Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Zakir Həsənov döyüş hazırlığı tədbirləri və təlimlərin artırılması barədə tapşırıq verib

Mayın 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Müşavirəyə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik komandirləri cəlb olunub. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb. Müşavirədə Azərbaycan-Ermənistan dövlət …

Read More »

XİN başçısı: “Hazırda xarici siyasət gündəliyimizdə sülh dialoqu aktuallıq təşkil edir”

“Hazırkı postmünaqişə mərhələsində xarici siyasət gündəliyimizdə aktuallıq təşkil edən sülh dialoqunun əsasları da ulu öndər Heydər Əliyevin müdrikliyindən qaynaqlanır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin xarici siyasət strategiyasının prioritetləri sırasında qonşu dövlətlər başda olmaqla, dünyanın bir çox ölkələri ilə qarşılıqlı, faydalı, ikitərəfli münasibətlərin qurulması və xarici …

Read More »

Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub

Bu gün İsmayıllı rayonunun Buynuz kəndinin qəbirstanlığında dahi Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev, AYB-nin katibləri Rəşad Məcid, Elçin Hüseynbəyli, İsmayıl Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatları, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər M.Yaqubla bağlı xatirələrini bölüşüblər, yaradıcılığı …

Read More »

Vasif Talıbov Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

“Hazırda Azərbaycan regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə öz mövqeyini bildirir və mənafelərini qoruyur. Uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin nüfuzlu beynəlxalq təşkilatlarının diqqətini Azərbaycana yönəldir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda keçirilən konfransda qeyd edib: Onun sözlərinə …

Read More »

Ceyhun Bayramov: “Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur, bərpa edir”

“Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın işğaldan azad olunması idi. Bu missiya ulu öndər irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yerinə yetirildi”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, bu gün üçrəngli bayrağımız qürürla işğaldan azad edilən torpalarımızda dalğalanır: “Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur, …

Read More »

Azərbaycan Ordusunun generalları Qarabağdakı əməliyyat şəraitini müzakirə edib

Azərbaycan Ordusunun rəhbərliyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, mayın 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki, mühəndis və digər döyüş təminatının gücləndirilməsi, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi və şəxsi heyətin sayıqlığın artırılması barədə konkret tapşırıqlar verilib. Qeyd edək ki, …

Read More »

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin sayı açıqlanıb

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin sayı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, hazırda Azərbaycanın dünyanın 77 ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Nazir həmçinin qeyd edib ki, hazırda Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəlikləri, 15 xarici dövlətin konsulluqları akkreditə olunub.

Read More »

Sabah rayonlara leysan yağacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında mayın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə …

Read More »

Bakı Şəhər Prokurorluğunda Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib

Bakı Şəhər Prokurorluğunda Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Bakı şəhər prokurorluğun inzibati binasının foyesində müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra dahi rəhbərin həyat və fəaliyyətini …

Read More »

Hulusi Akar: “Pəncə-Kilid” əməliyyatında 73 terrorçu zərərsizləşdirilib”

İraqın şimalındakı “Pəncə-Kilid” antiterror əməliyyatında indiyədək 73 terrorçu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə milli müdafiə nazir Hulusi Akar məlumat verib. O bildirib ki, türkiyəli hərbçilər üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər. “Sərhədlərimiz milli məsələdir. Təəssüf ki, saxta xəbərlərlə, videolarla fərqli rəy yaratmağa çalışırlar”.

Read More »