində təmsil olunur. Sərgidə 115 kvadrat metr sahəni əhatə edən milli stenddə ölkəmizi Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, “Azərbaycan Hava Yolları” QSC və müxtəlif turizm şirkətlərin nümayəndələri daxil olmaqla ümumilikdə 9 təşkilat təmsil edir. Sərgi …

Read More »

Amreyev: “TDT işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə öz töhfəsini verməyə hazırdır”

“Türk Dövlətləri Təşkilatı (TDT) işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə öz töhfəsini verməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Şuşada jurnalistlərə bildirib. “Azərbaycanda bu ərazilərin mədəni irsinin bərpası məsələsini müzakirə etdik. Əlbəttə ki, biz Qarabağda bərpa prosesinə öz töhfəmizi verməyə hazırıq”, – o deyib. Xatırladaq ki, bu gün Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni …

Read More »

Azərbaycan səfirliyi Türkiyəni milli bayramı münasibətilə təbrik edib

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyəni 19 May-Atatürkü anma, Gənclər və İdman Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tviter hesabında paylaşım edilib. “Qardaş Türkiyəni 19 May-Gənclər və İdman Bayramı münasibətilə təbrik edirik. Başda Qazi Mustafa Kamal Atatürk olmaqla Milli Mübarizə qəhrəmanlarını hörmət və ehtiramla anırıq”, – paylaşımda bildirilib.

Read More »

Fələstin səfiri: “Ümid edirəm ki, Qarabağda mina problemi tezliklə həllini tapacaq”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalarla çirklənməsi çox vacib problemdir və mümkün qədər tez həll edilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a Şuşada olan Fələstinin Azərbaycandakı səfiri Naser Əbdül Kərim bildirib. “Ümid edirəm ki, Qarabağda mina problemi tezliklə öz həllini tapacaq. Bu nə qədər tez baş versə, dövlət ərazilərin bərpası üzərində işlərə bir o qədər tez başlaya biləcək”, – səfir deyib. “Beynəlxalq …

Read More »

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Qarabağa səfər edəcək

Azərbaycanda səfərdə olan Türkiyənin Kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi sabah işğaldan azad edilmiş ərazilərə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazir özü bildirib. “Qarabağı ziyarət Azərbaycana səfərimizin zirvə nöqtəsi olacaq. Mən ilk dəfə ziyarət etmiş olacağam. Həm Türkiyə vətəndaşı, həm də Kənd təsərrüfatı və meşəçilik naziri olaraq çox həyəcanlıyam. 30 il işğal altında qalan torpaqlara …

Read More »

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 3 197 nəfər vaksinasiya olunub. Gün ərzində birinci doza vaksinlərin sayı 340, ikinci doza vaksinlərin sayı 451 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 170-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 228 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 698 183, birinci doza peyvəndlərin ümumi sayı …

Read More »

Anar Kərimov: “Kino Agentliyinin nizamnaməsi və strukturu hazırlanır”

“Bizə tapşırıq verilib ki, Azərbaycan Kino Agentliyinin həm nizamnaməsini, həm də struktur layihəsini hazırlayaq. Agentliyin yaradılması çox mühüm hadisədir”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib. “Hesab edirəm ki, bu, kinomuzun inkişafı və bu sahəyə investisiyaların artırılması baxımından çox önəmli addımdır. Əminəm ki, Kino Agentliyi Azərbaycan kinosunun yeni mərhələyə qaldırılmasına töhfə verəcək”, – nazir bildirib.

Read More »

Nazir: “Azad olunan ərazilərdə 404 abidə və 1000-ə yaxın mədəniyyət müəsissəsi aşkarlanıb”

“Azad olunan ərazilərdəki abidələrin monitorinqi hələ də davam edir. Çünki ərazilər minalıdır. Amma monitorinqlər aparılır”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Şuşada jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, artıq Qarabağ və Şərqi Zəngəzurda xeyli sayda tarix-mədəniyyət abidələri aşkarlanıb: “Reysterdə olan 706 abidədən 404-ünü aşkar etmişik. Bundan başqa, azad olunan ərazilərdə 1000-ə yaxın mədəniyyət müəsissəsi aşkarlanıb. Məlumatlar əldə …

Read More »

Azad olunmuş torpaqlarda beynəlxalq şahmat turniri keçirilə bilər

Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi işğaldan azad olunan torpaqlara səfər edib. Boyukmillet.com xəbər verir ki, qurumun prezidenti Mahir Məmmədov və 1-ci vitse-prezidenti Faiq Həsənov mədəniyyət paytaxtı Şuşa şəhərində olub. Səfərdə əsas məqsəd yaxın gələcəkdə həmin ərazilərdə şahmat üzrə beynəlxalq turnirin keçirilməsi üçün mövcud şəraitlə tanışlıqdır. Səfərlə bağlı təəssüratlarını bölüşən M.Məmmədov bunları söyləyib: “Təsəvvür etməzdim ki, Şuşaya səfər edəcəyik. Bu gün …

Read More »