Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Zelenski Ukrayna “Qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski “Qanunvericiliyin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk feysbukda yazıb. “Ukrayna Prezidenti Volodimir Zelenski “Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb”, – o bildirib. Onun sözlərinə görə, indi qanunvericilikdə “Böyük Oktyabr Sosialist İnqilabının qələbələri” qeyd edilməyəcək, “Leninin kommunist cəmiyyəti quruculuğu ideyalarını” həyata keçirmək istəyi, Kommunist Partiyası tərəfindən hazırlanmış proqramlara …

Read More »

Ukrayna Prezidenti Baltikyanı ölkələrin XİN başçılarını qəbul edib

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 6-da Kiyevdə Estoniyanın xarici işlər naziri Evoy-Mariya Liymets, Latviyanın xarici işlər naziri Edqar Rinkeviç və Litvanın xarici işlər naziri Qabrielüs Landsberqislə görüşüb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Prezident Ofisinin rəsmi saytı yayıb. İnformasiyaya əsasən, Volodimir Zelenski Baltikyanı ölkələrə Ukraynaya verdikləri güclü dəstəyə görə təşəkkürünü bildirib: “Siz Ukraynanın silahla olduğu kimi diplomatik fəaliyyətinizlə də dəstəklədiniz. Estoniya, …

Read More »

Bərdə-Ağdam dəmir yolu xəttində keçidlərin tikintisi nəzərdə tutulur

Bərdə -Ağdam dəmir yolunda insanlar üçün eynisəviyyəli yol kəsişmələrinin ( keçidlərin), su ötürücü boruların tikintisi planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bunu tikintinin layihə rəhbəri Şəmsəddin Talıbov bildirib. Onun sözlərinə görə, eyni səviyyəli yol kəsişmələrinin (keçidlərin) tikintisi üçün aidiyyatı qruma müraciət edilib:” Razılaşma əldə edildikdən sonra keçidlərin tikintisini təmin edəcəyik. Bundan əlavə, hərəkətin təhlükəsizliyini təmin etmək üçün dəmir yolu ərazisinin çəpərlənməsi …

Read More »

Salyanda “Media və hüquqi maarifləndirmə” adlı konfrans keçirilib

Regional media, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə mövcud kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə Baş Prokurorluğun silsilə tədbirlərinin davamı olaraq Salyan şəhərində “Media və hüquqi maarifləndirmə” adlı işgüzar konfrans təşkil edilib. Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Salyanın mərkəzində ucaldılan abidəsini ziyarət edib. Tədbir çərçivəsində media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı …

Read More »

ADY: “Bərdə dəmir yolu stansiyası yenidən tikiləcək”

Yaxın günlərdə Bərdə dəmir yolu stansiyasının yenidən tikintisinə başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-nin Tikintiyə Nəzarət İdarəsinin laboratoriya müdiri Azər Məmmədov deyib. Onun sözlərinə görə, hazırda Bərdə stansiyası binasının tikintisi layihələndirilir: “Bərdə stansiyası Bərdə-Ağdam dəmir yolu xətti layihəsinə daxil olan 4 stansiyalarından biridir. Bərdə stansiyası bu stansiyalar arasında ərazisinə görə ən böyükdür, ona görə də ikitərəfli platformaya malik …

Read More »

Ukrayna kəşfiyyatı: “İnsanlara məcburi şəkildə qondarma respublikaların pasportu paylanılır”

“Müvəqqəti olaraq işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş ukraynalılar psevdorespublikaların vətəndaşlığını almağa məcbur edilir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. “Buna razı olmadıqda isə onlara qarşı repressiyalar tətbiq olunur. İşğal altındakı Sorokino şəhərində ukraynalılara “LPR”in pasportları paylanılmağa başlanılıb. İnsanlar evlərindən, əmlaklarından və pullarından məhrumdurlar. Ona görə də onlar razılaşmağa məcburdurlar”, – idarədən …

Read More »

Ermənistanın keçmiş polis rəisi etiraz aksiyasında saxlanılıb

Ermənistanda keçirilən etiraz aksiyası zaman ölkənin keçmiş polis rəisi (daxili işlər naziri) Valeri Osipyan saxlanılıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ermənistan KİV yayıb. Bildirilib ki, 2018-ci ildə indiki baş nazir Nikol Paşinyanın tərəfdarları etiraz aksiyası keçirən zaman Valeri Osipyan müxalifətlə iqtidar arasında danışıqların başlıca vasitəçilərindən sayılırdı. Paşinyan hakimiyyətə gəldikdən sonra 2018-ci ilin mayında onu Ermənistanın polis rəisi vəzifəsinə təyin etdi. O, …

Read More »

KİV: “Qara dənizdə Rusiyanın daha bir gəmisi vurulub”

Qara dənizdə, İlan adası yaxınlığında Rusiyanın “Burvestnik” tipli döyüş gəmisində (freqat) partlayışdan sonra yanğın olub. Boyukmillet.com xəbər verir ki, məlumatı “Dumskoy” portalı yayıb. Məlumata görə, ərazidə Rusiya Qara Dəniz Donanmasına məxsus 3 freqat tipli gəmi olub. Onların hansının zədələndiyi hələ ki dəqiqləşdirilir. Xalq deputatı Aleksey Qonçarenko isə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə Rusiyaya məxsus “Admiral Makarov” döyüş gəmisini vurduğuna dair məlumat …

Read More »

Sahibə Qafarova Səudiyyə Ərəbistanının Baş Audit Məhkəməsinin Prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş Audit Məhkəməsinin Prezidenti Doktor Hussam bin Abdulmohsen Alangari ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker diqqətə çatdırıb ki, Azərbaycan dost və qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Bizim xalqlarımız tarixən dini və mədəni …

Read More »

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı məlum olub. Boyukmillet.com xəbər verir ki, parlamentin növbəti toplantısı mayın 13-də baş tutacaq. İclasda “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və Əmək Məcəlləsində dəyişikliklər layihəsinin III oxunuşda müzakirəyə çıxarılması, habelə digər dəyişikliklər layihələrinin müzakirəsi gözlənilir.

Read More »