Azərbaycan balının, eyni zamanda, azad edilmiş ərazilərdə istehsal edilmiş balın “Qarabağ” brendi adı altında Avropa İttifaqı ölkələrinə ixracı gözlənilir. Bunu “Report”a Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinə arıçılıq məhsullarının ixracı üçün xüsusi icazələrin alınması tələb olunur: “Hazırda biz heyvan mənşəli qidaların ixracını həyata keçirə bilmirik. Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə çalışır, Aİ …
Read More »Yearly Archives: 2022
İnam Kərimov Qusarda vətəndaşları qəbul edəcək
Kənd təsərrüfatı naziri İnam Kərimov mayin 14-də, saat 09:00-da Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək. Boyukmillet.com xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Qusar DAİM-ə (telefon (050) 235-77-67) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar. Qəbula …
Read More »Yardımlıda 172 ağacın qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanılıb
Yardımlı rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanılıb. Boyukmillet.com xəbər verir ki, bəzi sosial media səhifələrində Yardımlı rayonunu ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı yayılmış məlumatlar üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Aparılan araşdırmalarla Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin vəzifəli şəxsləri tərəfindən Yardımlı rayonu ərazisində bioloji inkişafda olmuş meşə fonduna daxil olan ümumilikdə 172 …
Read More »Bakıda saxta əlillik dərəcəsi verən həkimə hökm oxunub
Bakıda vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Könül Sultanovaya hökm oxunub və o, cərimələnib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Binəqədə Rayon Məhkəməsinin hakimi Elçin Ağayein sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, K.Sultanovaya 3 min manat məbləğində cərimə kəsilib. Qeyd edək ki, K.Sultanova 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən …
Read More »Vüqar Səfərli kassasiya şikayəti verib
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli kassasiya şikayəti verib. Boyukmillet.com xəbər verir ki, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib. Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq. Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il …
Read More »Azərbaycan və İran gömrükdə əməkdaşlıq üzrə Tədbirlər Planını təsdiqləyib
Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) və İranın Gömrük İdarəsi arasında 2022-2023-cü illərdə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardımın genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bu məqsədlə iki ölkənin gömrük xidməti nümayəndələri arasında görüş keçirilib. Görüşdə DGK sədri Səfər Mehdiyev və Naxçıvan MR DGK-nın sədri Səhət Həbibbəyli, İranın Gömrük naziri Alirza Müqəddəsi, Şərqi Azərbaycan Vilayəti Gömrüyünün rəisi …
Read More »“NORM”un rəhbər heyəti “Heydər zirvəsi”nə yürüş təşkil edib
“Norm” ASC-nin rəhbər heyəti 10 may tarixində, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Şahdağ Milli Parkında, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi” istiqamətində yürüş təşkil etmişdir. Yürüş 8 nəfərdən ibarət heyət tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə mütəşəkkil qaydada və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilib. Çətin relyefə, mürəkkəb keçidlərə və əlverişsiz hava şəraitinə baxmayaraq, “Norm” əməkdaşları …
Read More »Məzahir Süleymanzadə vəfat edib
Azərbaycanın tanınmış jurnalisti, AFFA-nın sabiq mətbuat katibi Məzahir Süleymanzadə 70 yaşında ikən vəfat edib. Bu barədə “Report”a mərhumun qardaşı, beynəlxalq dərəcəli hakim Tahir Süleymanov məlumat verib. Onun sözlərinə görə, M.Süleymanzadə şəkərli diabetdən dünyasını dəyişib. Mərhum jurnalist bu gün Mərdəkan qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta …
Read More »Birinci vitse-prezident ulu öndərin doğum günü ilə bağlı paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günü ilə bağlı rəsmi insaqram səhifəsində paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Heydər Əliyevin nurlu, xoş xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq”.
Read More »Azad edilən ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı mayın 2-dən 7-dək aşkarlanan minaların sayını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar