Bazar , 22 Noyabr 2026
Drone Cameras

Qazaxda Belarus vətəndaşları arasında dava düşüb, xəsarət alanlar var

Qazax rayonunda Belarusun 3 vətəndaşı arasında münaqişə olub.

Boyukmillet.com xəbər verir ki, hadisə Kür çayının qırağında qeydə alınıb.

Belarus vətəndaşları içki məclisində iştirak edən zaman aralarında mübahisə yaranıb. Bu zaman onlardan ikisi digərini döyərək müxtəlif xəsarətlər yetiriblər.

Xəsarət alan xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Check Also

Bu şəxslər üçün imtahan keçiriləcək – DİQQƏT

Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 22-də peşəkar mühasib sertifikatı imtahanının mühasibat uçotu üzrə birinci mərhələsini …