Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin nə vaxt bitəcəyi və ölkəsi üçün nəyin qələbə ola biləcəyindən danışıb. Boyukmillet.com xəbər verir ki, Zelenski bu barədə ənənəvi gecə müraciəti zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu sual mövcuddur, həm də onun sadə cavabı yoxdur. “Qələbə olanda hamı bunu hiss edəcək. Sülh gələndə bunu hamı görəcək. Amma bunun daha sürətli baş verməsi …
Read More »Yearly Archives: 2022
Zelenski Ərdoğanla danışığının mövzusunu açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla apardığı telefon danışığının mövzusunu açıqlayıb. Zelenski türkiyəli həmkarı ilə keçirdiyi telefon danışığında mühüm məsələləri müzakirə etdiklərini vurğulayıb. “Prezident Rəcəb Tayyib Ərdoğanla mühüm danışığımız oldu. Mariupoldakı son vəziyyət, dinc əhalinin və yaralıların təxliyəsi, zərərsizləşdirilən Ukrayna ordusunun təcili yenilənməsi barədə danışdıq. Biz Rusiya ilə danışıqlar prosesini və müdafiə sahəsində də müzakirələr apardıq. Qara …
Read More »Salyan sakini keçmiş kürəkənini qətlə yetirib
Salyanda 37 yaşlı şəxs qətlə yetirilib. Boyukmillet.com xəbər verir ki, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1952-ci il təvəllüdlü Əliyev Məlikağa Əşrəf oğlu öz evində keçmiş kürəkəni Qarabağlı kənd sakini, 1985-ci il təvəllüdlü Məlikov Faiq Mətləb oğlunu aralarında yaranmış münaqişə zəminində bıçaqla qətlə yetirib. M.Əliyev polis tərəfindən saxlanılıb. Faktla bağlı Salyan Rayon Prokuroluğunda cinyət işi açılıb, …
Read More »Somalidə hərbçilərə qarşı terror aktı törədilib, ölənlər var
Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib. Boyukmillet.com yerli KİV-ə istinadən xəbər verir ki, Banadir rayonunda hərbi maşın keçərkən partlayıcı qurğu işə salınıb. İlkin məlumata görə, partlayış nəticəsində 7 nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə ərazidəki bəzi mağazalara ziyan dəydiyi əks olunub. Partlayışa görə məsuliyyəti “Aş-Şabab” terror təşkilatı üzərinə götürüb.
Read More »Ukraynaya hücumdan sonra 20 ölkə 443 rusiyalı diplomatı ərazisindən çıxarıb
Rusiyanın Ukraynaya hücumundan sonra 20 ölkədən 443 rusiyalı diplomat öz vəzifəsini tərk edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Washington Post” yazır. Nəşrin məlumatına görə, Rusiyanı Ukraynaya hücumuna və xaricdəki təxribat fəaliyyətinə görə cəzalandırma strategiyasının bir hissəsi olaraq onlarla ölkə rusiyalı diplomatları və səfirlik rəsmilərini ərazilərindən çıxarıb. Bəzi ölkələr Rusiya səfirliyinin rəsmilərini casusluqda ittiham edib. Digər ölkələr buna əsas kimi 1961-ci …
Read More »Lavrov: ”Ukraynadakı münaqişə müqavilə ilə başa çatacaq”
“Ukraynadakı münaqişə müqavilə ilə başa çatacaq, lakin onun parametrləri bağlandığı hərbi əməliyyatların mərhələsi ilə müəyyən ediləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Hər bir vəziyyətdə olduğu kimi, silahlı qüvvələrin tətbiq edilərkən əlbəttə hər şey müqavilə ilə başa çatacaq, lakin onun parametrləri bu müqavilənin reallaşacağı hərbi əməliyyatların mərhələsi ilə müəyyən ediləcək”, – nazir vurğulayıb.
Read More »“Post münaqişə dövrünün yeni reallıqları-Sülh və Əməkdaşlıq Platforması” mövzusunda beynəlxalq Forum keçirilib
Bu gün Bakıda “Post münaqişə dövrünün yeni reallıqları-Sülh və Əməkdaşlıq Platforması” mövzusunda beynəlxalq Forum öz işinə başlayıb. Boyukmillet.com xəbər verir ki, forum Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi tərəfindən və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil edilib. Forumu giriş sözü ilə açan layihənin rəhbəri Vüqar Əhmədov beynəxalq layihənin əhəmiyyəti haqqında məlumat verərək bildirib ki, Forumun məqsədi post-münaqişə …
Read More »Ermənilərin köçürülməsi qərarını kim verib?
Bu gün bütün Avropada nəinki türkofobiya, həmçinin islamofobiya da çox körüklənir. Bu əlbəttə, liberal dəyərlərlə pərdələnərək ictimai şüurlara hökm kəsilməyə başlayan avropa milliyətçiliyidir. Bunun da əsas təbiğçiləri Fransa və Almaniyadır. Əslində Almaniya siyasiləri çox gözəl anlayırlar ki, Birinci Dünya savaşında bütün cəbhələrdə baş verən proseslərə Almaniya hərbi komandalığı məsuliyyət daşıyırdı. Çünki bütün Osmanlı cəbhəsindəki hərbi və mülki əməliyyatlar öncə alman …
Read More »İlham Əliyev Emmanuel Makronu təbrik edib
Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident, Fransa Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Bu il Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. İqtisadiyyat, energetika, o cümlədən neft-qaz yataqlarının istismarı, mədəniyyət, təhsil və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu əməkdaşlıq …
Read More »Azərbaycanda iki polis idarəsi ləğv edilib
Azərbaycanda iki polis idarəsi ləğv edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami Rayon Polis İdarəsinin (RPİ) bazasında 1-ci Polis Şöbəsi (PŞ), Kəpəz RPİ-nin bazasında 2-ci plis şöbəsi yaradılıb. Hazırda Gəncə ŞBPİ-nin tabeçiliyində 1-ci və 2-ci polis şöbələri və 3-cü və 4-cü polis bölmələrinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar