Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Ekspert Fərruxda meyit qalıqlarının tapılmasından danışır: “Qarabağın hər qarışı vətəndaşlarımızın qanı ilə suvarılıb”

“Xocalı faciəsi zamanı sadəcə dəfn edə bildiyimiz vətəndaşlarımızın sayı 613 nəfərdir. Girovların sayı isə 1200-dən çox olub. İndi azad olunan ərazilərdə toplu məzarlıqlar tapılır. Fərrux kəndində tapılan insan meyitlərinin qalıqları birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi cinayətlərin bariz nümunəsidir”. Bunu “Report”a açıqlamasında Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova deyib. O bildirib ki, bu, erməni vandallığının nümunəsidir: “Faciə ilə bağlı bir …

Read More »

Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstək verməyə hazırdır

“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hər cür dəstək verməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib. “Prezident İlham Əliyev dəfələrlə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini bildirib. Bu məsələ ilə bağlı danışıqlara başlamaq üçün münbit şərait yaradılmalıdır. Rusiya, öz tərəfindən, hər zaman bu müqavilənin hazırlanmasına dəstək verməyə hazırdır”, …

Read More »

Ukraynada daha 3 humanitar dəhlizin açılması razılaşdırılıb

Bu gün mülki əhalinin təxliyəsi üçün Ukraynada daha 3 humanitar dəhlizin açılması razılaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reintqrasiyasə üzrə nazir İrina Vereşuk deyib. “Humanitar yardımların çatdırılması və insanların təxliyəsi üçün daha 3 humanitar dəhlizin açılması barədə razılıq əldə olunub. Humanitar yardım daşıyan avtobus və yük maşınları artıq Zaporojyanı tərk ediblər. Biz …

Read More »

Ukraynada azərbaycanlı zabit ağır yaralanıb 

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölkədə gedən müharibədə azərbaycanlı zabit ağır yaralanıb. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Donetsk vilayəti istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun xüsusi təyinatlı qüvvələrinə məxsus hissələrdən birinin baş leytenantı, əslən Azərbaycanın Göyçay rayonundan olan Ağayev Əlixan Ruslan oğlu ağır yaralanıb. Xüsusi igidliyi ilə seçilən Ə. Ağayev ağır döyüşdə yaralanıb. O, hazırda Ukraynanın arxa cəbhədə hospitallarından birində yerləşdirilib, …

Read More »

Çerniqovda 2 azərbaycanlı həlak olub

Ukraynada gedən müharibədə daha 2 azərbaycanlı həlak olub. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində Ukrayna vətəndaşı olan 2 azərbaycanlı həlak olub. Bunlar 50 yaşlı Rauf Məmmədov və 35 yaşlı Ruslan Əhmədovdur. Onlar mülki vətəndaş olublar. Azərbaycanlılar ilə yanaşı şəhərdə xeyli ukraynalı da həlak olub.

Read More »

ATƏT-in fəaliyyətdə olan sədri bu gün Azərbaycana səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Cənubi Qafqaz ölkələrində səfərdədir. Boyukmillet.com xəbər verir ki, ATƏT sədri Gürcüstana səfəri başa vurduqdan sonra bu gün Azərbaycana gələcək. Martın 31-də Zbiqnev Raunun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyi gözlənilir. Azərbaycandan sonra ATƏT sədri Ermənistana yola düşəcək. Səfərin məqsədi Cənubi Qafqaz regionunda əməkdaşlığın, dialoqun və sabitliyin inkişafına töhfə verməkdir.

Read More »

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayacaq. Boyukmillet.com-un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova təsnifat mərhələsində Şimonetta Şekerlə (Macarıstan) üz-üzə gələcək. 59 kq-dakı Alyona Kolesnik A qrupunda yarışacaq. 27 yaşlı idmançı ilk görüşündə Elif Yanik (Türkiyə) ilə, ardınca isə Elene Heyke Bruggerlə qarşılaşacaq. A və B qruplarında ilk iki …

Read More »

Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır

Bu həftə siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır. Boyukmillet.com-un xəbərinə görə, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi …

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.03.2022)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 1,1 % artaraq 1,8887 manat, Rusiya rublunun məzənnəsi isə 5,6 % artaraq 0,0187 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,88871 Rusiya rublu0,01871 Avstraliya dolları1,27931 Argentina pesosu0,01531 Belarus rublu0,61861 Braziliya rialı0,35731 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1172100 Cənubi Koreya vonu0,14061 …

Read More »

Göyçayda şirkətdən 10 min manatlıq oğurluq edilib

Göyçayda şirkətdən 10 min manatlıq oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, rayonun Çayarxı kəndində yerləşən avtomobil təmiri sexindəki iki yük avtomobilindən ümumi dəyəri 15 000 manat olan mühərrik hissələrinin, eləcə də MMC-lərin birindən 10 000 manatlıq elektrik avadanlıqları və metal hissələrin oğurlanması barədə polisə müraciət daxil olub. Göyçay Rayon Polis Şöbəsinin …

Read More »