Ölkəmizdə səfərdə olan Rumıniya Parlamentinin Nümayəndələr Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Kristian İvanutsanın başçılıq etdiyi nümayəndə heyəti aprelin 28-də Şuşa şəhərində olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, Şuşada qonaqlar Qala divarları, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidləri ilə tanış olublar, Cıdır düzünə və Şəhər meydanına baş çəkiblər. Rumıniya parlament nümayəndə heyətinin üzvləri Şuşa şəhərində …
Read More »Yearly Archives: 2022
Bakının yeni prokuroru kollektivə təqdim edilib
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş prokurorun müavinlərinin, mərkəzi aparatın idarə, şöbə rəislərinin, həmçinin Bakı şəhər prokurorluğunun rəhbər işçilərinin və tabe rayon prokurorlarının iştirakı ilə şəhər prokuroru vəzifəsinə təyin olunmuş Elşən Abbasovun kollektivə təqdim edilməsi münasibətilə geniş əməliyyat müşavirəsi keçirilib. Boyukmillet.com xəbər verir ki, əməliyyat müşavirəsində çıxış edən Kamran Əliyev ölkə Prezidentinin hərtərəfli düşünülmüş dövlət idarəçiliyi, səriştəli daxili və …
Read More »Mahir Məmmədov: “Rəcəbov hər bir məqamı nəzərə almalıdır”
“Rəcəbov hazırlıq prosesində hər bir məqamı nəzərə almalıdır və fikrimizcə, bunu edir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov qurumun mətbuat xidmətinə açıqlamasında Teymur Rəcəbovun İddiaçılar Turnirinə hazırlığı barədə danışarkən deyib. FİDE-nin vitse-prezidenti postunu da tutan funksioner bildirib ki, federasiya 35 yaşlı qrossmeysterin onun hazırlığı üçün lazımi köməkliyi göstərib: “Mütəmadi olaraq, ünsiyyətdəyik, hazırlıq prosesini izləyirik. O, …
Read More »Bolqarıstanın Baş naziri: “Ukrayna müharibədə qalib gələcək”
Ukrayna Rusiyanın başlatdığı müharibədə qalib gələcək. Boyukmillet.com xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Bolqarıstanın Baş naziri Kiril Petkov Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib. “Ukrayna bu müharibədə qalib gələcək. Və bütün demokratik ölkələr sizin tərəfinizdə olacaq. Məncə, heç bir şübhə yoxdur ki, bu, baş verəcək yeganə nəticə olacaq”, – Petkov deyib. O, Ukraynadakı müharibənin nəticələrini öz …
Read More »Qadınların iqtisadi fəaliyyətində diqqət çəkən məqamlar müzakirə edildi – FOTO
Azərbayanda pandemiyanın məşğul qadınlara vurduğu ziyanın miqyası olduqca böyükdür”. Bu fikirlər Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi tərəfindən icra olunan “Qadınların məşğulluğunda Covid 19-un təsirlərinin ölçülməsi” layihəsinin təqdimat mərasimində səslənib. Layihənin rəhbəri Vüsalə Hüseynli bildirib ki, layihə çərçivəsində sahibkar, məşğul qadınlar arasında sorğu keçirilib. Eyni zamanda bu sahənin ekspertləri ilə fokus …
Read More »Jurnalist Rövşən Əsgərov ,ya deputat Zatulin?….
Jukovun barəsində nəsə yazmış Azərbaycanlı jurnalistə Rusiya İstintaq Komitəsində guya faşizmin təbliği kimi anlaşılmaz ittihamla cinayət işi açılıb .Məlumdur,davam edən Ukrayna müaribəsi fonunda belə anlaşılmaz ittihamlar hələ çox olacaq .Lakin maraqlıdır ki, “quru yerdə ” cinayət işi açmağı bacaran Rusiya rəsmilərinin özlərinin Azərbaycana qarşı törətdikləri cinayət cəzasız qalır. Bu günlərdə Dövlət Dumasının komitə sədri Zatulin Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakterli …
Read More »Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün vaxtı məlum olub
Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün vaxtı məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, xüsusi nümayəndələrin növbəti görüşü mayın 3-də Vyanada baş tutacaq. 2021-ci ilin dekabrında Ankara və İrəvan dialoq qurmaq üçün öz diplomatlarını təyin ediblər. Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç …
Read More »Azərbaycanda daha 3 federasiyanın statusu dayandırılıb
Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, toplantıda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası haqqında hesabat, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2022-ci ilin may ayı üçün perspektiv iş planı və digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.Kollegiyanın qərarına əsasən, göstərdikləri yüksək nəticələrə görə Cəfərov İslam Əli oğlu, Əliyev Rayət Səhlədar oğlu, İsayev …
Read More »Humboldt mükafatı alan ilk azərbaycanlı alim Prezidentə təşəkkür edib
Elm sahəsindəki nailiyyətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülən Almaniyada yaşayan azərbaycanlı riyazıyyatçı, professor, Humboldt mükafatı alan ilk azərbaycanlı Məsud Əfəndiyev Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Boyukmillet.com xəbər verir ki, o, Dünya Azərbaycanlılarının V Qurultayının ,u.ada keçirilməsini tarixi hadisə adlandırıb və bu mötəbər tədbirin iştirakçısı olmaqdan qürur duyduğunu vurğulayıb: “Dünya Azərbaycanlılarının V Qurultayı mədəniyyət beşiyi Şuşada baş tutdu. …
Read More »Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib
Azərbaycan Badminton Federasiyası (ABF) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə məktəblərdə badmintonun interaktiv inkişafına həsr olunmuş brifinq keçirilib. Boyukmillet.com xəbər verir ki, Qəbələdə təşkil olunan görüşdə 30-a yaxın məktəb direktoru iştirak edib. ABF-in vitse-prezidenti Aynur Səmədova və baş katib Ramil Hacıyev tədbir iştirakçılarını salamlayaraq son zamanlar federasiyada görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, ötən aylar ərzində ölkənin 5 regionunda …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar