Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Kamran Əliyev: “Prokurorluq, DİN və DTX-nin peşəkarları ilə birgə xüsusi qruplar yaratmışıq”

“Biz ilk günlərdən çalışdıq ki, əvvəlki illərdən bağlı qalmış ölüm işlərinin açılmasına nail olaq”. Boyukmillet.com-un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. “Bilirsiz ki, ölüm işləri bağlı qaldıqca cəmiyyətdə müəyyən cəzasızlıq mühiti yaradır. Ona görə də bu, bizim fəaliyyət istiqamətimiz üçün çox vacibdir. Ümumiyyətlə şəxsiyyət əleyhinə və gizlilik şəraitində törədilən ölüm işlərinin açılması istiqamətində xüsusi qruplar yaradılıb. …

Read More »

Litva Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın 18-də Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Litva Prezidenti Gitanas Nauseda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Litva Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında …

Read More »

Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib

Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumda iştirak ediblər. Dövlət başçıları biznes forumda çıxış ediblər. Sonra Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub. Daha sonra dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar.

Read More »

İƏT çərçivəsində qarşılıqlı əməkdaşlıq daha da güclənəcək

“Parlament diplomatiyası Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında önəmli rol oynayır. Azərbaycan parlamentinin beynəlxalq əlaqələrinin genişlənməsi bu reallığı təsdiqləyir. Təsadüfi deyil ki, Milli Məclis indiyə qədər bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib. Mayın 17-də Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının keçirilməsi də ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirdiyi fəal siyasətin göstəricisidir”. Bu fikirləri Modern.az-a Milli …

Read More »

Azərbaycan Prezidenti: “Ermənistanla sülh sazişi imzalamaq istəyirik”

“Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var. Biz Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü zamanı deyib. …

Read More »

Səhiyyə Nazirliyinin nümayəndə heyəti Hacettepe Universitetinin fəaliyyəti ilə tanış olub

Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə iki günlük işgüzar səfəri çərçivəsində qardaş ölkənin ən nüfuzlu tibb ocaqlarından olan Hacettepe Universitetinin fəaliyyəti ilə tanışlıq olub. Boyukmillet.com xəbər verir ki, tədbirdə çıxış edən Hacettepe Universitetinin rektoru Haluk Özen səhiyyə sahəsində ölkələrimiz arasında sıx əlaqələrin mövcudluğunu vurğulayıb. Rektor xatırladıb ki, 2018-ci ildə rəhbərlik etdiyi tibb ocağı ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında protokol imzalanıb: …

Read More »

NATO Baş katibinin Gürcüstanın Baş naziri ilə görüşə bilməməsinin səbəbi açıqlanıb – YENİLƏNİB

NATO-nun Baş katibi Yens Stoltenberq səhhəti ilə əlaqədar olaraq Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşə bilməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb. Bildirilib ki, baş katib təxminən bir həftə öncə koronavirusa yoluxub. Bu səbəbdən onun Berlinə planlaşdırılan səfəri də baş tutmayıb.13:15 Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və NATO-nun Baş katibi Yens Stoltenberq arasında Brüsseldə bu günə təyin olunmuş görüş ləğv edilib.

Read More »

İdarə rəisi: “Paşinyan 44 günlük müharibə ilə bağlı istintaqda dindiriləcək”

“Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması ilə bağlı başlayan cinayət işi çərçivəsində dindiriləcək”. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin Xüsusi işlər üzrə idarənin rəisi Rafel Vardanyan müharibədə itkin düşmüş sayılan hərbçilərin valideynləri ilə görüşdə bildirib. O, dindirmənin dəqiq tarixini deməyib: “Bu cinayət işi çərçivəsində Ermənistan Baş Prokurorluğunun tapşırığı yerinə yetiriləcək. Sizin İstintaq Komitəsinin başçısı …

Read More »

XİN başçısı: “Britaniya Rusiyaya qarşı beynəlxalq cinayət tribunalının yaradılması ideyasını dəstəkləyir”

“Britaniya Rusiyaya qarşı beynəlxalq cinayət tribunalın yaradılması ideyasını dəstəkləyir”. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib. “Biz aydın başa düşürük ki, Prezident Vladimir Putin və Ukraynadakı cinayətlərin arxasında dayanan şəxslər cavab verməlidirlər. Biz bunun üçün Beynəlxalq Cinayət Məhkəməsi ilə çox sıx işləyirik. Britaniya Rusiyanın hərbi cinayətlərinə dair sübutların toplanmasına kömək etmək üçün öz işçilərini …

Read More »