BMT-nin baş katibi Antoniu Quterreş Ukraynaya səfər edib. Boyukmillet.com xəbər verir ki, bu barədə baş katib tviter hesabında yazıb. “Biz humanitar yardımın genişləndirilməsi və mülki şəxslərin münaqişə zonalarından təxliyəsini təmin etmək üçün işimizi davam etdirəcəyik. Bu müharibə nə qədər tez başa çatsa, Ukrayna, Rusiya və dünya üçün bir o qədər yaxşıdır”, – Quterreş qeyd edib.
Read More »Yearly Archives: 2022
Qazaxda Belarus vətəndaşları arasında dava düşüb, xəsarət alanlar var
Qazax rayonunda Belarusun 3 vətəndaşı arasında münaqişə olub. Boyukmillet.com xəbər verir ki, hadisə Kür çayının qırağında qeydə alınıb. Belarus vətəndaşları içki məclisində iştirak edən zaman aralarında mübahisə yaranıb. Bu zaman onlardan ikisi digərini döyərək müxtəlif xəsarətlər yetiriblər. Xəsarət alan xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Read More »İctimai iştirakçılıqla bağlı müzakirə keçirilib – FOTOLAR
Aprelin 26-da Excelsior Hoteldə “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsinin yekunları ilə bağlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, layihə rəhbəri Cəsarət Hüseynzadə qeyd edib ki, 3 ay davam edən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı həyata keçirilib. Təşkilat rəhbəri qeyd edib ki, layihə çərçivəsində ictimai iştirakçılıq haqqında buklet …
Read More »Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə yeni rəis təyin olunub
Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə yeni rəis təyin olunub Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Rövşən Abdullayev təyin edilib.
Read More »Qırğızıstanın XİN başçısı Azərbaycan səfiri ilə görüşüb
Qırğızıstanın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Jeenbek Kulubayev Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüşdə tərəflər Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 19-20-də Azərbaycana rəsmi səfərinin yekunlarını müzakirə edib, iki ölkənin dövlət başçıları arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün konkret addımları müəyyən …
Read More »Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxs yaradılır
Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmanda deyilir: 1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik): 1.1. tabeliyindəki “Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə …
Read More »Ağdam Sənaye Parkında daha iki şirkətə rezidentlik statusu verilib
İqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkında daha iki sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 7-yə çatıb. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. “Prof-Dam” MMC 2 ha ərazidə müxtəlif növ dam örtüklərinin istehsalı müəssisəsi inşa edəcək, “Metkons” MMC isə havalandırma,yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalı ilə məşğul olacaq. İnvestisiya dəyəri 9 milyon manata yaxın olan layihələrin reallaşması …
Read More »Azərbaycan Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarını təsdiqləyib
Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamenti və 2019-cu il noyabrın 22-də Şarm-əl-Şeyx şəhərində imzalanmış Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları Azərbaycan Respublikasının ona dair bəyanatları ilə təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Read More »Bakı şəhərinə yeni prokuror təyin edilib
Bakı şəhərinə yeni prokuror təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Elşən Abbasov Bakı şəhər prokuroru təyin olunub. E.Abbasov bu təyinatadək Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəisi vəzifəsində çalışırdı. Kamran Əliyevin digər əmri ilə Baş prokurorun …
Read More »Əli Əsədov Gürcüstanın xarici işlər naziri ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 27-də Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğu qeyd edilib. Həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Birgə həyata keçirilən nəqliyyat və enerji layihələrinin önəmi vurğulanıb. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar