ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda gecə klubunda baş verən partlayışla bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib. “Aprelin 3-də baş vermiş partlayış nəticəsində həlak olanları yad edir, onların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz, həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, – diplomatik nümayəndəlikdən bildirilib.
Read More »Yearly Archives: 2022
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.04.2022)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,1 % azalaraq 1,8782 manat, Rusiya rublunun məzənnəsi isə 4,3 % azalaraq 0,0199 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,87821 Rusiya rublu0,01991 Avstraliya dolları1,27681 Argentina pesosu0,01531 Belarus rublu0,61861 Braziliya rialı0,36491 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1160100 Cənubi Koreya …
Read More »ABŞ Rusiyanın Ukraynaya yeni hücumu barədə xəbərdarlıq edib
Rəsmi Moskvanın Kiyevdən qoşunları çıxarması barədə açıqlamasına baxmayaraq, Ukraynada müharibə “başa çatmaqdan çox uzaqdır”. Boyukmillet.com ABC telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin administrasiya rəhbəri Ron Kleyn xəbərdarlıq edib. “Putinin sadəcə olaraq ölkənin şimal hissəsindən qoşunlarını geri çəkməklə onları ölkənin şərqinə köçürərək orada döyüş əməliyyatlarını bərpa etməsi barəsində çoxlu sübutlar var”, – Kleyn telekanala müsahibəsində bildirib. O, ABŞ-ın …
Read More »Rusiya qoşunları Ukraynanın Sumı vilayətini tərk edir
Rusiya qoşunları Ukraynanın Sumı vilayətini tərk edir Boyukmillet.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının sədri Dmitri Jivitski bildirib. O, Rusiya qoşunlarının bölgə ərazisindən fəal şəkildə çıxarıldığını vurğulayıb. “Sumı vilayətindən şad xəbərimiz var. Dünəndən etibarən Rusiya qoşunları bölgəmizdən fəal şəkildə öz ərazilərinə getməyə başlayıblar. Son günlər biz Rusiya qoşunlarının Belopolyedən Konotopun özünə qədər cəmləşməsini müşahidə …
Read More »Ukrayna ordusu əks hücuma keçərək bəzi yaşayış məntəqələrini azad edib
Ukrayna ordusu Çerniqov vilayəti yaxınlığında Kolıçovka, Yaqidne, İvanovka yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad edib. Bu barədə Boyukmillet.com Ukrayna Silahlı Qüvvələrinin “Şimal” Əməliyyat Komandanlığına istinadən xəbər verir. Qeyd edilir ki, ərazidə təmizləmə işləri aparılır, yerli sakinlərə humanitar yardımlar çatdırılır, “Hazırda yaşayış məntəqələri Rusiyanın işğalından azad edilib. Ərazi Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən təmizlənir və nəzarət olunur. Əhaliyə humanitar yardımlar çatdırılır”, – məlumatda deyilir.
Read More »Ermənistan XİN Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu təsdiqləyib
Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bir daha təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionla birgə keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, italiyalı həmkar ilə regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə edib.
Read More »YAP İctimai fəal üzvü Təhsil Nazirliyinə müraciət etdi
Bərdə təhsilində maraqlı işlər baş verir. Deməli, 10 il müddətində məktəbəqədər təhsil müəsissələri təhsildən alınıb, İcra hakimiyyətlərinə verilmesi Bərdə Rayon Təhsil Şöbəsini çox narahat edirmiş. Bağçaların Təhsil Nazirliyinə verilməsini fürsət bilən Bərdə Rayon Təhsil Şöbəsi hələ ki, strukturun formalaşmamasını fürsət bilərək dayanmadan uşaq bağçalarına (özü də unutmayaq ki, uşaq bağçalarının müdirləri xanımlardır) basqı edərək hələ təhqiredici ifadələr belə işlədir. Hətta …
Read More »Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 4-də gün ərzində ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi, bəzi yerlərdə xüsusilə şiddətlənəcəyi proqnozlaşdırılır. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik …
Read More »Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları zərərsizləşdirib
Türkiyə PUA-sı İraqın şimalında 4 terrorçunu məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Əməliyyat İraqın şimalındakı Qəndil bölgəsində həyata keçirilib. Silahlılar pilotsuz uçan aparatdan endirilən zərbə ilə zərərsizləşdirilib. Müdafiə Nazirliyi terrorla mübarizəni davam etdirmək əzmində olduğunu bəyan edib.
Read More »İsrailin Azərbaycandakı səfiri gecə klubundakı partlayışla bağlı paylaşım edib
İsrailin Azərbaycandakı səfiri Corc Dik gecə klubundakı partlayışla bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, tviterdəki paylaşımda deyilir: “Bakıda baş vermiş faciəli partlayış məni çox kədərləndirdi. Həlak olanların ailələrinə İsrail xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirəm”.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar