Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

ADB Qaradağ Günəş Elektrik Stansiyasının inşasına ayrılacaq kreditin həcmini artırıb

Asiya İnkişaf Bankı (ADB) Qaradağ rayonu Ələt qəsəbəsindən 9 km şimal-qərbdə yerləşən sahədə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının (GES) inkişafı, tikintisi və istismarı (“Alat Solar” layihəsi) üçün “Masdar Azerbaijan Energy” MMC-yə 35,7 milyon ABŞ dolları həcmində kredit təklif edir. Boyukmillet.com ADB-yə istinadən xəbər verir ki, daha əvvəl bank layihəyə 23,2 milyon ABŞ dolları həcmində kredit təklif edirdi. Bankın Direktorlar Şurasının iyulun 25-də keçiriləcək iclasında kreditin təsdiq edilməsi …

Read More »

Azərbaycan Prezidenti rusiyalı həmkarına məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir:“Hörmətli Vladimir Vladimiroviç, Əlamətdar yubiley – Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiya xalqını səmimi qəlbdən təbrik edirəm. Ötən 30 il ərzində xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı …

Read More »

Vladimir Putin İlham Əliyevi təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir:  “Hörmətli İlham Heydər oğlu, Dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Ötən onilliklər ərzində yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün çox işlər görülüb. Konstruktiv siyasi dialoq, …

Read More »

Ağdam Sənaye Parkında Rusiya kapitalının iştirakı ilə müəssisə yaradılır

Azərbaycanın “Rail Trans Service” şirkəti və Rusiyanın 1520 Şirkətlər Qrupu Ağdam Sənaye Parkının ərazisində dəmiryolu avtomatlaşdırma və telemexanika sistemlərinin layihələndirilməsi, qurulması və tətbiqi ilə məşğul olacaq birgə müəssisə yaradacaq. Boyukmillet.com xəbər verir ki, Rusiya şirkəti siqnalizasiya, mərkəzləşdirmə və bloklamanın qurulması üzrə qabaqcıl avtomatlaşdırma sistemləri sahəsində bilik və təcrübəsini Azərbaycan tərəfi ilə bölüşəcək. Bundan başqa, bu sistemlərin Ağdam Sənaye Parkı ərazisində …

Read More »

XİN: “Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır”

“Aprelin 4-də Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür. Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada əksini tapıb. “İki ölkə arasında münasibətlər bərabərlik və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin …

Read More »

Deputat Əziz Ələkbərli şəhid valideynləri və seçicilərlə görüşü – FOTOLAR

Aprelin 2-i və 3-də Saatlı rayonunda olan Milli Məclisin deputatı Əziz Ələkbərli şəhid valideynləri ilə görüşmüşdür. Boyukmillet.com xəbər verir ki, görüşdə şəhid valideynlərinin problemlərini dinlənilmiş, araşdırılmış, nəzarətə götürülmüşdür. Deputat səhid valideynləri və qazilərlə görüşlərin bundan sonra da mütəmadi keçiriləcəyini bildirmişdir. Görüşdən sonra deputat Əziz Ələkbərli Saatlı rayon İcra Hakimiyyəti Aparatında olmuş, şəhid valideynləri və qazilərin qaldırdığı məsələləri birgə müzakirə etmişlər.

Read More »

Bakı sakinində narkotik və saxta əsginaslar aşkarlanıb

Bakı sakinində narkotik və saxta əsginaslar aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Anar Xanzadə Şirvan şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin, …

Read More »

Qubada yarım kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Elman Qaraxanov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman külli miqdarda – yəni, ümumi çəkisi yarım kiloqramdan …

Read More »

Ukraynada daha bir azərbaycanlı hərbçi yaralanıb 

Ukraynada Rusiya silahlı qüvvələri ilə davam edən müharibədə daha bir azərbaycanlı yaralanıb. Ukrayna ordusunun hərbçisi olan Ruslan Xəlilov Zaparoji istiqamətində xəsarət alıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Yaralanan digər azərbaycanlı Raqif Əliyevdir. Donetsk istiqamətində yaralanan hərbçi Ukraynanın Vinnitsa şəhər xəstəxanasında müalicə olunur. Vinnitsa vilayəti üzrə Azərbaycanlılar Cəmiyyətinin sədri Əliş Səfərov “Report”un Şərqi Avropa bürosuna bildirib ki, hər iki azərbaycanlı hərbçi – Ruslan …

Read More »