Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Boyukmillet.com xəbər verir ki, döyüş sursatlarının utilizasiya prosesi 26.04.2022-ci il tarixdən 30.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək: “Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”.
Read More »Yearly Archives: 2022
İlham Əliyev Həştərxanın qubernatorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirilib. Söhbət zamanı ölkəmizlə Həştərxan vilayəti …
Read More »Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb
Aprelin 25-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycanda media azadlığı istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT ilə bütün istiqamətlər, o cümlədən media azadlığı sahəsində əməkdaşlığa əhəmiyyət verdiyini qeyd edib. Nazir, qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan …
Read More »Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslər təltif edilib – SİYAHI
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər: “Dostluq” ordeni ilə Hisarcıklıoğlu Mustafa Rifat “Tərəqqi” medalı ilə Alısoy İbrahim Aydın oğlu Aslanov Zöhrab Vəli oğlu Babayev Abbas Qəzənfər oğlu Babayev Bəxtiyar Ağamir oğlu …
Read More »Kamran Əliyev ATƏT-in Media azadlığı üzrə Nümayəndəsi ilə görüşüb
Aprelin 25-də Baş prokuror Kamran Əliyev ATƏT-in Media azadlığı üzrə Nümayəndəsi Tereza Ribeyro ilə görüşüb. Qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycanın ATƏT və onun institutları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu qarşılıqlı münasibətlərin dövlətimizin Avropa ilə inteqrasiya prosesində mühüm rol oynadığını bildiib. Kamran Əliyev ölkəmizdə söz və mətbuat azadlığının bütün demokratik prinsiplərə cavab verdiyini vurğulayaraq, bu sahədə müsbət nailiyyətlərin Azərbaycan xalqının …
Read More »Türkiyənin milli müdafiə naziri sabah Almaniyaya gedəcək
Türkiyənin milli müdafiə naziri Hulusi Akar sabah Almaniyaya gedəcək. Boyukmillet.com xəbər verir ki, o, Ukraynaya hərbi yardımla bağlı ABŞ-ın təşkil etdiyi və 30-a yaxın ölkənin müdafiə nazirlərinin iştirak edəcəyi məsləhətləşmələrdə iştirak edəcək. Görüş Almaniyada, ABŞ Hərbi Hava Qüvvələrinin Ramştayn bazasında baş tutacaq, onu ABŞ-ın müdafiə naziri Lloyd Ostin keçirəcək. Bildirilib ki, tədbir NATO-ya üzv ölkələrin qatılması ilə məhdudlaşmadığından Alyansdankənar dövlətlərin …
Read More »Şuşada Xarıbülbül çiçək açmağa başlayıb
Şuşada Xarıbülbül çiçək açmağa başlayıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı feysbukda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmi səhifəsində fotolar paylaşılıb. “Əziz Şuşanın simvolu sayılan Xarıbülbül gülü artıq çiçək açmağa başlayıb”, – paylaşımda qeyd edilib.
Read More »Prezident Ofisi: “Ukraynada Rusiyanın hücumlarına dair xüsusi tribunal yaradılacaq”
“Rusiyanın Ukraynaya qarşı hücumu ilə bağlı ən qısa müddətdə xüsusi tribunalın işə salınması üçün addımlar atılır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Andrey Smirnov deyib. “Hazırda tərəfdaş dövlətlər və beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparılır, tribunalın yaradılması və fəaliyyətinin optimal formatı müəyyənləşdirilir. Bu ideyanı Avropa və dünya ziyalıları, aparıcı beynəlxalq hüquqşünaslar, ictimai xadimlər dəstəkləyiblər. Müharibədə iştirak edən …
Read More »NATO-ya üzv ölkələrin XİN başçılarının qeyri-rəsmi görüşü olacaq
“Berlində NATO-ya üzv ölkərlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu NATO-nun sözçüsü Oana Lunqesku tviter səhifəsində yazıb. “Mayın 14-15-də NATO-nun Baş katibi Yens Stoltenberqin sədrliyi ilə alyansa üzv ölkələrin xarici işlər nazirlərinin Berlində qeyri-rəsmi görüşü olacaq”, – Lunqesku bildirib.
Read More »Putin məhdudiyyətləri “sanksiya təcavüzü” adlandırıb
Prezident Vladimir Putin Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətləri “sanksiya təcavüzü” adlandırıb. Boyukmillet.com xəbər verir ki, Putin bunu aprelin 25-də Rusiya Baş Prokurorluğunun genişləndirilmiş kollegiya iclasında bildirib. “Rusiya iqtisadiyyatında yeni reallıqda sabitlik və fasiləsiz işləmək üçün sözsüz bütün imkanlar var”, – V.Putin deyib. Onun qənaətincə, Qərbin Rusiya cəmiyyətini parçalamaq cəhdi alınmayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar